Kənd təsərrüfatı startaplarına dəstək veriləcək
09.01.2019 [09:52]
Yanvarın 8-də Elektron Hökumətin İnkişafı Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən reallaşdırılacaq “Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”nın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova nazirlik tərəfindən aqrar sahədə innovasiyaların tətbiqi üzrə müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb. O, bildirib ki, həyata keçirilən tədbirlər sırasında cari ildə ilk olaraq “Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”nın həyata keçirilməsinə başlanılıb. Yanvarın 5-dən 20-dək proqrama qəbul elan olunub.
Şəbnəm Məmmədova, həmçinin aqrar sahədə innovasiya və yeni texnologiyaların tətbiqi üzrə startaplara başqa istiqamətlərdə də dəstəyin göstərilməsinin nəzərdə tutulduğunu qeyd edib. O, bu layihədən sonra “Gələcəyin fermeri” layihəsinin həyata keçiriləcəyini də diqqətə çatdırıb.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov mərkəz tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən startaplara dəstək mexanizmlərindən bəhs edib. Direktor qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilən proqram aqrar startapçıların innovativ ideyalarının reallaşması üçün əlverişli şərait yaradacaq.
O, bildirib: “Layihə daha çox kənd təsərrüfatı sahəsində öz ideyası və müxtəlif təşəbbüsləri olan əsasən innovativ tərkibli layihələri dəstəkləmək məqsədi daşıyır. Üçaylıq bir proqramdır. Burada əsas məqsəd Kənd Təsərrüfatı Nazirliyində həyata keçirilən innovativ layihələrə startapların dəstəyini əlavə etməkdir. Seçimlər yanvarın 21-də yekunlaşacaq. Proqrama təxminən 30-40 müraciətin olacağı gözlənilir. Onlar arasından isə 5 komanda seçiləcək. Seçilən beş startap investorların qarşısına çıxarılacaq. Xarici investorları da bu işə cəlb etməyi düşünürük”.
Görüş tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri, həmçinin kənd təsərrüfatı sahəsində ideya sahiblərinə digər dəstək və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələrlə davam etdirilib.
Qeyd edək ki, “INNOLAND” Azərbaycanda, eyni zamanda, onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. O, Kovörkinq, İnkubasiya, Akselerasiya və İnformasiya Texnologiyaları Təlim-Tədris Mərkəzindən ibarətdir.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16

