Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının tərkibi təsdiqlənib

Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının tərkibi təsdiqlənib

28.12.2018 [09:44]

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Himayəçilər Şurası yaradılıb və 7 nəfərdən ibarət tərkibi formalaşıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şuranın tərkibinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, akademiklər Vasim Məmmədəliyev, Gövhər Baxşəliyeva, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov daxil ediliblər.
Dekabrın 27-də Himayəçilər Şurasının ilk iclası keçirilib və təşkilati məsələlər müzakirə olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Himayəçilər Şurasının sədri seçilib. Himayəçilər Şurasının səlahiyyətlərinə Azərbaycan İlahiyyat İnstitutunun strateji inkişaf proqramını təsdiqi, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodik və tətbiqi elmi layihələrinin həyata keçirilməsinə, beynəlxalq əlaqələrinin qurulmasına və məzunlarının işlə təmin olunmasına dəstək vermək kimi məsələlər daxildir.

Paylaş:
Baxılıb: 690 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30