Cocuq Mərcanlıda bayram ovqatı: qəsəbədə keçirilən tədbir sakinlərə xoş anlar yaşadıb
27.12.2018 [09:48]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası, “Təmiz ürək” İctimai Birliyi və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Cocuq Mərcanlıda bayram tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Sonra Cocuq Mərcanlıya gələn qonaqlar orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt, “Qayıdış” parkı, məscidlə tanış olublar. Məktəbə kitablar hədiyyə edilib.
Klub-icma mərkəzində keçirilən bayram tədbirində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qonaqları salamlayaraq, işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa prosesi barədə məlumat verib. Qeyd edilib ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurlu Horadiz əməliyyatı nəticəsində azad olunub. Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması bu təhlükəni aradan qaldırdı. Prezident İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin, məktəb binasının, məscidin, elektrik yarımstansiyasının tikintisi həyata keçirilib, qaz, elektrik, rabitə, içməli su xətləri, uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 ev, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi üçün binalar və digər zəruri infrastruktur obyektləri, “Qayıdış” parkı inşa edilib. Bu gün dövlətimizin diqqət və qayğısı sayəsində Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir. Kənd sakinləri məcburi köçkünlük həyatına son qoyaraq doğma kəndlərindəki abad və yaraşıqlı mənzillərində yeni həyata başlayıblar. Kənddə sakinlərin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova Cocuq Mərcanlıya qayıdışın mühüm hadisə olduğunu bildirib. O deyib ki, cocuq mərcanlılıların 24 illik köçkünlük həyatından sonra doğma kəndlərinə qayıtmaları qəhrəmanlıq salnaməsidir, torpağa bağlılığın parlaq nümunəsidir. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini vurğulayan S.Qəhrəmanova xalqımızın dövlət müstəqilliyinin əldə edilməsi üçün göstərdiyi fədakarlıqdan, müstəqilliyin qorunmasında və möhkəmlənməsində Ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb. Komitə sədrinin müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda ən inkişaf etmiş və qüdrətli ölkəyə çevrildiyini diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva kənd sakinlərini uzun illərdən sonra doğma torpaqlarına qayıtmaları münasibətilə bir daha təbrik edib. Cocuq Mərcanlıda gördüklərindən - dövlətimiz tərəfindən yaradılan şəraitdən, həyata keçirilən layihələrdən və cocuq mərcanlılıların öz doğma kəndlərində firavan həyatından məmnunluğunu ifadə edərək, bunu vətənpərvərlik, fədakarlıq nümunəsi adlandırıb.
Prezident Katibliyinin rəisi - Prezidentin köməkçisi, professor Dilarə Seyidzadə Cocuq Mərcanlı sakinlərini, uşaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Cocuq Mərcanlıda olmaqdan duyduğu sevinci dilə gətirən Dilarə Seyidzadə deyib: “Bu gün mənim üçün xüsusi önəm daşıyır. İki il idi ki, sizi görmək, sizə arzularımızı çatdırmaq istəyirdik. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il gəlir. 31 dekabr harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün əziz bayramdır. Mən bir ana, nənə olaraq sizin hər birinizi bağrıma basıb ürəkdən təbrik edirəm. Arzu edirəm ki, o ağır günlər bir daha təkrarlanmasın, hər yeni iliniz beləcə sakit keçsin, arzularınız çin olsun”.
Dilarə Seyidzadə qeyd edib ki, hələ Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə bütün qaçqın düşərgələrində olub, məcburi köçkünlərin çətin şəraitini gözləri ilə görüb. “Biz qadınlar Cocuq Mərcanlıda yaradılan gözəl şəraitə görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Burada arıçılıqla, əkinçiliklə məşğul olursunuz, sakit yaşayırsınız. Dövlətimizin başçısı hər bir azərbaycanlının qayğısına qalır, hamının firavan yaşamasına çalışır”, - deyə Dilarə Seyidzadə vurğulayıb.
Tədbirdə çıxış edən sakinlər Prezident İlham Əliyevə sosial problemlərinin həllinə göstərdiyi həssas münasibətə görə minnətdarlıqlarını bildiriblər.
Cocuq Mərcanlıda yaşayan ailələrə və uşaqlara bayram sovqatları verilib.
Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə təqdim olunan bədii proqram hamıda xoş ovqat yaradıb.
Xəbər lenti
Hamısına baxDiaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36

