Bakıda “Dini qurumlar və sosial media” mövzusunda konfrans keçirilib
18.12.2018 [10:06]
Dekabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini qurumlar və sosial media” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı mövzunun əhəmiyyətindən bəhs edib. Bildirib ki, sosial media və onun funksiyaları hər zaman müzakirə predmeti olub və bu vasitə dünyada insanlar arasında ünsiyyət yaradılması baxımından ənənəvi medianı üstələyir.
Sosial medianın müsbət tərəfləri ilə yanaşı, müəyyən problemlərə səbəb olduğunu vurğulayan M.Qurbanlı qeyd edib ki, Avropanın ən inkişaf etmiş ölkələrində belə sosial mediaya nəzarət edilir. Çünki bu sahədə insani dəyərlərə, əxlaqa zidd məsələlərlə əlaqədar məlumatlar geniş şəkildə yayılır, təşviq və təbliğ olunur. Son dövrlərdə sosial şəbəkələr mənfi qüvvələrin, məkrli insanların, hər hansı məqsədə qulluq edənlərin də ən çox istifadə etdiyi və geniş kütlələrə təsir etməyə cəhd göstərdiyi alətə çevrilib. Dövlət Komitəsinin sədri bildirib ki, bu səbəbdən qeyd olunan mövzu Azərbaycanda da daim diqqət mərkəzindədir.
Ölkəmizdə 909 dini icmanın dövlət qeydiyyatından keçdiyini söyləyən Mübariz Qurbanlı bütün bu mənfi təzahürlərin qarşısının alınmasında din xadimlərimizin, ilahiyyatçılarımızın, dini icmalarımızın üzərinə düşən vəzifələri qeyd edib. O, dini qurumlara dinimizin gözəlliklərini, insanpərvər dəyərlərini, həmrəyliyə və birliyə çağıran xüsusiyyətlərini cəmiyyətə həm də sosial media vasitəsilə çatdırmaqda aktivlik nümayiş etdirməyi tövsiyə edib.
Sonra DQİDK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüsalə Hüseynova “Sosial media və din” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, müasir texnologiyaların inkişafı media sahəsində “sosial media” məfhumunun yaranmasına yol açıb. Sosial medianın artıq sosial ünsiyyət vasitəsinə çevrildiyini deyən V.Hüseynova hazırda dünyada 3 milyarddan çox insanın internetə qoşulduğunu, 2 milyarddan çox istifadəçinin fəal şəkildə sosial mediadan istifadə etdiyini qeyd edib. Azərbaycanda əhalinin 75 faizindən çoxu fəal internet istifadəçisi, 2 milyonu isə sosial media iştirakçısıdır. Sosial medianın müsbət və mənfi yönlərini sadalayan müdir müavini bildirib ki, sürətli rabitə vasitəsi olan bu sahənin insanlara həm fiziki, həm psixoloji, həm də mənəvi zərəri var. Bu gün yalan informasiya yayan, din pərdəsi altında gizlənmiş, İslamı tənqid edən qüvvələr çirkin əməlləri üçün sosial media imkanlarından çox effektli şəkildə istifadə edirlər. Sosial şəbəkə ölkədə sabitliyi pozmaq istəyənlər üçün güclü təbliğat obyektidir. Bütün bunlar da sosial medianın gücünün dəyərləndirilməsi məsələsini aktuallaşdırır. Bu sahədə müəyyən addımlar atılsa da, təəssüf ki, hələ qarşısı alınmayıb. V.Hüseynova bildirib ki, radikalizmlə mübarizə mexanizmi təkmilləşdirilməlidir və cəmiyyətə sosial media vasitəsilə İslam dininin dəyərlərini çatdırmaq üçün aktivlik göstərilməlidir. Din xadimləri bu yöndə sosial şəbəkələrdə aktiv olmalıdırlar.
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Azərbaycandakı inkişaf ayrı-ayrı ölkələr tərəfindən müsbət qarşılanmır. Bəzi Azərbaycanı sevməyən qüvvələr var ki, ölkəmizlə bağlı sistemli şəkildə qarayaxma fəaliyyəti ilə məşğul olurlar. Bütün dünyada olduğu kimi Azərbaycanda da ictimai fikrin internet üzərindən yayımlanan mətbuat orqanları, sosial şəbəkələr vasitəsilə formalaşdığını deyən deputat bildirib ki, hazırda “Mətbuat Şurası haqqında” qanun layihəsi üzərində iş aparılır və qanunda vətəndaşların şərəf və ləyaqətlərinin alçaldılmaması məsələsi diqqətdə saxlanılır.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib ki, hansısa dinin daxilində fikir ayrılıqlarının olması dinin zəifləməsinə gətirib çıxarır. Dinlər arasında mehribanlıq yoxdursa, bu, bəşəriyyətə bəla gətirə bilər. Azərbaycanın dini mövqeyinin dünyaya çatdırılması və bunun artıq dünya tərəfindən öyrənilməsi ən böyük uğurlarımızdan biridir.
Qeyd edilib ki, media dünyagörüşü, biliyi olan jurnalistlərin çalışdığı sahədir. Sosial şəbəkələrdə isə fərqli düşüncəsi, əqidəsi, hətta dünyagörüşü olmayanlar da fikir paylaşırlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli diqqətə çatdırıb ki, bu gün sosial media problemi bütün dünyanı lərzəyə gətirir. Artıq media deyəndə qəzet, jurnalla yanaşı, internet media da nəzərdə tutulur. Lakin sosial şəbəkələri də media kimi qiymətləndirmək düzgün deyil.
V.Səfərli qeyd edib ki, əgər televiziya və jurnalda jurnalist hər hansı məlumat yayırsa, onlar buna görə məsuliyyət daşıyırlar. Amma sosial şəbəkələrdə bu, belə deyil. Azərbaycan tolerant ölkədir. Ölkəmizdə keçirilən tədbirlər də Azərbaycanın sabitliyini sübut edir. Hər bir vətəndaş dinindən, irqindən asılı olmayaraq onu Vətəni hesab edir. Lakin bununla yanaşı, xaricdən idarə olunan qüvvələr var.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı bildirib ki, sosial media məlumatlandırma, maarifləndirmə və əyləndirmə funksiyasını daşıyan kütləvi informasiya vasitələrinin bir növüdür. Ölkəmizdə ilk dini sayt 2003-cü ildə açılıb və hazırda rəsmi şəkildə fəaliyyət göstərən bir neçə sayt var.
Q.Cavadlı deyib ki, sosial media ictimai rəyi formalaşdıran sosioloji amildir. Rəsmi saytlarla bərabər, qeyri-rəsmi saytlar da mövcuddur. Bəzən də həmin yazılarda ictimai rəyə təsir etmək, yönləndirmək meyilləri nəzərə çarpır. Buna diqqət yetirilməlidir. Çünki bizim hər zaman qarşımıza qoyduğumuz məqsəd Azərbaycanda dini tolerantlığa, multikulturalizmə, İslam dininin milli-mənəvi dəyərlərinin təbliğinə yönəlib.
Sonra Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparat rəhbəri Aytən Qəhrəman, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili sosial medianın rolundan danışıblar. Qeyd olunub ki, din sahəsində medianın üzərinə mühüm vəzifələr düşür. Çıxış edənlər sosial media və dini qurumlar arasındakı əməkdaşlıqdan, mənfi meyillərin qarşısının alınmasında din xadimlərinin üzərinə düşən vəzifələrdən danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

