Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Günü-gündən gözəlləşən Nəsimi rayonu payız-qış mövsümünə tam hazırdır

Günü-gündən gözəlləşən Nəsimi rayonu payız-qış mövsümünə tam hazırdır

30.10.2009 [08:59]

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon ərazisindəki yaşayış binalarının və obyektlərin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, həmçinin, istiliklə təmin edilməsi məsələsi öz həllini tapıb
Qış fəsli yaxınlaşmaqdadır. Bakı şəhərində və Abşeron yarımadasında qış ayları çox sərt keçməsə də, əhalinin enerji təminatında bəzən müəyyən problemlər yaranır. Həmin problemlərin yaranmaması üçün bütün rayonlarda qışa hazırlıqla bağlı tədbirlər həyata keçirilməkdədir. Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən bu tədbirlər cəmiyyətdə maraq doğurur, diqqətlə izlənilir. Bu səbəbdən də Bakı şəhərinin rayonlarında payız-qış mövsümünə hazırlıqla bağlı həyata keçirilən tədbirləri işıqlandırmaq məqsədilə paytaxtın Nəsimi rayonunda olduq.
Nəsimi rayon İcra Hakimiyətinin (RİH) Ərazi idarəetmə orqanları ilə iş şöbəsindən verilən məlumata görə, ölkənin hər yerində olduğu kimi, Nəsimi rayonunda da payız-qış mövsümünə hazırlıq işləri uğurla davam etdirilir. Rayon təsərrüfatlarının payız-qış mövsümünə hazırlanması, əhalinin istilik, təbii qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təmin edilməsi məqsədi ilə Nəsimi RİH başçısının müvafiq sərəncamına əsasən bütün sahələri əhatə edən tədbirlər planı hazırlanıb, onların icrasını təmin etmək məqsədi ilə operativ qərargah yaradılıb. Bu günlərdə RİH-də keçirilən müşavirədə həmin tədbirlər planının icrası geniş şəkildə müzakirə olunub.
Enerji təchizatı
Tədbirlər planının icrası çərçivəsində əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 4 ədəd yeni kompleks transformator məntəqəsi, 7 ədəd yeni transformator məntəqəsi inşa olunub, mövcud olanlar daha güclü müasir avadanlıqlarla təchiz edilib. ötürücü yarımstansiyalar yeni tipli avadanlıqla təchiz olunub, binalara və mənzillərə gedən naqillər və kabellər yeni yeraltı kabellərlə əvəzlənib. Stansiya və transformator məntəqələrinin yerləşdiyi qurğular müasir şəkildə abadlaşdırılıb və yeni müasir görkəmdə əsaslı təmir olunub.
Qaz təsərrüfatı sahəsində də çoxlu işlər görülüb, qəzalı vəziyyət yaradan, binaların şaxtalarından keçən qaz xətləri pilləkən qəfəslərinə çıxarılıb, qaz xəttində əsaslı təmir işləri aparılaraq, qaztəmizləyici qurğu və avadanlıqlar yerləşdirilib.
İki istilik məntəqəsi rekonstruksiya edilərək yeni qazanxanaya çevrilib (232 və 308), 10 qazanxana (81, 90, 99, 138, 139, 199, Məhkəmə Tibbi Ekspertizanın, Maliyyə Nazirliyinin, 46 saylı məktəb və Ağır Cinayətlərə dair Hərbi Məhkəmənin qazanxanası) modernləşdirilərək, daha müasir avadanlıqlarla təchiz edilib, digərləri əsaslı təmir olunub, istilik alan binalara gedən magistral və məhəllədaxili istilik xətləri əsaslı təmir olunub.
Su və kanalizasiya xətlərində də əsaslı təmir işləri aparılıb, zərurət yaranan hissələr yeniləri ilə əvəz edilib.
İstilik enerjisi ilə təminat
Rayon ərazisində “Azəristiliktəchizat” ASC-yə məxsus 1 ədəd rayon istilik qazanxanası, 18 məhəllədaxili qazanxana və 21 ədəd istilik məntəqəsi fəaliyyət göstərir ki, məhz bu istilik mənbələri hesabına da rayon ərazisindəki binalar istilik enerjisi ilə təmin olunurlar. 321 yaşayış binasından 184-ü, həmçinin, 19 orta məktəb, 14 uşaq bağçası, 5 səhiyyə obyekti və 30 digər təyinatlı obyektlər istilik enerjisi ilə təmin olunur.
2009-2010-cu ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planında nəzərdə tutulan bütün işlər 1 saylı İstilik Sistemləri İstismar Sahəsi (İSİS) tərəfindən vaxtında başa çatdırılıb.
“Rayon İstilik Qazanxanası-1” (RİQ-1) tərəfindən tədbirlər planı çərçivəsində 3 ədəd qazan, 3 ədəd şəbəkə nasosu, 5 ədəd təzyiq nasosu, 4 ədəd xam su nasosu, su qızdırıcıları, suyun kimyəvi üsulla təmizlənməsi qurğuları təftiş və təmir olunaraq mövsümə hazırlanıb. 18 ədəd məhəllədaxili qazanxana və 21 ədəd istilik məntəqəsində 36 ədəd qazan qurğusu, 84 ədəd nasos avadanlığı təmir olunub, magistral və məhəllədaxili istilik xətlərində 2893 paqometr (pm) boru dəyişdirilib.
Bundan əlavə, Azadlıq prospekti 86 ünvanında yerləşən 99 saylı qazanxanada modernləşmə işləri davam etdirilir. Qazanxana binasında əsaslı təmir işləri aparılıb, tüstü borusunun yeri dəyişdirilib, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunub. Hazırda rayonun Ceyhun Səlimov küçəsindəki 7 və 9 saylı binaları istiliklə təmin edəcək məntəqənin rekonstruksiya edilərək qazanxanaya çevrilməsi işləri davam etdirilir. Qazanxana binasının tikinti işləri başa çatdırılıb, müasir tipli avadanlıqların quraşdırılmasına başlanıb. Hər iki qazanxana mövsümə qədər hazırlanıb istismara veriləcək.
105, 102 və 74 saylı uşaq bağçalarının binadaxili istilik sistemi və məhəllədaxili xətləri bərpa olunaraq mərkəzi istilik sisteminə qoşulub.
Mənzil-kommunal təsərrüfatları fəaliyyətlərini gücləndirir
Rayon mənzil-kommunal təsərrüfatları tərəfindən tədbirlər planına uyğun olaraq, bir sıra işlər görülüb. Belə ki, hesabat dövründə ümumi sahəsi 3572 kv.m olan yaşayış binalarının dam örtükləri təmir olunub. Bunlardan 800 kv.metri qarışıq materiallarla, 2235 kv.metri ruberoidlə, 433 kv.metri dəmirlə, 140 kv.metri isə şiferlə təmir olunub. 400 kv.m sahədə ümumi istifadə yerləri şüşələnib, 362,5 kv.m sahədə binaların giriş qapıları, 327 kv.m sahədə ümumi istifadə olunan yerlərdə pəncərələr, 577,8 kv.m sahədə suaxıdıcı borular təmir edilib, 870,1 pm su boruları yenisi ilə əvəzlənib, 220,1 kv.m sahədə keçid meydançası və pilləkənlər təmir olunub, 1943 pm yaşayış binalarının ventilyasiya kanalları və tüstü bacaları təmizlənib.
Eyni zamanda, mərkəzi istilik sisteminə qoşulmuş 309 yaşayış binasından 127-nin 2009-2010-cu illərin payız-qış mövsümündə istiliklə təchiz edilməsi nəzərdə tutulub ki, bu məqsədlə də həmin binaların zirzəmilərindəki aşağı istilik sistemlərində profilaktik işlər aparılıb, 167 ədəd vintil, 63 ədəd siyirtmə təmir edilib və yağlanıb, 38 ədəd ventil, 19 ədəd siyirtmə və 702 pm istilik xətti isə dəyişdirilib.
Hal-hazırda Asif Məhərrəmov küçəsi 45 və 47, Moskva prospekti 66 və 78 saylı ünvanlarda yerləşən yaşayış binalarının aşağı istilik sistemlərinin bərpa olunması istiqamətində işlər davam etdirilir. Mərkəzi istilik sistemindən istilik alan yaşayış binalarının sayının artırılması istiqamətində bütün mövcud imkanlardan istifadə edilir.
Elektrik enerjisi ilə təminat diqqət mərkəzindədir
Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən payız-qış mövsümünə hazırlıqla əlaqədar bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilib. 3240 metr 6/10 KV-luq yüksək gərginlikli kabel xətti, 59383 metr 0,4 KV-luq alçaq gərginlikli kabel xətti, 3145 metr AS-50, 68 ədəd 0,4 KV-luq 250, 400 amperlik ayırıcı çəkilib, 4 ədəd güc transformatoru yenisi daha güclüsü ilə əvəz edilib, 43 ədəd 8 sayğaclı şit, 43 ədəd 10 sayğaclı şit, 12 ədəd 12 sayğaclı şit, 7 ədəd 4 sayğaclı şit, 28 ədəd 6 sayğaclı şit, 43 ədəd 250-400 amperlik paylayıcı və giriş şiti, 2 ədəd şit Ş0-70, 4 ədəd vakuum açarı, 2 ədəd ŞNAYDER, 1 ədəd 630 KVA paylayıcı şit, 1 ədəd KTM (kompleks transformator məntəqəsi) 1000 KVA, 674 ədəd sayğac qutusu quraşdırılıb.
Bundan əlavə, yarımstansiyalar üzrə 7 ədəd yağ açarı əsaslı təmir edilib, 10 ədəd yeni yuva istifadəyə verilib. 117 saylı yarımstansiyada abadlıq işləri aparılıb, 1 ədəd vakuum açarı daha güclüsü ilə əvəz edilib. 35 KV-luq “Dağlıq - 111” yarımstansiyasının 2 saylı kabel xəttinin yararsız hissəsi dəyişdirilib. 116 saylı yarımstansiya əsaslı təmir edilib və yeni avadanlıqla təmin olunub. 88 saylı yarımstansiyada hər iki 16 MVA transformator cari təmir olunub və tam yoxlanılıb. 117 saylı yarımstansiyada 16 MVA transformator daha güclü 25 MVA transformatorla əvəz olunub.
Əhali təbii qazdan korluq çəkməyəcək
Rayon Qaz İstismar Sahəsi tərəfindən payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir. Tədbirlər planının icrası məqsədilə əhalinin təbii qaza olan tələbatının tam ödənilməsi istiqamətində bir sıra işlər həyata keçirilib. Ə.Hüseynzadə küçəsində diametri 40 mm-lik, S.Zeynalov küçəsində diametri 57 mm-lik qaz xətti çəkilib. M.Qaşqay küçəsində yeraltı aşağı təzyiqli diametri 219 mm-lik daşıyıcı qaz kəmərində yerləşən siyirtmə təmir olunaraq qutuya salınıb. Azadlıq prospekti 80 ünvanda diametri 57 mm-lik qaz kəmərində yeni qaz tənzimləyici şkaf (QTŞ) quraşdırılıb. Abonentlərin qaz təchizatının yaxşılaşdırılması, qaz itkisinin qarşısının alınması məqsədilə bir sıra işlər görülüb. Belə ki, hesabat dövründə A.Qurbanov küçəsində diametri 325 mm olan 92,8 pm uzunluqda qaz kəməri, R.Rza küçəsində diametri 219 mm olan 165 pm qaz kəməri, H.Seyidzadə küçəsində diametri 377 mm-lik 22 pm, M.Qaşqay küçəsində diametri 76 mm-lik 12 pm qaz kəmərləri aşınmaya məruz qaldığı üçün yeniləri ilə əvəz olunub. H.Seyidzadə küçəsində diametri 325 mm-lik qaz kəmərində qaz sızmasının qarşısı alınıb. 3-cü Alatava küçəsində diametri 108 mm-lik orta təzyiqli 7 pm qaz kəməri yenisi ilə əvəz olunub. Həmçinin, 3-cü Alatava və C.Səlimov küçələrində, eləcə də, Azadlıq prospekti 80 ünvanında 1 ədəd QTŞ quraşdırılıb. M.Qaşqay küçəsi 21 ünvanında bir siyirtmə dəyişdirilib, R.Rza küçəsində 2 ədəd yeni siyirtmə quraşdırılıb. Bütün bunlar əhalinin payız-qış mövsümündə təbii qazla təminatında öz müsbət təsirini göstərəcək.
Suya olan tələbat tam ödənilir
Rayon Su İstismar İstehsalat Zonası tərəfindən payız-qış mövsümünə hazırlıqla əlaqədar ərazidə müxtəlif diametrli magistral və məhəllədaxili 1697 pm su kəməri dəyişdirilib. Rayon ərazisində magistral su kəmərləri üzərində, eyni zamanda məhəllədaxili su kəmərləri üzərində 21 ədəd tənzimləyici siyirtmə təmir olunaraq işlək vəziyyətə gətirilib. 18 ədəd yanğın hidrantı təmir olunub, ümumi həcmi 4500 kubmetr olan altı ünvanda məhəllədaxili su anbarları yuyulub təmizlənib.
Məhəllədaxili nasos stansiyalarında 16 ədəd müxtəlif gücə malik elektrik mühərriki və 23 ədəd müxtəlif markalı nasos təmir olunub, bütün maşın və mexanizmlər işlək vəziyyətə gətirilib və müəyyən ehtiyat hissələri əldə edilib.
Su İstehsalat İstismar Zonası tərəfindən payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon ərazisində nəzərdə tutulan bütün işlər yerinə yetirilib.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar kanalizasiya qəza xidməti tərəfindən 40,0 kilometr uzunluğunda şəbəkə yoxlanılıb, 31,535 kilometr şəbəkə, 7165 metr leysan şəbəkəsi, 2316 ədəd baxıcı quyular, 1160 ədəd barmaqlıqlar təmizlənib, 45 ədəd quyu, 13 ədəd barmaqlıq, 2 ədəd beton halqa, 2 ədəd beton örtüyü dəyişdirilib.
Ceyhun Hacıbəyli küçəsi ev 65 ünvanında diametri 300 mm olan 60 pm, Y.Vəzirov küçəsindən C.Məmmədquluzadə küçəsinədək diametri 400 mm olan 120 pm, Azadlıq prospekti boyunca Nizami küçəsindən Süleyman Rəhimov küçəsinədək diametri 1200 mm olan 600 pm. məişət kollektor xətti çəkilib.
S.Rüstəm küçəsi 31 ünvanında diametri 200 mm olan 18 pm, M. Əlizadə küçəsi 9 a ünvanında diametri 150 mm olan 20 pm, H.Seyidzadə küçəsi 5 ünvanında diametri 200 mm olan 16 pm, M.Cəlal küçəsi 68 ünvanında diametri 400 mm olan 40 pm, C.Məmmədquluzadə küçəsi 105 ünvanında diametri 300 mm olan 35 pm, C.Məmmədquluzadə küçəsi 73 ünvanında diametri 200 mm olan 18 pm, M.Əliyev küçəsi 245 ünvanında diametri 200 mm olan 35 pm, Q.Quliyev küçəsi 41 ünvanında diametri 200 mm olan 26 pm, B.Səfəroğlu küçəsi 153-155 ünvanında diametri 150 mm olan 20 pm, Ə.Hüseynzadə küçəsi 96 ünvanında diametri 150 mm olan 16 pm, Bülbül prospekti 84 ünvanında diametri 200 mm olan 18 pm və İ.İsmayılov küçəsi 48 ünvanında diametri 150 mm olan 10 pm kanalizasiya xətlərində əsaslı təmir işləri aparılıb.
Təhsil müəssisələri də diqqət mərkəzindədir
Yay tətili müddətində rayonun məktəb və məktəbəqədər müəssisələrində payız-qış mövsümü ilə əlaqədar, sinif otaqlarında ağartma, rənglənmə işləri aparılıb, su-kanalizasiya və istilik sistemlərinə baxış keçirilib və digər təmir işləri aparılıb. Tədbirlər planı çərçivəsində 41 saylı məktəbdə (Elitar gimnaziya) su-kanalizasiya, istilik xətləri dəyişdirilib, sanitar qovşaqlarında yeni avadanlıqlar quraşdırılıb, kafel, metlax vurulub. Sinif otaqlarında bütün pəncərələr yeni plastik pəncərələrlə əvəz olunub. İdman zalının duşxanasında daimi axar isti suyun gəlməsi təmin olunub. 1 saylı məktəbdə bufet əsaslı təmir edilib. Burada su-kanalizasiya xətləri dəyişdirilib, yeni elektrik plitələri, mebel dəstləri quraşdırılıb. 54 saylı məktəbdə sanitar qovşağı təmir olunub, kafel, metlax dəyişdirilib, bütün sinif və dəhlizlərdə elektrik xətləri yenisi ilə əvəzlənib, bufetdə ağartma, rənglənmə işləri aparılıb.
119 saylı uşaq bağçasında su-kanalizasiya, elektrik, istilik sistemləri əsaslı təmir olunub, pəncərələr tam dəyişdirilib, sanitar qovşaqlarında yeni avadanlıqlar qoyulub. 146 saylı uşaq bağçasında təmir işləri davam etdirilir.
Yay tətili müddətində 52 saylı uşaq bağçasında su boruları, qapı və pəncərələr dəyişdirilib, yeni avadanlıqlar alınıb. 108 saylı uşaq bağçasında su qızdırıcısı qoyulub, yeni avadanlıq alınıb. 174 saylı uşaq bağçasında bütün qruplarda qida blokunda təmir işləri aparılıb.
Müəssisə və təşkilatlarda da qışa hazırlıq işləri başa çatmaq üzrədir
Hesabat dövründə rayon ərazisindəki bir sıra müəssisə və təşkilatlarda da payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər görülüb. “Sədaqət” firması otaqlarda kosmetik təmir işləri görüb, istilik sistemində təmir işləri aparılıb. Sınıq pəncərə şüşələri dəyişdirilib və binanın fasadı ağardılıb. “MM-S” KM-də poliqraf sahəsində tədbirlər görülüb, sexin damında bərpa-təmir işləri yerinə yetirilib, sanitar qovşağı yeniləşdirilib, fasadı ağardılıb. “Bakı Tikiş Sənaye” ASC-nin ərazisində cari təmir işləri aparılıb. Sanitar məişət otaqlarında kosmetik təmir işləri aparılıb, istilik boruları dəyişdirilib, su və kanalizasiya sistemində təmir işləri görülüb.
Bundan əlavə, “Nigar” KM-də, “Zirvə-95” KM-də, “Spektr-Poliqraf” MMC firmasında, “Subaru” satış mərkəzində, “A-Polimer” firmasında da payız-qış mövsümü ilə əlaqədar olaraq sağlamlaşdırıcı tədbirlər görülüb. Bunlarla yanaşı, mövsümə qədər digər müəssisələrdə də görülən işlər başa çatdırılacaq.
Bir sözlə, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon ərazisindəki yaşayış binalarının, idarə və müəssisələrin, təhsil və səhiyyə obyektlərinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, həmçinin, istiliklə təmin edilməsi məsələsi öz həllini tapıb.
Səlim LOÄžMANOÄžLU

Paylaş:
Baxılıb: 1526 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30