Dünya şöhrətli hindistanlı yoqin Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edib
13.11.2018 [09:35]
Noyabrın 10-da məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, Sadhqurunun izləyiciləri ilə görüşü “Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” mövzusunda olub.
“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” dərin və davamlı şəxsi transformasiyadan keçmək üçün qədim yoqa elmindən əldə edilən hərtərəfli bir sistemdir. Bu, insanın bədəni, ağlı, duyğuları və enerjisini pik nöqtədə, tam harmoniyada birləşdirmə üsuludur, hər hansı fiziki hazırlıq və ya yoqa haqqında bilik tələb etmir və onun sayəsində asanlıqla istənilən həyat tərzinə inteqrasiya etmək mümkündür.
Sadhqurunun mühazirəsi bədən və emosiyalara, insanın daxili enerjisinə müdrikliklə nəzarət etmək vasitələri barədə maraqlı mülahizələrlə yadda qalıb.
Hindistanlı yoqinin fikrincə, bugünkü cəmiyyət bəşər tarixində ən rahat şəraitdə yaşayan insanlardan ibarətdir. Sadhqurunun sözlərinə görə, insan bəyənmədiyi halları, əslində, özü yaradır. İnsanın düşüncələri onun həyatında müxtəlif təlatümlərə səbəb ola bilər. “İnsanlar on il əvvəl baş vermiş hadisənin iztirabını, eləcə də gələcəkdə gözlənilən hər hansı hadisənin iztirabını indi çəkir. Halbuki indiki vəziyyətdə nə on il əvvəlki, nə də gələcəkdə baş verəcək hadisə mövcud deyil”, - deyən Sadhquru bu iztirabın yaddaş və hüdudsuz təxəyyül kimi mənbələrini göstərib.
“Siz sevincli olanda bu sevinc digərlərinə də sirayət edir. Siz bu zaman başqalarına pozitiv görünürsünüz. Eyni zamanda, əks halda da müvafiq vəziyyətə uyğun hal yaranır”, - deyə Sadhquru vurğulayıb. Yoqin hesab edir ki, insan öz ağlının özünə zərər deyil, fayda verməsinə çalışmalıdır. İnsan dünyanı özünə deyil, özünü dünyaya uyğunlaşdırmalı və harmoniyada yaşamağı bacarmalıdır.
Sadhquru mühazirədən sonra iştirakçıların suallarını cavablandırıb, Bakıda bu auditoriya qarşısında çıxışının və insanlarla ünsiyyətinin ona çox gözəl anlar yaşatdığını bildirib.
Qeyd edək ki, Sadhqurunun Mərkəzin Auditorium zalında etdiyi çıxış çoxsaylı müraciət və istəklər nəzərə alınaraq, digər konfrans zalında da canlı yayımlanıb və burada tamaşaçılar onu böyük monitor vasitəsilə izləyiblər.
Tədbir çərçivəsində Sadhqurunun “Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” adlı kitabının imzalanma mərasimi də olub.
Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru yoqin, mistik bestseller müəllifidir, özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib. O, bir sıra beynəlxalq forumlarda, o cümlədən BMT-nin mənzil qərargahında əsas, Dünya İqtisadi Forumunda isə mütəmadi çıxışçı olub, TED konfranslarında izləyicilərlə görüşüb. Hindistanlı yoqin Oksford, Stenford, Harvard, Uorton, Yel universitetlərində, Massaçusets Texnologiya İnstitutunda və dünyanın digər qabaqcıl ali təhsil müəssisələrində çıxış edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19

