Ədliyyə və məhkəmə infrastrukturu müasirləşdirilir
09.11.2018 [11:23]
Zaqatala rayonunda ədliyyə orqanları və məhkəmə üçün yeni inşa edilən müasir binanın açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan məhkəmə-hüquq islahatları çərçivəsində ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsinə, əhalinin müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilir, bu məqsədlə müasir infrastruktur yaradılır.
Dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində son illər paytaxtda və bölgələrdə müasirliyi ilə fərqlənən və ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni ədliyyə və məhkəmə bina və kompleksləri tikilib istifadəyə verilib, o cümlədən hazırda 7 məhkəmə üçün yeni binaların intensiv inşası aparılır. Bir çox bina və komplekslərin açılışlarında Prezident İlham Əliyev şəxsən iştirak edib, müvafiq tövsiyə və göstərişlər verib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, dövlət büdcəsi hesabına Zaqatala rayonunda ədliyyə orqanları və məhkəmə üçün yeni inşa edilən müasir binanın açılışı olub.
Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin Zaqatala rayonundakı abidəsi ziyarət olunub, xatirəsi dərin ehtiramla yad edilib.
Açılış mərasimində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, rayon rəsmiləri, hakimlər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tanışlıq zamanı bildirilib ki, ümumi sahəsi 2300 kvadratmetr olan bina üç mərtəbədən və zirzəmi qatından ibarətdir. Yeni tikilmiş digər məhkəmə binalarında olduğu kimi, burada fəaliyyət göstərən rayon məhkəməsi də ictimai və inzibati zonalara bölünməklə müasir İKT ilə təchiz olunub. Binada Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur yaradılıb, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən və audio-videoyazılışları aparan sistem və digər avadanlıq quraşdırılıb. Burada, həmçinin konfrans və iclas zalları, arxiv və digər xidməti otaqlar mövcuddur.
Müasir texnologiyalarla təchiz olunmuş binada Zaqatala rayonu icra və probasiya, qeydiyyat şöbələrinin fəaliyyəti, o cümlədən təntənəli nikah mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Mərasimdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi tərəqqisinin təmin olunduğunu vurğulayıb, ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar və yeniliklər barədə məlumat verib. Bildirilib ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar nəticəsində məhkəmə sistemi təkmilləşdirilib, yeni məhkəmələr və məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanları təsis olunub, hakimlərin Avropada ən şəffaf seçim qaydaları müəyyən edilib.
Nazir ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən tədbirlərin bu sahədə fəaliyyətin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanlarını artırmaqla əlçatanlığın asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına xidmət edəcəyini deyib.
Dövlət Bayrağı Gününün qeyd olunduğu bu ərəfədə istifadəyə verilən binada, həmçinin qabaqcıl İKT-nin, elektron informasiya sistemlərinin tətbiqi üçün lazımi şəraitin yaradıldığı bildirilərək, onların fəaliyyətdə aşkarlığın təmin edilməsinə, süründürməçiliyin qarşısının alınmasına böyük töhfə verəcəyi vurğulanıb.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov və digər natiqlər mərasimdə çıxış edərək respublikamızın hərtərəfli tərəqqisinə, ədalət mühakiməsinin səmərəliliyinə, ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsinə verdiyi müstəsna əhəmiyyətə və xüsusi qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

