Bakıda Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib
17.10.2018 [08:44]
Oktyabrın 16-da Bakı Konqres Mərkəzində IDEA İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Bakı Konqres Mərkəzində “Mənim addımlarım” mövzusunda fotoşəkillərdən, həmçinin təşkilatçılar tərəfindən təqdim edilən nəşrlər və bukletlərdən ibarət sərgi ilə tanış olublar. Sərgiyə Masallı, Ağdam, Lənkəran, İsmayıllı və Balakən rayonlarından olan qadınlardan ibarət Qadın İnkişaf qruplarının nümayəndələri də öz əl işləri ilə qatılıblar. Qeyd edək ki, sözügedən qruplar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra edilən, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində yaradılıb. Bu cür qrupların yaradılmasında əsas məqsəd kəndlərdə biznesin qurulması, inkişafı, idarə edilməsi və genişləndirilməsi yolu ilə əhalinin rifahının yaxşılaşdırılmasıdır.
Tədbir IDEA və FAO-nun birgə əməkdaşlığı çərçivəsində hazırlanan qida tullantılarına (12 nömrəli Dayanıqlı İnkişaf Məqsədi - Dayanıqlı istehlak və istehsal modellərini təmin etmək) həsr olunan qısa filmin nümayişi ilə başlayıb.
Sonra FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın Ümumdünya Ərzaq Gününə dair videomüraciəti nümayiş olunub.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Dünya Ərzaq Günü hər il müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanda da qeyd edilir. Əsas məqsəd dünya ictimaiyyətinin diqqətini ərzaq məsələsinə yönəltməkdən ibarətdir. Qeyd olunub ki, dünyada 100 milyondan çox insan özünü ərzaqla kifayət qədər təmin edə bilmir. 821 milyon insan aclıqdan əziyyət çəkir, 1,3 milyard dollardan çox ərzaq itkisinə yol verilib. Bu problemlərin aradan qalxması üçün dünya dövlətləri sıx əməkdaşlıq etməli, ərzaq təminatı məsələsini birlikdə həyata keçirməlidir.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dünyanın 194 ölkəsini bir araya gətirən FAO-nun ərzaq təminatı istiqamətində gördüyü işlərdən danışıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirir. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi prioritet istiqamət kimi müəyyən edilib. Bununla əlaqədar olaraq müxtəlif proqramlar icra edilir.
FAO-nun Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak diqqətə çatdırıb ki, ərzaqla bağlı keçirilən aksiyalar gələcəyimizin təminatına yol açır. Bu gün Afrika qida çatışmazlığının ən çox yayıldığı qitə olaraq qalır. Bu, 256 milyondan çox insan deməkdir. Birgə səylərlə dünyada aclıq problemini aradan qaldırmaq mümkündür.
Mələk Çakmak Azərbaycanda ərzaq təhlükəsizliyinin təmini istiqamətində görülən işlərin əhəmiyyətini qeyd edib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, dünya ölkələrinin ərzaqla bağlı problemi qlobal səviyyədə həll etməsi önəmlidir. Buna görə də bütün dünya üzrə ərzaq təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirilməlidir. Ərzaq təhlükəsizliyi məsələsi qlobal səviyyədə həll olunmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, dünyada hər on nəfərdən bir insan qidadan zəhərlənir. Ölkəmizdə belə problemlərin qarşısının alınması üçün ciddi işlər görülüb. Azərbaycan rəhbərliyi tərəfindən bu istiqamətdə konkret addımlar atılıb.
Tədbir “Davamlı kənd təsərrüfatı və kənd yerlərinin inkişafına dəstək” mövzusunda panel müzakirələr və aqrobiznesdə fermerlərin uğur hekayələri haqqında videoçarxlarla davam edib.
Qeyd edək ki, FAO-nun yarandığı gün (1945-ci il 16 oktyabr) Ümumdünya Ərzaq Günü kimi dünyanın 150-dən çox ölkəsində qeyd edilir. Bu günə həsr edilən tədbirlərin əsas məqsədi dünyada aclıq və yoxsulluq problemləri haqqında maarifləndirmənin artırılmasından ibarətdir.
Xəbər lenti
Hamısına baxDünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32

