/ / “Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
25.09.2018 [09:16]
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell telekommunikasiya sahəsinin yerli və beynəlxalq səviyyədə inkişafına öz töhfəsini vermək məqsədilə dünyanın ən nüfuzlu tədbirlərində iştirak edir.
“Bakcell”in baş icraçı direktoru Nikolai Beckers IBM, “Wipro”, “Ericsson”, “Verizon”, “Etisalat”, “Batelco Group”, “Turk Telecom” və digər nüfuzlu şirkətlərin rəhbərləri ilə birgə “Telecoms World Middle East 2018” beynəlxalq konfransına xüsusi dəvət olunaraq bu sahənin ən mötəbər liderlərindən ibarət məruzəçilər siyahısında yer alıb. Dubay şəhərində 17-18 sentyabr tarixində keçirilmiş “Telecoms World Middle East” tədbiri Yaxın Şərqin ən mühüm və aparıcı telekommunikasiya tədbirlərindən biri hesab olunur. Nikolai Beckers və telekommunikasiya sahəsinin digər tanınmış mütəxəssisləri bir araya gələrək əməkdaşlıq, innovasiya və dünyanın telekommunikasiya ekosisteminin ümumi strategiyasını müzakirə ediblər.
Startap, inkubasiya və telekommunikasiya sahəsinin rəqəmsallaşmasına həsr edilmiş paneldə “Turk Telecom” şirkətinin baş direktoru Paul Doany və Nikolai Beckers telekommunikasiya sənayesinin indiki vəziyyəti və bu sahənin gələcək uğurlarının təmin edilməsində rəqəmsallaşmanın və startapların rolu barəsində danışıblar.
“Rəqəmsallaşmaya hazır olmaq üçün bir sıra tədbirlərin görülməsi zəruridir və sənayenin liderləri əsas və fundamental məsələlərə xüsusi diqqət yetirməlidirlər. İlk növbədə konsolidasiya həyata keçirilməli, biznesin daxili prosesləri və təşkilati strukturu sadələşdirilməlidir. Bildiyiniz kimi, ənənəvi telekommunikasiya operatorları adətən olduqca bürokratik təşkilati struktura malikdir və bu cür strukturda innovasiya və rəqəmsallaşmanın tətbiq edilməsi elə də asan deyil. Bunun həlli yolu isə əsas təşkilatdan kənarında ayrıca bir qurum yaratmaqdır. Bu qurum insanlara öz ideyalarını daha sərbəst şəkildə irəli sürmək imkanı verməli və eksperimentlərə açıq olmaq üçün münbit şərait təmin etməlidir. Bu cür yanaşmanı Bakcell özünün “AppLab” inkubasiya proqramı vasitəsilə nümayiş etdirir”, - deyə Nikolai Beckers bildirib.
Qeyd edək ki, “AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. “AppLab” layihəsinin iştirakçıları pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı ideyaları və üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. “AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.
“İnnovasiyaların tətbiq edilməsi üçün sərbəstlik və məsuliyyət kimi amillər vacibdir. Yalnız bu iki element mövcud olduğu halda rəqəmsallaşma da mümkün olacaq. Klassik telekommunikasiya təşkilatıları nəzarət və əmrlər üzərində qurulub, bu da innovasiyaların inkişafına müəyyən maneçilik törədir. Həmçinin, startaplar vasitəsilə yaradılan yeniliklər əsas təşkilatın strukturuna inteqrasiya olunmalıdır, bu da dünyanın telekom provayderləri tərəfindən nəzərə alınmalı digər vacib bir məsələdir”, - deyə Nikolai Beckers əlavə edib.
Nikolai Beckers Bakcell şirkətinin baş icraçı direktoru vəzifəsinə 2016-cı ildə təyin olunub. Bundan qabaq o, Qərbi və Şərqi Avropa və Cənub Şərqi Asiya ölkələrinin qabaqcıl telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Nikolai Beckersin iş təcrübəsi dünyanın ən rəqabətli telekommunikasiya bazarlarında mühüm biznes uğurlarının qazanılmasında strateji əhəmiyyət kəsb edən fəaliyyətləri və layihələri əhatə edib.
Xəbər lenti
Hamısına baxElm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31

