“Qu quşları” fəvvarə kompleksi ziyarətçilər tərəfindən maraqla qarşılanıb
05.09.2018 [09:21]
Bu kompleksin yenidən bərpa edilməsi nəticəsində Bakı Bulvarının siması daha da gözəlləşib
Şərq ilə Qərbin qovuşduğu coğrafi ərazidə yerləşən, müasirliklə tarixiliyin vəhdətini yaradan ölkəmizin paytaxtı Bakı özünəməxsus memarlığı və gözəlliyi ilə fərqlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri, o cümlədən paytaxtın simasına xüsusi yaraşıq verən yeni memarlıq nümunələrinin inşası isə Bakını daha da gözəlləşdirir.
Belə ki, şəhərimizin qədimliyi və klassik üslubu harmonik şəkildə müasir memarlıq nailiyyətləri ilə birləşir. Bütün bunlar isə Bakının dünyanın ən gözəl şəhərləri sırasında yerini daha da möhkəmləndirməsinə töhfə verir. Bir sözlə, bu gün, eyni zamanda, həm Avropa, həm də Şərq arxitektura koloritini özündə birləşdirən Bakı gözəlliyinə görə dünyada diqqət çəkən, turistlərin səyahət üçün seçdiyi şəhərlərdən biridir.
Bu məqamda qeyd edək ki, Bakının əvəzsiz incilərindən biri sayılan Dənizkənarı Milli Park da paytaxtımızın son 100 illik tarixini özündə yaşadan, onun müasir simasını təşkil edən kompleksdir. Bura həm də Bakı sakinlərinin, eləcə də paytaxtımızın qonaqlarının sevimli istirahət yeridir. Son illər parkın ərazisinin genişləndirilməsi ilə yanaşı, burada yerləşən və onun simvoluna çevrilən obyektlərin yenidən qurulması da diqqət mərkəzində saxlanılır.
Bu istiqamətdə işlərin həyata keçirilməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva həm də Azərbaycan mədəniyyətinin dünyada təbliği və inkişafı istiqamətində həyata keçirilən nəhəng layihələrin müəllifidir.
Yeri gəlmişkən, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Qu quşları” fəvvarə kompleksi yenidən bərpa edilib və bu kompleksin tarixi siması özünə qaytarılıb. Avqustun 28-də Bakı Bulvarının tarixi rəmzlərindən biri olan və yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.
“Qu quşları” fəvvarəsi 1960-cı illərdə paytaxtın “əfsanəvi” məkanına çevrilmişdi
Məlumat üçün bildirək ki, Bakı Bulvarındakı “Qu quşları” fəvvarəsi 1960-cı illərdə qurulub. 1960-1980-ci illərdə Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı quruculuq işləri həyata keçirilir, o cümlədən Bakıda memarlıq kompleksləri və paytaxtın simasını dəyişən binalar inşa edilirdi. Həmin vaxt Bakı dənizkənarı parkı da hamının diqqətini cəlb edən gözəl məkana çevrildi. Azneft dairəsi ərazisində qurulan “Qu quşları” fəvvarəsi də sakinlərin və şəhərimizin qonaqlarının sevimli məkanlarından biri kimi tanındı. Dahi şair Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” poeması və baletindən ruhlanaraq yaradılan və 7 qu quşu heykəlindən ibarət fəvvarə sakinlərin çox xoşuna gəldi və necə deyərlər, paytaxtın “əfsanəvi” məkanına çevrildi. Kompleksin ayrı-ayrı tarixi dövrlərdəki vəziyyəti fotokolleksiyaçıların albomlarında yer aldı, eləcə də xüsusi açıqcalar hazırlandı.
1980-ci illərdə kompozisiyaya yeni çalarlar əlavə edildi
Bildirmək yerinə düşər ki, “Qu quşları” fəvvarəsinin kompozisiyası bir neçə dəfə işlənilib. 1960-cı illərin əvvəlində 7 qu quşundan və hovuzdan ibarət olan kompozisiyaya 1980-ci illərdə yeni çalarlar əlavə edildi. 1990-cı illərin əvvəlində ölkədə hökm sürən xaos və baxımsızlıq səbəbindən bir çox digər ictimai obyektlər kimi, bu ansambl da bərbad vəziyyətə düşüb. 2007-ci ildə Dənizkənarı Bulvar yenidən qurularkən onun yerində mərmər fəvvarə kompleksi yaradılıb. Lakin tarixi qu quşları ilə məşhurlaşan fəvvarə üçün hər zaman bir nostalji var idi.
“Qu quşları” fəvvarə kompleksinin yenidən bərpa edilməsi müasir memarlıqda tarixi izlərin qorunub saxlanılması baxımından da əhəmiyyətlidir
Qeyd etdiyimiz kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu tarixi ansambl yenidən bərpa edilib və tarixi siması özünə qaytarılıb. Bu kompleksin yenidən öz tarixi simasını bərpa etməsi nəticəsində Bakı Bulvarının siması daha da gözəlləşib. Digər tərəfdən, “Qu quşları” fəvvarə kompleksinin yenidən bərpa edilməsi müasir memarlıqda tarixi izlərin qorunub saxlanılması baxımından da əhəmiyyətlidir.
Məlumat üçün bildirək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində heykəltəraş Murad Sücəddinov tərəfindən 7 qu quşu heykəli hazırlanıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, tarixi ənənələrin qorunması ideyasına söykənən layihə üzərində işlər yüksək səviyyədə həyata keçirilib. Vacib məqamlardan biri də odur ki, qu quşları 1960-cı illərdə olduğu kimi, hər biri fərqli ölçüdə və fərqli hərəkəti təsvir edərkən hazırlanıb. Fəvvarələr qurularkən işıqlandırmaya xüsusi diqqət yetirilib. İndi bu məkan həm yerli sakinlər, həm də turistlər üçün yeni istirahət yeri olmaqla yanaşı, keçmişdə çox sevilən bulvarın bu hissəsində yaşanan xatirələri də canlandıracaq.
Biz də gündən-günə gözəlləşən Bakının simasına daha bir xoş ovqat gətirən bu tarixi ansamblı izləmək üçün birbaşa həmin məkana yollandıq. Gəzinti əsnasında bu kompleksin ətrafındakı insanların bir neçəsi ilə görüşüb həmsöhbət olduq. Onların fikrincə, Bakının qədimliyi saxlanılmaqla sanki şəhər yenidən qurulur. Məsələn, paytaxt sakini Nəcibə Nəcəfova qədimliyin fonunda müasirlik yaratmaqla ölkənin son illər böyük inkişaf yolu keçdiyini, paytaxt Bakının daha da gözəlləşdiyini bildirib: “Yenidən qurulan əfsanəvi kompleks məndə nostalji hisslər yaratdı. Bir anlıq gəncliyimə, tələbəlik illərimə qayıtdım. Fəvvarənin açılışını televiziyada gördükdən sonra həyat yoldaşımla seyr etmək istədik. Zərif və bənzərsiz bir iş ərsəyə gəlib. Bakının tarixi rəmzlərindən biri olan “Qu quşları” fəvvarələr kompleksinin yenidən ilkin görkəminə qaytarılması paytaxtımızın hüsnünə xüsusi yaraşıq verir. Göstərilən təşəbbüsə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.
Təkcə paytaxt əhalisinin deyil, ölkəmizə gələn çoxsaylı turistlərin xoşladığı və baş çəkdiyi bu məkan gözəlləşən Bakının görkəminə daha bir xoş ovqat gətirdi. Moskvadan şəhərimizə ailəsi ilə qonaq gələn Vadim Bayramov da öz məmnunluğunu ifadə edib: “Rusiya vətəndaşıyam, amma əslən Xudat şəhərindənəm. Hər il ailəmlə birgə Azərbaycana səfər edirik. Sevindirici haldır ki, hər il ölkəmizin necə inkişaf etdiyinin şahidi oluruq. Tarixi kompleksin yenidən insanların ixtiyarına verilməsi təqdirəlayiq haldır. Burada çoxlu şəkillər çəkdirmişik. İstəyirik ki, bu gözəlliklərdən dost-tanışlarımız da agah olsun”.
Daha sonra “Qu quşları” fəvvarə kompleksi fonunda şəkil çəkdirən cütlüyə yaxınlaşdıq. Aysel Cabbarlının sözlərinə görə, elçilik mərasimindən sonra ilk gəldikləri məkan məhz “Qu quşları” fəvvarə kompleksi olub: “Bu gün bizim həyatımızda əlamətdar gündür. Elçilik mərasimindən sonra buraya gəlməyi qərarlaşdırdıq. Valideynlərimin vaxtilə bu kompleks ətrafında şəkilləri olub. Biz də istədik ki, bu gözəlliyi həm yaxından seyr edək, həm də bu anı fotokameraların yaddaşına həkk edək”.
Qeyd edək ki, axşam saatlarında əraziyə xüsusi yaraşıq verməsi üçün hovuz kompleksi müasir işıqlandırma sistemi ilə təchiz edilib. Bir sözlə, rəngarənglik və layihənin mükəmməlliyi parkın cəlbediciliyini daha da artırıb.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
27 Sentyabr 09:08
Formula 1
27 Sentyabr 08:15
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36

