Elmar Allahverdiyev: Məqsədimiz yerli sortların genofondunu qorumaq və yeni sortlar yaratmaqdır
29.08.2018 [09:03]
Hibrid toxumlar istehsal etmək üçün İsrail dövləti ilə əməkdaşlıq çərçivəsində ən müasir “ağıllı istixanaların” quraşdırılması başa çatmaq üzrədir
Azərbaycan dövləti ölkə əhalisinin yüksək keyfiyyətli aqrar məhsullara, bu məhsulların emalını həyata keçirən sənayenin isə xammala tələbatının davamlı təmin olunmasına, ölkənin Ərzaq Təhlükəsizliyi Proqramının tərkib hissəsi olan aqrar sahədə elmi-tədqiqatların daha keyfiyyətlə icrasına, onların təkmilləşdirilməsinə və alınmış nəticələrin istehsalata tətbiqinin yaxşılaşdırılmasına daim kömək göstərir.
Respublikamızda aqrar sahənin elmi təminatının daha da yaxşılaşdırılması, ölkə əhalisinin kənd təsərrüfatı məhsulları ilə, o cümlədən müxtəlif çeşidli tərəvəzlərlə təmin olunması işində öz funksiyasını yerinə yetirən Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu yarandığı gündən bu vaxta qədər xeyli iş görüb və hazırda da öz üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyevin AZƏRTAC-a müsahibəsini təqdim edirik.
- Elmar müəllim, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əsas fəaliyyət istiqamətləri hansılardır?
- İnstitutumuz 1965-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılıb. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əsas fəaliyyət istiqamətinə tərəvəz, bostan və kartof bitkilərinin genefond materiallarının toplanması, öyrənilməsi, yeni sortların, hibridlərin və klonların yaradılması, ilkin toxumçuluğun təşkili, xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin hazırlanması və tətbiqi, tərəvəz bitkilərinin becərilməsi, emal və saxlanma texnologiyalarının işlənməsi üzrə elmi-tədqiqat işlərinin aparılması daxildir.
- Azərbaycanda ənənəvi yerli tərəvəz sortları çox məşhurdur. Bu sortların qorunması, həmçinin seleksiya yolu ilə yeni sortların yaradılması ilə bağlı hansı işlər görülür?
- İnstitutun alimləri tərəfindən tərəvəz, bostan və kartof bitkilərinin 100-dən artıq sortu yaradılıb, onlardan 65-i isə rayonlaşdırılıb. Kələmin “Azərbaycan”, “Abşeronskaya Ozimaya”, pomidorun “Vətən”, “Leyla”, “Zərrabi”, “Alsu”, badımcanın “Məhərrəm”, “Zəhra”, acı bibərin “Göygöl”, sarımsağın “Cəlilabad”, kartofun “Telman”, “Sevinc”, “Əmiri-600”, qırmızı soğanın “Sabir” və digər tərəvəz bitkilərinin sortları fermerlərimiz arasında çox populyardır. Artıq institutumuzun yeni inzibati-laboratoriya binası tikilib və Avropa, ABŞ və Yaponiya istehsalı olan ən müasir avadanlıqlarla təchiz olunub. Müasir avadanlıqlar vasitəsilə torpaq və bitki analizləri aparmaq, pestisid qalığının miqdarını, tərəvəz xəstəliklərinin viruslarını təyin etmək mümkündür. Bitkilərdə baş verən fizioloji proseslərin tədqiq edilməsi, azot və proteinlərin miqdarının təyin olunması, toxumların cücərmə qabiliyyətinin öyrənilməsi, bitkilərin biotexnoloji üsullarla laboratoriya şəraitində yetişdirilməsi, tərəvəzin emalı və saxlanılması istiqamətində analiz və tədqiqatların aparılması məhz bu cihazlar vasitəsilə həyata keçirilir. Eyni zamanda, institutumuz tərəfindən Azərbaycanda ilk dəfə istehsalyönümlü kartofun virussuz mini yumrularının laboratoriyada “in vitro” şəraitində əldə edilməsi məqsədilə müasir biotexnoloji laboratoriya yaradılıb. Bu, ölkəmizdə sağlam kartof toxumunun yetişdirilməsində və kartof toxumçuluğu sisteminin yaradılmasında müstəsna rol oynayacaq və növbəti illərdə ölkənin sağlam kartof toxumuna olan tələbatının ödənilməsinə öz töhfəsini verəcək.
- Dünyada toxumçuluq sahəsində gedən trendlərə nəzər salsaq, görərik ki, istiqamət hər yerdə eynidir: yerli şəraitə uyğunlaşdırılmış, məhsuldar və xəstəliklərə davamlı sortlar yaratmaq. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu bu trendlərlə ayaqlaşa bilirmi?
- Əvvəldə qeyd etdiyim kimi, institutun tərəvəz bitkiləri üzrə bir sıra sortları vardır ki, bu, sadalanan parametrlərə cavab verir. Amma hazırda istehsalçıların böyük hissəsi yüksək məhsuldarlığa malik hibrid toxumlardan əmələ gələn bitkilərin yetişdirilməsinə üstünlük verir. Tərəvəz, bostan bitkilərinin hibrid toxumlarının istehsalı ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi İsrail dövləti ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində institutun 6,14 hektar sahəsində 7 ədəd ən müasir “ağıllı istixanaların” quraşdırılması başa çatmaq üzrədir. Həmçinin açıq sahədə becərilən tərəvəzlərin yeni sortlarının yaradılması, toxumçuluğun təşkili üçün 30 hektar ərazidə damla suvarma və yağmurlama sistemləri qurulur. Layihə çərçivəsində ilk dəfə Cənubi Qafqazda tərəvəz toxumu emalı müəssisəsi yaradılıb. “Milli tərəvəz və kartof toxumçuluğu layihəsinin” həyata keçirilməsində əsas məqsəd fermer və sahibkarları keyfiyyətli yerli, xarici toxumlardan qiymətinə görə daha münasib olan tərəvəz, bostan və kartof bitkilərinin toxumları ilə təmin etməkdir.
- Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu beynəlxalq təcrübədən hansı formada yararlanır?
- İnstitutumuz müsabiqəli qrantlar proqramlarında, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə layihələrində də fəal iştirak edir. Eyni zamanda, Dünya Tərəvəzçilik Mərkəzi (AVRDC, Tayvan) və Beynəlxalq Kartofçuluq Mərkəzi (CIP, Peru) ilə də əməkdaşlıq edirik. Bu, bizə həm digər ölkələrin elmi-tədqiqat institutları ilə öz təcrübəmizi bölüşməyə, həm də xarici təcrübə ilə tanış olmağa imkan verir. Qarşımızda duran əsas vəzifə isə dəyişməzdir - ənənəvi sortlarımızın genefondunu qoruyub saxlamaqla yanaşı, yeni, daha məhsuldar və keyfiyyətli tərəvəz, bostan və kartof bitkilərinin sortlarını yaratmaq. Kənd Təsərrüfatı Nazirliyi fəaliyyətimizin bütün istiqamətlərində bizə daim dəstək verir.
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

