Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qurban bayramı münasibətilə sosial xidmət müəssisələrindəki uşaqların əyləncə mərkəzində istirahəti təşkil olunub

Qurban bayramı münasibətilə sosial xidmət müəssisələrindəki uşaqların əyləncə mərkəzində istirahəti təşkil olunub

22.08.2018 [09:29]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar və sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinin sakinlərinin əyləncə mərkəzində istirahəti təşkil olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Qurban bayramı münasibətilə təşkil olunan tədbir uşaqlara xoş anlar bəxş edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə son illərdə açılışı olan Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi ölkəmizdə hər bir uşağın dövlətin qayğısı ilə əhatə olunduğunu bir daha təsdiq edir. Müəssisədəki uşaqlar stasionar şəraitdə reabilitasiya məqsədli sosial xidmətlərlə təmin edilir, onların digər həmyaşıdları kimi normal həyat tərzi üçün məqsədyönlü reabilitasiya işləri aparılır.
Eyni zamanda, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı” çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Fondun layihəsi əsasında yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində yüksək standartlar əsasında reabilitasiya şəraiti mövcuddur. Burada hər il 400-dək uşağa reabilitasiya üsulları ilə bərpa xidmətləri göstərilir. Fond tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar, onların cəmiyyətə inteqrasiyası üçün mütəmadi olaraq humanitaryönümlü aksiyalar həyata keçirilir.

Paylaş:
Baxılıb: 682 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30