/ / Səyavuş Heydərov: Əsas vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi yad dini ideologiyaların təsirindən qorumaqdır
Səyavuş Heydərov: Əsas vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi yad dini ideologiyaların təsirindən qorumaqdır
18.08.2018 [09:19]
Azərbaycanda ekstremizmin sosial bazasının formalaşması üçün onun dayağı yoxdur. Dünyada, o cümlədən Yaxın Şərqdə gedən münaqişələrə rəğmən ölkəmizdə ictimai-siyasi və dini durum sabitdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir avqustun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun və Lənkəran şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm” mövzusunda keçirilən seminar-müşavirədə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Seminar-müşavirədə DQİDK-nın məsul əməkdaşları, Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarının İcra Hakimiyyəti başçılarının birinci müavinləri, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, eyni zamanda, bu qurumların adıçəkilən rayonlardakı yerli strukturlarının rəhbərləri, ziyalılar, dindarlar və gənclər iştirak ediblər.
Tədbir DQİDK-nın sifarişi ilə çəkilən Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filminin nümayişi ilə başlayıb.
Filmin nümayişindən sonra Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, seminar-müşavirənin keçirilməsində məqsəd Azərbaycanda dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işləri və qarşıda duran vəzifələri müzakirə etməkdir. O, Azərbaycanda, o cümlədən Lənkəranda milli mənsubiyyətindən asılı olmayaraq hər bir inanclı insanın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb.
Taleh Qaraşov çıxışında, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş, eləcə də dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” sənədli filminin əhəmiyyətini vurğulayaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirib.
DQİDK-nın sədr müavini Səyavuş Heydərov Azərbaycan dövlətinin din siyasətinin əsas prioritet istiqamətlərindən danışaraq vurğulayıb ki, dövlətin başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsi, həmçinin respublikamızda milli dini kadrların hazırlanmasıdır. O, bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının, din xadimlərinin maddi təminatının yüksəldilməsi üçün onlara maddi dəstək verilməsinin Prezident İlham Əliyev tərəfindən atılmış uzaqgörən, məntiqli və mütərəqqi addım olduğunu diqqətə çatdırıb.
Dini radikalizm və ekstremizmin yaranma səbəbləri, mahiyyəti və ona qarşı mübarizə metodlarından danışan S.Heydərov qeyd edib ki, araşdırmalar Azərbaycandakı bu sabitliyi və inkişafı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasını istəməyən bəzi xarici dairələr, qüvvələr tərəfindən respublikamıza qarşı pozuculuq fəaliyyətinin bir an belə səngimədiyini göstərir. Çox təəssüf ki, bəzi şəxslər bu qüvvələrin təsirinə məruz qalırlar. Eləcə də bəzi kriminal ünsürlər öz çirkin, məkrli niyyətlərini gizlətmək üçün din libasına bürünərək ölkəmizdəki dini sabitliyə təsir göstərməyə cəhdlər edirlər.
DQİDK sədrinin müavini bildirib ki, bizim başlıca vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi bu cür yad dini ideologiyaların təsirindən qorumaqdır. Bu baxımdan maarifləndirmə tədbirlərinin səmərəliliyinin artırılmasına xüsusi önəm verilir.
Tədbirdə mövzu ilə bağlı çıxış edən Daxili İşlər Nazirliyinin şöbə rəisi Oqtay Tağıyev, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev və Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazısı Qəni Axundzadə dini radikalizm və ekstremizmə qarşı həyata keçirilən profilaktik və inzibati tədbirlər, eləcə də son dövrlərdə bu sahə üzrə qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat veriblər.
Çıxışlarda qeyd olunub ki, dini ekstremizm ictimai təhlükəsizliyin təminatı üçün ciddi təhlükə mənbəyidir. Ölkəmizdə bəzi kriminal ünsürlərin din pərdəsi altında bir sıra ağır cinayətlər törətməsinə diqqət çəkən natiqlər bildiriblər ki, hüquq-mühafizə orqanları respublikamızda sabitliyi və əmin-amanlığı pozmağa çalışanlara qarşı bundan sonra da qətiyyətlə mübarizə aparacaqlar.
Həmçinin insanların, o cümlədən gənclərin yad dini ideologiyaların təsirinə düşməməsi üçün daha çox sağlam dini bilgilərə yiyələnmələrinin, ölkəmizdə bu istiqamətdə həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyi diqqətə çatdırılıb.
Seminar-müşavirəni yekunlaşdıran DQİDK-nın sədr müavini Səyavuş Heydərov tədbir iştirakçılarını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edərək, Məhərrəmlik mərasimlərinin keçirilməsi ilə bağlı dini icma rəhbərlərinə tövsiyələrini çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

