Fermer Cavanşir Paşayev: İndiyə kimi pomidor becərib ziyana düşən adam görməmişəm
18.08.2018 [09:13]
Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
Təsərrüfatımız əsasən pomidor istehsalı üzrə ixtisaslaşıb. Texnika və gübrəyə olan tələbatımızı “Aqrolizinq”in yerli nümayəndəliyinin dəstəyi hesabına ödəyirik. Bu il yüksək məhsul əldə etmişik və yığdığımız pomidoru artıq bazara çıxarırıq. Qiymətlər də bizi qane edir.
AZƏRTAC xəbər verir ki, bu sözlərin müəllifi Xaçmaz rayonunun Hülövlü kəndində yerləşən fermer təsərrüfatının rəhbəri Cavanşir Paşayevdir.
Fermer kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən dövlət dəstəyindən məmnundur: “Dövlət bizi texnika, gübrə və toxumlarla təmin edir, fermerlərə bütün güzəştlər tətbiq olunur. Hazırda texnika boldur, gübrələr də çox aşağı qiymətlərlə fermerlərə təqdim olunur. İndiyə kimi pomidor becərilməsindən zərərə düşən fermer görməmişəm. Özüm 5 hektar sahədə pomidor əkmişəm. Hazırda məhsulu bazara çıxarıram. Təxmini hesablama aparaq. Əgər bir yeşik pomidoru 5 manata satıramsa, 100 yeşikdən 500 manat əldə edirəm. Bir gündə kim 500 manat qazana bilər? Deməli, bizim üçün pomidor istehsalı sərfəli sahədir”.
Cavanşir Paşayev pomidorun xeyirli tərəvəz olduğunu deyir. “Xaçmaz pomidorundan çox dadlı salat olur, iştahanı artırır. Quba rayonu öz ağ alması, Xaçmaz isə pomidoru ilə məşhurdur. Harada gedib pomidorun dadına baxsanız, Xaçmaz pomidorunun tamını verməyəcək. Bu neməti bizim torpaqlarımız yetişdirir. Qızıl kimi torpaqlarımız var”, - deyə fermer bildirib.
Qeyd edək ki, Xaçmaz rayonu tərəvəzçilik üzrə ixtisaslaşmış bölgələrdəndir. Hazırda bölgədəki təsərrüfatlarda pomidor yığımı davam edir. Toplanan məhsul paytaxt bazarlarına, emal müəssisələrinə göndərilir və Rusiyaya ixrac olunur.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

