Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yaponiyalı qonaqlar İsmayıllıda

Yaponiyalı qonaqlar İsmayıllıda

17.08.2018 [09:04]

Yaponiyanın İto şəhərinin nümayəndə heyəti İsmayıllıya səfər edib. Səfər İsmayıllı rayonu ilə İto şəhəri arasında imzalanan “Dostluq mübadiləsi haqqında” Saziş çərçivəsində həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində qonaqlar rayonun milli mətbəxi, zəngin mədəniyyəti və adət-ənənələri ilə tanış olacaqlar.
Rayon icra hakimiyyətində keçirilən görüşdə yaponiyalı qonaqlara Azərbaycanın dilbər guşəsi olan İsmayıllı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, İsmayıllı rayonu İto şəhəri ilə işgüzar əlaqələr qurub. Bu əlaqələr təhsil sahəsində uğurla davam etdirilir.
Görüşdə “İto beynəlxalq qonaqlama təşkilatı”nın üzvü - qrup rəhbəri Kazuko Işida və digərləri qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Yaponiyadan gələn nümayəndə heyətinin üzvləri səfər proqramına müvafiq olaraq, avqustun 24-dək rayonla tanış olacaq, bir neçə ailədə qonaq qalacaqlar.

Paylaş:
Baxılıb: 719 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30