Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xaçmazlı fermer: Müştəri sarıdan problemimiz yoxdur

Xaçmazlı fermer: Müştəri sarıdan problemimiz yoxdur

16.08.2018 [08:49]

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
Hazırda əkib-becərdiyim şaftalı bağlarını 1990-cı ildə icarəyə götürmüşəm. Bol məhsul yetişdirmişəm. Dövlətimiz şərait yaradıb, biz də bundan istifadə edib bağ salmışıq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözlərin müəllifi Xaçmaz rayonunun Ağtala kənd sakini İslam İsbatov 20 ildən çoxdur meyvəçilik sahəsində fəaliyyət göstərir.
Uzun illər peşə məktəbində müəllim işləmiş 72 yaşlı İ.İsbatov həm də rayonun qabaqcıl fermerlərindəndir. Onun təsərrüfatının yerləşdiyi Ağtala kəndi Nərəcan inzibati ərazi dairəsinə daxildir. Nərəcan və Ağtala kəndlərindəki bağ sahiblərinin 90 faizi şaftalı yetişdirir. Onun sözlərinə görə, bu kəndlərdə 1000 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir. Bağlarda yetişdirilən şaftalı nəinki Xaçmazda, eləcə də bütün Azərbaycanda məşhurdur.
İslam İsbatov hazırda şaftalı bağlarında məhsul yığımının ən qızğın çağı olduğunu bildirir. Meyvənin indiki qiyməti təsərrüfatçıları qane edir. “Bağa lazımi aqrotexniki qulluq göstəririk. Suvarma, dərmanlama və bu kimi bütün işləri vaxtı-vaxtında görürük. Bol məhsul əldə olunması üçün bütün bunlar vacib şərtdir. Bu işlər olmasa, meyvə zəif olar. Bağın budanmasına da diqqət yetirmək lazımdır. Şaftalı özü-özünü tozlandırır. Hər il də meyvə gətirir. Təsərrüfatımızda “Fədai”, “Qızıl yubiley”, “Elbert” kimi çox yaxşı şaftalı sortları var. Meyvəmiz də yaxşı satılır. Müştəri sarıdan da problemimiz yoxdur”, - deyə fermer vurğulayır.
Qeyd edək ki, Xaçmazda şaftalı yığımı oktyabr ayınadək davam edəcək. Ümumilikdə rayonda 3 min hektara yaxın şaftalı bağı var ki, bunun da böyük hissəsi barverəndir. Hər il bu bağlardan 20 min tona yaxın şaftalı toplanır. Yetişdirilən şaftalı yerli və paytaxt bazarlarında satılmaqla yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə də göndərilir.

Paylaş:
Baxılıb: 744 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30