“Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı
15.08.2018 [08:50]
“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində ötən il olduğu kimi bu il də ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri dəyərli hədiyyələrlə mükafatlandırdı. 14 avqust 2018-ci il tarixdə ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbir modern.az saytı ilə birgə təşkil edildi. Mükafatlandırma mərasimində Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ilin ən uğurlu abituriyenti adını qazanan 29 gəncə “Nar” operatoru adından ən müasir smartfonlar, eləcə də mobil internet və zənglər üçün balans təqdim edildi.
Tədbirdə iştirak edən qonaqlar abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik etmək imkanı qazandılar. “Nar” operatorunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov da, öz növbəsində, gəncləri təbrik edərək onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzuladı:
“Gənclərimizin ildən-ilə göstərdikləri daha yüksək nəticələr bizi çox fərəhləndirir. Yüksək əzmkarlıq və çalışqanlıq kimi xüsusiyyətlər sayəsində əldə edilən bu nailiyyətə görə gənclərimizi təbrik etmək “Nar” olaraq bizim üçün də artıq xoş bir ənənəyə çevrilmişdir. Əminəm ki, bu, daha böyük uğurların başlanğıcıdır”, - deyə Əziz Axundov qeyd etdi.
Təhsil “Nar” operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil operatorun ən ümdə məqsədlərindən biridir. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2 milyondan artıq 20 istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 93%-ni əhatə edən və 7000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

