Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşları ilə vida mərasimi keçirilib
12.07.2018 [09:56]
Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşları ilə iyulun 11-də vida mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid polis əməkdaşları - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov ilə Gəncənin Şəhidlər xiyabanında keçirilən vida mərasimində daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov, nazirliyin digər yüksək vəzifəli şəxsləri, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov vida mərasimindəki çıxışında bildirib ki, polis əməkdaşları Gəncədə və ölkədə sabitliyin qorunması üçün öz andlarına sadiq qalıb, dövlətçiliyə sədaqət göstəriblər. Onlar şəhidlik zirvəsinə yüksələrək minlərlə insana bildiriblər ki, cinayətkarlığa aman verilməyəcək.
Daxili işlər nazirinin müavini deyib ki, şəhid olan zabitlər polis şərəfini ləyaqətlə qoruyublar. Hər iki polis əməkdaşı uzun illər daxili işlər orqanlarında şərəflə xidmət ediblər. Onlar nümunəvi xidmətləri ilə sübut ediblər ki, əsl polis necə olur. Hər iki polis qardaşımızı bu gün son mənzilə yola salırıq. Bu, bizim üçün, gəncəlilər üçün böyük itkidir. Lakin mən inanıram ki, İlqar Balakişiyev və Səməd Abbasovun xatirəsi heç vaxt yaddan çıxmayacaq. Onların keçdiyi şərəfli xidmət yolu yoldaşları, Gəncə sakinləri tərəfindən daim xatırlanacaq.
Vida mərasimində çıxış edən Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov bildirib ki, iyulun 10-da radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhidlik zirvəsinə yüksəliblər.
Hər iki polis əməkdaşının uzun illərdən bəri daxili işlər orqanlarında çalışdığını vurğulayan Faiq Şabanov deyib ki, onlar həmişə Azərbaycan dövlətinə sədaqətlə xidmət ediblər: “Ona görə də hər iki polis əməkdaşı xidmətlərində fərqləndiklərinə görə müxtəlif illərdə təltif olunublar. Həm İlqar Balakişiyevin, həm də Səməd Abbasovun qətlə yetirilməsi bütün polis əməkdaşları üçün böyük itkidir. Allah hər iki polisimizə rəhmət eləsin”.
AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev Gəncədə asayişin qorunması və qanlı iğtişaşın qarşısının alınması zamanı xidməti vəzifələrini yerinə yetirən və Azərbaycan polisinin adını uca tutan hər iki şəhidin ruhunu bütün şəhər sakinlərinin minnətdarlıqla yad etdiklərini deyib.
“Bu gün Azərbaycan sürətlə inkişaf edir, ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür. Ona görə də Azərbaycanın bu cür inkişafını istəməyən qüvvələr öz məkrli əməllərini həyata keçirmək üçün belə təxribata əl atıblar. Onlar öz əməllərini həyata keçirmək üçün Gəncə şəhərini seçiblər. Lakin niyyətlərinə nail olmadılar. Mən ölkədə, o cümlədən Gəncədə yaradılan əmin-amanlığa, sabitliyə görə Azərbaycan polisinə minnətdarlığımı bildirir, şəhid polislərimizə Allahdan rəhmət diləyirəm”, - deyə Fuad Əliyev qeyd edib.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov çıxışında diqqəti bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinin qeyd olunmasına, iyunun 26-da hərbi paradın keçirilməsinə və ən müasir silahların həmin paradda nümayiş etdirilməsinə yönəldərək bildirib ki, dövlətimizin hərbi qüdrətinin nümayişi xaricdə və daxildə olan pozucu qüvvələr tərəfindən narahatlıqla qarşılanıb. Təsadüfi deyil ki, həmin qüvvələr respublikamızda, eləcə də onun ikinci böyük şəhəri olan Gəncədə sabitliyi pozmaq, iğtişaş yaratmaq üçün fəaliyyətə keçiblər. Şəhərdə törədilən cinayət əməlləri, ümumilikdə, ölkədə xaos, anarxiya yaratmaq istəyən qüvvələrin məqsədinə xidmət edir. Bu əməllər polisə qarşı deyil, Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönələn xain əməllərdir. Bu gün hər bir gəncəli, hər bir Azərbaycan vətəndaşı Prezidentimizin yanındadır. Mən əminəm ki, Azərbaycanın dövlət müstəqilliyinə uzanan bu çirkin əllər qısa zamanda kəsiləcək, cinayətkarlar qanun qarşısında cavab verəcəklər.
Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, Gəncə Şəhər Gənclər və İdman Şöbəsinin rəisi Müşfiq Cəfərov və şəhid Səməd Abbasovun qardaşı, Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi hacı Tahir Abbasov çıxış edərək bildiriblər ki, Azərbaycan polisi cinayətkarlara öz çirkin əməllərini həyata keçirməyə heç zaman imkan verməyəcək. Bu cür mənfur əməllərin qarşısı qətiyyətlə alınacaq. Ölkədə əmin-amanlığın, sabitliyin pozulmasına imkan verilməyəcək. İndi bütün gəncəlilərin əsas istəyi həmin qüvvələrin tez bir zamanda aşkarlanması, zərərsizləşdirilməsi və qanunla cinayət məsuliyyətinə cəlb edilməsidir. Gəncəlilər müstəqil dövlətimizin, dövlətçiliyimizin və Prezidentimizin daim yanında olub və olacaqlar.
Vida mərasimindən sonra şəhid polis əməkdaşları Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər.
Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb, 40 nəfər tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.
Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
Xəbər lenti
Hamısına baxMüsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34

