Veteranlar ordumuza inanır və həmişə onun yanındadır
23.06.2018 [09:31]
Respublika Veteranları Təşkilatında Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi qeyd olunub
İyunun 22-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması, eləcə də 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə sərəncamlarının əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, bu mühüm sənədlər həmin dövrdəki tarixi hadisələrin, o cümlədən hərb tariximizin, qazanılan nailiyyətlərin gənclərimizə çatdırılması və öyrədilməsi baxımından böyük önəm daşıyır.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixindən danışan Tofiq Ağahüseynov deyib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabinetinin qərarına əsasən, 1918-ci il iyunun 26-da birinci nizami hərbi hissə - əlahiddə Azərbaycan korpusu, avqustun 1-də isə Xosrov bəy Sultanovun rəhbərliyi ilə Hərbi Nazirlik yaradıldı. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi, ordumuz Qarabağda ermənilərlə döyüşdə böyük uğurlar qazandı.
T.Ağahüseynov əlamətdar yubiley münasibətilə tədbir iştirakçılarını təbrik edib və hazırda bölgənin ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələrinə yeni qələbələr arzulayıb.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək deyib ki, Azərbaycan Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, hər il iyunun 26-sı ölkəmizdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi qeyd olunur. Azərbaycan oğulları nəyə qadir olduqlarını İkinci Dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə də nümayiş etdiriblər. Cəbhəyə yola salınan 700 min azərbaycanlı mərdliklə vuruşaraq bəşəriyyəti faşizm taunundan xilas edib. 124 həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına, minlərlə azərbaycanlı orden və medallara layiq görülüb.
Vurğulanıb ki, hələ sovet dövründə milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirən Ümummilli lider Heydər Əliyev 1970-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin təşkilinə nail olub. Ulu öndər azərbaycanlı gənclərin SSRİ-nin ixtisaslaşdırılmış hərbi məktəblərində təhsil almasına da çalışırdı. O dövrdə ali hərbi məktəbləri bitirmiş zabitlər müstəqilliyin bərpasından sonra müasir Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında müstəsna rol oynadılar. Bu məktəblərin məzunları habelə erməni təcavüzkarlarına qarşı döyüşlərdə mərdliklə vuruşdular.
C.Xəlilov deyib: “Hazırda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Müasir və qüdrətli ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalı altındakı ərazilərimizi azad etməyə qadirdir. 2016-cı ilin aprel döyüşləri Silahlı Qüvvələrimizin gücünü, döyüş qabiliyyətini və əzmini aydın nümayiş etdirdi. Biz veteranlar ordumuza inanırıq və həmişə onun yanındayıq”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edərək tədbir iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin və milli ordumuzun yaradılmasının 100 illiyi münasibətilə təbrik edib.
Vurğulanıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Azərbaycan Xalq Cümhuriyyəti bizə böyük miras qoyub. Bunlardan biri də Azərbaycan milli ordusudur.
Milli ordumuzun yaranması tarixindən danışan Ərəstun Mehdiyev deyib: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini quranlar çətin vəzifə ilə üzləmişdilər. Qarşıda duran dövlət quruculuğu məsələlərini həyata keçirmək üçün əsas dövlət atributlarından biri olan milli ordunun mövcudluğu çox böyük əhəmiyyət kəsb edirdi. Lakin o dövrdə yenicə yaranmaqda olan, qeyri-sabit ictimai-siyasi mühitdə formalaşan dövlətin bu vəzifəni həll etməsi çox çətin idi. Bunu çətinləşdirən əsas amillərdən biri də o idi ki, ordu quruculuğu sahəsində fəaliyyət göstərəcək ixtisaslı kadrlar çatışmırdı”.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə vaxtilə çar Rusiyasının görkəmli sərkərdələrindən biri olmuş Əliağa Şıxlinskinin rəhbərik etdiyi korpus əsasında Əlahiddə Azərbaycan korpusu yaradıldı. Dövrün çətinliklərinə baxmayaraq, ordu quruculuğu sahəsində aparılan ardıcıl tədbirlər Azərbaycan ordusunun Cümhuriyyətin qarşısında duran əsas vəzifələrin həlli proseslərinə cəlb olunmasına və çox böyük işlər görməsinə imkan yaratdı.
“Həmin dövrdə ordunun inkişaf etməsi və qarşıdan duran vəzifələrin həlli üçün çox böyük səylər göstərilirdi. Vəziyyətin mürəkkəbliyinə baxmayaraq, ordu quruculuğu prosesində bir çox nailiyyətlər əldə olundu. O dövrdə qazanılan ənənələr və hərbi təcrübə sonrakı illərdə də mühüm rol oynadı. Biz məhz bu təcrübədən bəhrələnərək ordu quruculuğu sahəsində böyük vəzifələrin həllinə nail ola bildik”, - deyə Ə.Mehdiyev vurğulayıb.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini vaxtilə Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı hərbi məktəblərin, o cümlədən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, azərbaycanlı gənclərin SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almasının əhəmiyyətindən söz açıb. Qeyd edib ki, bütün bunlar dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə milli ordunun formalaşmasında önəmli rol oynadı. Bu gün Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu dünyanın ən güclü, müasir, mənəvi-psixoloji cəhətdən hazırlıqlı orduları səviyyəsinə yüksəlib. Dövlətimizin və xalqımızın birgə səyləri ilə yaradılmış bu güclü ordu qarşımızda duran əsas vəzifənin həllinə - torpaqlarımızın düşmən işğalından azad olunmasına tam zəmanət verir.
Son dövrdə Azərbaycan ordusunda çox böyük dəyişikliklər baş verdiyini diqqət çatdıran Ə.Mehdiyev deyib: “Azərbaycan əsgərinin gücünü Aprel döyüşləri də aydın şəkildə göstərdi. Biz böyük qürur duyuruq ki, bugünkü Azərbaycan gənci ordu sıralarında xidmətə çox böyük həvəslə gedir, Vətəni və xalqı qarşısında vəzifəsini şərəflə yerinə yetirir. Son günlər Naxçıvanda keçirilən əməliyyat bir daha təsdiqlədi ki, Azərbaycan əsgəri istənilən an torpaqlarımızı düşməndən azad etməyə qadirdir”.
Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Bədirxan Əhmədov, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, veteranlardan general-mayor Vladimir Timoşenko və başqaları çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli tarixi yoldan, Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərdən, ordumuzun sön dövrlərdə qazandığı uğurlardan, veteranların ordumuzun formalaşmasında verdiyi töhfələrdən danışıblar.
Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05

