Bakı Dövlət Universitetində yay imtahan sessiyasının monitorinqi aparılıb
07.06.2018 [09:23]
İyunun 6-da Bakı Dövlət Universitetinin (BDU) rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının təşəbbüsü, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və KİV-lərin təmsilçilərinin iştirakı ilə 2017-2018-ci tədris ilinin yay imtahan sessiyasında “Açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə müəllim-əlaqələndiricilərin bölgüsünə qatılan müşahidəçilər imtahanların keçirilmə prosesi ilə tanış olublar.
Tədbirdə məlumat verilib ki, BDU rektorunun imzaladığı əmrə əsasən universitetdə imtahanlar iyunun 4-də başlanıb və 30-da başa çatacaq. Bir qayda olaraq, yazılı formada aparılan imtahanlar zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi-dialoq və ya test formasında keçirilir. İmtahanların şəffaf və obyektiv aparılması məqsədilə dekanlar, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə qərargah və onun nəzdində universitet üzrə “Qaynar xətt” yaradılıb. Təhsil müəssisəsinin bütün tədris korpuslarında şikayət, təklif qutuları asılıb. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkarlanmış çatışmazlıqları operativ aradan qaldırmaq məqsədilə qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları təşkil edilib.
Auditoriyalarda müşahidə aparan “Açıq qapı” günü iştirakçıları imtahan prosesini, universitetin tədris departamentindən də izləyiblər.
Sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov müşahidəçilərlə görüşüb. İmtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsi, bununla yanaşı, hər auditoriyada 2-3 müəllim-əlaqələndiricinin nəzarət etməsi, imtahan prosesində baş verə biləcək bütün mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsi yüksək dəyərləndirilib. Eyni zamanda, biliklərini nümayiş etdirmək üçün tələbələrə yaradılan şəraitdən razılıq ifadə olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

