/ / “Bakcell” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü UAFA-nın Gəncə şəhərindəki İcma Əsaslı Reabilitasiya Mərkəzində qeyd edib
“Bakcell” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü UAFA-nın Gəncə şəhərindəki İcma Əsaslı Reabilitasiya Mərkəzində qeyd edib
02.06.2018 [10:09]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü özünün uzun müddətli partnyoru UAFA (Azərbaycana Birgə Yardım) təşkilatının himayəsində olan uşaqlarla birgə keçirib.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etmək üçün “Bakcell” şirkətinin nümayəndələri UAFA-nın Gəncə şəhərində yerləşən İcma Əsaslı Reabilitasiya Mərkəzinə səfər edib, mərkəzin dərnəklərində iştirak edən uşaqlarla vaxt keçirib, onların hazırladıqları tamaşa və rəqsləri böyük həvəslə izləyiblər. Uşaqlar da öz növbəsində qonaqlara öz rəqslərini, şəkil və əl işlərini və digər nailiyyətlərini böyük məmnuniyyətlə nümayiş etdirib. Uşaqları bayram münasibətilə təbrik edən “Bakcell” əməkdaşları onlara rəsm ləvazımatları, kitablar və digər hədiyyələr təqdim ediblər.
* * *
“Bakcell” 2010-cu ildən etibarən UAFA təşkilatının reabilitasiya mərkəzlərində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əl işi, kompüter biliyi, idman, tamaşa, rəqs və rəsm dərnəklərinin təşkilinə öz dəstəyini göstərir. Bu dəstək sayəsində Gəncə, Yasamal və Xaçmaz reabilitasiya mərkəzlərinin xidmətlərindən bəhrələnən uşaqlar yeni bacarıqlar əldə edib, öz istedadlarını müxtəlif yerli və beynəlxalq yaradıcılıq, incəsənət və idman yarışlarında nümayiş etdirməklə müxtəlif layihələrin qalibi olublar.
UAFA-nın Gəncə və Yasamal İcma Əsaslı Reabilitasiya mərkəzlərinin xidmətlərindən bəhrələnən uşaqların rəsmləri “Əgər sehrli çubuğum olsaydı...” adlı kitabda yer alıb. UAFA təşkilatının Milli İncəsənət Muzeyi ilə birgə “3 Alma” TEAS Nəşriyyat Evinin dəstəyi ilə hazırlanmış bu kitabın təqdimatı 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirilib.
2010-cu ildən etibarən davamlı olaraq UAFA İƏR mərkəzlərinin xidmətlərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləməklə “Bakcell” şirkəti bu uşaqların bərabər hüquq və imkanlarla təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarını təmin etməyə çalışır. Bu layihə uşaqların və onların valideynlərinin cəmiyyətdə daha fəal olmasına, yeni dostlar qazanmasına, müxtəlif insanlarla ünsiyyətdə olmasına kömək olur, bütün bunlar isə öz növbəsində cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

