/ / “Bakcell”dən Azərbaycan-Fransız Universitetində keçirilmiş beynəlxalq innovasiya müsabiqəsinə dəstək
“Bakcell”dən Azərbaycan-Fransız Universitetində keçirilmiş beynəlxalq innovasiya müsabiqəsinə dəstək
31.05.2018 [09:01]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “ActInSpace 2018 Azerbaijan” beynəlxalq innovasiya müsabiqəsinə dəstək göstərdi. 2014-cü ildən etibarən bütün dünyada təşkil olunan “ActInSpace” müsabiqəsi Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Fransız Universiteti (UFAZ) tərəfindən keçirilib.
Kosmos proqramları sahəsində beynəlxalq nüfuza malik “ActInSpace” müsabiqəsi Milli Kosmik Tədqiqatlar Mərkəzi (CNES), Avropa Kosmik Agentliyi (ESA) və ESA BİC Sud France kimi təşkilatların iştirakı ilə dünyanın 40 ölkəsinin 70 şəhərində keçirilir. Dünyanın istənilən ölkəsindən gələn iştirakçılar üçün açıq olan bu müsabiqənin əsas məqsədi sahibkarlığın inkişaf etdirilməsi və proqram təminatı, verilənlər bazaları və kosmik infrastruktur sahəsində mövcud olan problemlərin həlli yollarının tapılmasıdır.
“ActInSpace 2018 Azerbaijan” UFAZ tərəfindən, Fransanın Azərbaycandakı səfirliyi, “Bakcell” şirkəti, “IT STEP Academy” və “AIKON Constructions” şirkətinin sponsorluğu və dəstəyi ilə təşkil olunub. Bakının müxtəlif universitetlərindən olan 100-dən artıq tələbədən ibarət komandalar müsabiqədə iştirak etməklə CNES, ESA, Airbus və kosmik sənayesində fəaliyyət göstərən digər təşkilatlar tərəfindən qoyulmuş real həyat tapşırıqları üzərində çalışıblar. Komandalara kosmik texnologiyalar üçün istifadə olunacaq innovativ xidmət və məhsulları fikirləşib öz ideyalarını irəli sürmək üçün 24 saat vaxt verilib.
Mayın 24-də “AIS2018 Azerbaijan” müsabiqəsinin sponsorları və partnyorlarının iştirakı ilə keçirilmiş mətbuat konfransında çıxış edən “Bakcell”in baş icraçı direktoru Nikolai Bekkers bildirib ki, şirkət gənc nəslin nümayəndələrinin təşəbbüslərini və Azərbaycanda təhsilin inkişaf etdirilməsi ilə bağlı layihələri dəstəkləməyə həmişə hazırdır: “İnnovasiyalar “Bakcell” şirkətinin fəaliyyətində həlledici rola malikdir. Bildiyiniz kimi, “Bakcell” ölkədə müxtəlif hakaton və startap layihələrin keçirilməsini dəstəkləyən ilk şirkətlərdən olmaqla yanaşı, özünün müasir startap inkubasiya mərkəzini yaradıb. Bizim əsas missiyamız Azərbaycanın gənc vətəndaşlarını maarifləndirmək və onlara inkişaf üçün stimul verməkdir. Bu baxımdan AİS təşəbbüsünə dəstək vermək imkanından çox məmnunuq. “Bakcell”i bu layihənin yerli partnyoru qismində seçdiklərinə görə Fransa səfirliyinə və UFAZ-a öz dərin təşəkkürümüzü bildiririk. Biz əminik ki, mütəxəssislərimizin təcrübəsi və dəstəyi yarışma zamanı komandalar üçün olduqca faydalı olacaq”.
Tələbələrin hazırladıqları startap layihələr ekspertlər tərəfindən qiymətləndirilib və iki layihə final mərhələsinə keçib. Qalib komanda Strasburq Universitetinin rektoru Mişel Deneken, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Kosmik Tədqiqatlar Milli Mərkəzinin prezidenti Jan-Iv Le Gal və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevdən ibarət münsiflər heyəti tərəfindən seçilib. UFAZ-ın 5 nəfər birinci kurs tələbəsindən ibarət “Sooners” komandası Azərbaycan üzrə birinci yerin, UFAZ-ın “Tensor Science” komandası isə ikinci yerin qalibi olub. Qalib komanda iyunun 27-si Azərbaycanı beynəlxalq final mərhələsində ilk dəfə olaraq təmsil etmək üçün Fransanın Tuluza şəhərinə göndəriləcək.
Qeyd edək ki, “ActInSpace 2018 Azerbaijan” müsabiqəsinin keçirilməsinə maliyyə dəstəyi göstərən “Bakcell” həmçinin iştirakçıları texniki məsləhət və təlim dəstəyi ilə təmin edib. Belə ki, “Bakcell” şirkətinin “AppLab” inkubasiya proqramının ekspertləri və komanda üzvləri iştirakçılara startap layihələrinin hazırlanmasında kömək etmək üçün texnologiya və biznes modeli kimi sahələr üzrə öz təcrübə və bilikləri ilə bölüşüblər.
İnnovasiya sahəsində lider olan “Bakcell” gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.
Xəbər lenti
Hamısına baxAnalitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25

