Kənd təsərrüfatı naziri Qax Damazlıq İpəkçilik Stansiyasında görülən işlərlə tanış olub
05.05.2018 [16:06]
Mayın 4-də kənd təsərrüfatı naziri İnam Kərimov Qax Damazlıq İpəkçilik Stansiyasında görülən işlərlə tanış olub. Nazir, həmçinin stansiyada inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunan ipəkqurdlarının dağlıq və dağətəyi rayonların kümçülərinə paylanılması prosesi ilə maraqlanıb, bu rayonların barama istehsalçıları və təsərrüfat rəhbərləri ilə görüşüb, onların arzu və təkliflərini dinləyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazir İnam Kərimov əvvəlcə tütünçülüklə məşğul olan fermer Elnur Nəsibovun əkin sahəsinə baş çəkib, tütün şitillərinin sahələrə köçürülməsi prosesini izləyib, işçilərlə səmimi söhbət aparıb, onların qayğı və problemləri ilə maraqlanıb. Nazir bildirib ki, Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq nazirliyin rəsmiləri, mütəxəssislər bundan sonra fermerlərlə, kənd əməkçiləri ilə daha tez-tez görüşəcəklər. Həmçinin onların qarşılaşdıqları problemlərin qısa müddətdə həll olunması üçün bütün zəruri tədbirlər görüləcək.
Kənd təsərrüfatı naziri sonra Çin Xalq Respublikasından ölkəmizə gətirilmiş tinglərin əkildiyi bağ sahəsinə baxıb.
Nazir İnam Kərimov Qax Damazlıq İpəkçilik Stansiyasında kümçülərə ipəkqurdlarının paylanılması prosesində də iştirak edib. İnam Kərimov əvvəlcə stansiyada görülən işlərlə tanış olub. Stansiyanın bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchizatı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 19 may tarixli Sərəncamına uyğun olaraq həyata keçirilir. Sərəncama əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və ən müasir avadanlıqla təchiz olunması üçün Prezidentin ehtiyat fondundan 4,5 milyon manat vəsait ayrılıb. Stansiya müasir standartlara uyğun yenidən qurulduqdan sonra daha xaricdən ipəkqurdu toxumu gətirməyə ehtiyac qalmayacaq və bu işlər stansiyanın özündə təşkil olunacaq. Stansiyada hibrid və elit barama toxumları yetişdiriləcək.
Sonra nazir İnam Kərimov dağlıq və dağətəyi rayonlardan gəlmiş kümçülərlə, təsərrüfat rəhbərləri ilə görüşüb. Nazir bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2025-ci ilə qədər barama istehsalının 6 min tona çatdırılması nəzərdə tutulub. İnam Kərimov qeyd edib ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Görülmüş tədbirlər nəticəsində 2017-ci ildə ölkədə 245 ton yaş barama məhsulu istehsal olunub. Baramaçılığım yem bazasının formalaşdırılması məqsədi ilə 2,5 milyon ədəd tut (çəkil) tingi tədarük olunaraq baramaçılıq rayonlarında Çin texnologiyası əsasında intensiv bağlar salınıb. Proqramın icrası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Cari ildə Çin Xalq Respublikasından müqavilə əsasında 13 min qutu yüksəkkeyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) alınıb və iqlim şəraiti nəzərə alınaraq iki mərhələdə ölkəmizə gətirilib. Toxumlar aprelin 17-si və 24-də nazirliyin Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Toxumların inkubasiyası nəticəsində əldə olunan ipəkqurdlarının bir hissəsi aprelin 27-dən 29-dək bölgü əsasında Aran bölgəsindən olan 22 rayonun kümçülərinə əvəzi ödənilmədən paylanılıb. Mayın 4-dən isə ipəkqurdlarının qalan hissəsinin dağlıq və dağətəyi zonalarda yerləşən 17 rayonun kümçülərinə paylanılması həyata keçirilir.
Diqqətə çatdırılıb ki, 2018-ci ildə respublikada 450-500 ton yaş barama istehsalı nəzərdə tutulur. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41

