/ / Dövlət Təhlükəsizliyi Xidmətində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib
Dövlət Təhlükəsizliyi Xidmətində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib
05.05.2018 [15:52]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasındakı “Şöhrət” muzeyində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib.
DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Akademiyanın rəhbərliyi, müəllimləri və kursantları, Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, “ASAN” könüllüləri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə tər gül dəstələri düzüblər.
Unikal məzmuna və nəfis tərtibata malik “Şöhrət” muzeyi ilə tanışlıq zamanı gənclərə məlumat verilib ki, burada nümayiş etdirilən nadir eksponatlar, sənədlər və arxiv materialları Ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini, xalqımızın taleyindəki misilsiz rolunu, o cümlədən ömrünün 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı xidmət dövrünü və Onun bilavasitə rəhbərliyi ilə keçirilmiş əməliyyatlar haqqında məlumatları ətraflı əks etdirir.
Sonra muzeyin konfrans zalında Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən musiqili videokompozisiya nümayiş olunub.
“Dəyirmi masa”da Azərbaycanın hərtərəfli tərəqqisi yolunda ölçüyəgəlməz tarixi xidmətlər göstərmiş, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr bəxş etmiş Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələri barədə geniş məlumat verilib, Ulu öndərin anadan olmasının 95 illik yubileyinin Azərbaycan xalqı tərəfindən böyük sevgi və təntənə ilə qeyd edildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, respublikanın etibarlı gələcəyinin təminatı naminə dahi şəxsiyyət Heydər Əliyevin azərbaycançılıq, vətənpərvərlik və dövlətçilik irsi gənc nəsil tərəfindən dərindən mənimsənilməlidir. Aidiyyəti dövlət orqanlarının və ictimai təşkilatların bu sahədə gördükləri işlər təqdirəlayiqdir.
Çıxış edən gənclər Ümummilli liderin dövlətçilik xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın qüdrətlənməsi, tərəqqisi və təhlükəsizliyi istiqamətində aparılan uğurlu siyasətin dönmədən və qətiyyətlə həyata keçirilməsində daim ön sırada olacaqlarını, ölkəmizi bundan sonra da hər cür məkrli qəsdlərdən qorumaq uğrunda Ali Baş Komandanın ətrafında daha da sıx birləşəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50

