/ / Germanistika İnstitutu ADU ilə yanaşı, ölkənin digər ali təhsil müəssisələri üçün də faydalı olacaq
Germanistika İnstitutu ADU ilə yanaşı, ölkənin digər ali təhsil müəssisələri üçün də faydalı olacaq
02.03.2018 [09:53]
Martın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Germanistika İnstitutunun açılış mərasimi keçirilib.
Germanistika İnstitutunun fəaliyyəti çərçivəsində seçilən tələbə və müəllimlərin Almaniyada müxtəlif ixtisasartırma kurslarında iştirakı, almaniyalı professorların ADU-da mühazirələrinin təşkili, bu ali məktəbin müəllimlərinin Almaniyada fəaliyyəti nəzərdə tutulur. İnstituta Azərbaycan ədəbiyyatının böyük təbliğatçısı, Almaniyanın Vürsburq Universitetinin və ADU-nun professoru xanım Ziglinde Hartman rəhbərlik edəcək.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Almaniya, Avstriya və İsveçrənin ölkəmizdəki səfirliklərinin nümayəndələri, Azərbaycanda alman dili sahəsində fəaliyyət göstərən təşkilatlar və alman dilinin tədris olunduğu universitetlərin əməkdaşları iştirak ediblər.
Tədbirdə Azərbaycan, Almaniya, Avstriya və İsveçrə dövlətlərinin himnləri səsləndirilib.
Açılış mərasimində ADU-nun rektoru, akademik Kamal Abdulla rəhbərlik etdiyi ali məktəbdə bir çox ölkələrin dil və mədəniyyətlərinin təbliğ olunduğunu bildirib. Germanistika İnstitutunun açılmasının əhəmiyyətini vurğulayan rektor bu işdə əməyi keçənlərə təşəkkür edib. O, institutun açılışında yaxından iştirak edən Almaniyanın elm və mədəniyyət xadimi Z.Hartmanın yalnız Almaniyada deyil, dünyada tanınmış araşdırmaçı olduğunu söyləyib. Rektor bildirib ki, Germanistika İnstitutu ADU ilə yanaşı, ölkənin digər ali təhsil müəssisələri üçün də faydalı olacaq. Rektor ADU-nun bu institut vasitəsilə Almaniya, Avstriya və İsveçrənin elmi dairələri ilə əlaqələrinin genişlənəcəyinə inandığını qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Fridrix Fon Ditsin xatirəsini əbədiləşdirmək məqsədilə Sərəncam imzaladığını xatırladan rektor 1815-ci ildə adıçəkilən alman aliminin “Kitabi-Dədə Qorqud” dastanını tədqiq edərək dünyaya tanıtdığını vurğulayıb və digər alman ədəbi cərəyanlarının nümayəndələrindən söz açıb. Rektor bildirib ki, professor Z.Hartman on ildən artıq müddətdə Azərbaycan ali məktəbləri ilə əlaqələr qurub, alman dili, mədəniyyəti, tarixi və ədəbiyyatının ölkəmizdə yayılmasında xüsusi xidmət göstərib. Z.Hartmanın artıq Azərbaycan ədəbiyyatının Almaniyada və almandilli ölkələrdə tanınması istiqamətində fəaliyyət göstərdiyini deyən rektor professora bu fəaliyyətinə görə minnətdarlığını bildirib.
Professor Z.Hartman ilk dəfə Azərbaycana gəlişindən söz açıb və təəssüratlarını bölüşüb. O, K.Abdulla ilə birgə fəaliyyətini xatırladaraq qazanılan təcrübələrdən danışıb. Azərbaycanda Germanistika İnstitutunun açılmasının Almaniya Federativ Respublikası üçün böyük şərəf olduğunu deyən professor bu işdə səy göstərən hər kəsə təşəkkürünü bildirib.
Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab, İsveçrənin Azərbaycandakı səfiri Filip Şdalder, Avstriyanın Azərbaycandakı səfirliyinin konsulu Volfqanq Marxardt Germanistika İnstitutunun açılması münasibətilə təbriklərini çatdırıblar. Diplomatlar ADU ilə genişlənən qarşılıqlı əlaqələrdən söz açaraq bu əlaqələrin ölkələrarası münasibətə öz töhfəsini verdiyini deyiblər.
Daha sonra ADU-nun alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, professor Sərxan Abdullayev, həmçinin xəlifə rektor Nicat Aşurov, tələbə Pərvanə Yəhyazadə Germanistika İnstitutunun açılmasını böyük uğur kimi qiymətləndiriblər.
Sonda ADU-nun II və III kurs tələbələri alman dilində mahnılar ifa ediblər.
Xəbər lenti
Hamısına baxSosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58

