/ / “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində cənub bölgəsindən səfərdən qayıdan Nəsimi məktəbliləri təəssüratlarını bölüşüblər
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində cənub bölgəsindən səfərdən qayıdan Nəsimi məktəbliləri təəssüratlarını bölüşüblər
15.11.2017 [10:14]
Noyabrın 11-14-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Nəsimi rayonundan olan məktəblilər ölkəmizin cənub bölgəsində olublar.
AZƏRTAC xəbər verir ki, səfərdən geri qayıdan məktəblilər Nəsimi rayon İcra Hakimiyyətində təntənə ilə qarşılanıblar. Tur-aksiyanın uğurla başa çatması münasibətilə keçirilən tədbirdə məktəblilər cənub bölgəsindəki təəssüratlarını valideynləri və müəllimləri ilə bölüşüblər.
“Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur-aksiyada iştirak etmiş Nəsimi rayon məktəbliləri və onların valideynləri ilə görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin gənc nəslin tərbiyəsinə, onların savadlı, vətənpərvər böyüməsinə və fiziki inkişafına yetirdiyi diqqət və qayğıdan danışıb, belə turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb. A.Əsgərov bildirib ki, doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından bu maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür.
Qeyd olunub ki, cari ilin yay aylarında Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən yeniyetmələr üçün respublikamızın dilbər güşələrindən olan Quba və Şəki rayonlarında yay istirahət düşərgələri təşkil olunub.
Görüşdə iştirak edən məktəblilər daima yadda qalacaq təəssüratlarını və xatirələrini bölüşərək bu cür layihələrin həyata keçirilməsinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Tur-aksiyada iştirak edən Yusif Mirzəyev adına 44 saylı orta məktəbin şagirdi Leyla Əsədova AZƏRTAC-a müsahibəsində bildirib ki, dörd günlük səfər çərçivəsində respublikamızın cənub bölgəsinə - Lənkərana, Masallıya və Astaraya səyahət edib. Bildirib ki, tur-aksiya zamanı Lənkəranda Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyaları və sitrus meyvə bağlarına, Masallıda Viləşçay su anbarına, Astarada “Yanar bulağ”a, Astara çay fabrikinə ekskursiyalara gediblər. Həmçinin bu şəhərlərdə Heydər Əliyev mərkəzlərinə, bayraq meydanlarına, muzeylərə, gənclər mərkəzlərinə, Olimpiya idman komplekslərinə və digər yerlərə də səfər ediblər.
Səfərdən zəngin təəssüratlarla qayıtdığını deyən Leyla Əsədova Cənub bölgəsində unudulmaz anlar yaşadığını və çoxsaylı dostlar qazandığını söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

