Nur şəhəri yeni inkişaf mərhələsinə qədəm qoyub
01.08.2009 [10:11]
5 min il tarixə malik diyar
Tarixi araşdırmalar zamanı müəyyən edilib ki, hələ 5 min il bundan əvvəl Mingəçevirdə kiçik şəhər kimi qaynar həyat mövcud olub. Yerli əhali əkinçilik, sənətkarlıq, balıqçılıq, atçılıq və s. sahələrlə məşğul olub. Sonrakı minilliklərdə, xüsusilə antik dövrdə ulularımız özlərinin alban tarixi və mədəniyyətini, həmçinin, ədəbiyyatını yaradıblar. Bu baxımdan Mingəçevirdə tapılan maddi-mədəniyyət qalıqlarından alban yazıları və kitabə (Mingəçevir - Sudağılan epitafiyası) böyük əhəmiyyət daşıyır.
İlk dəfə burada 1871-ci ildə həvəskar arxeoloq F.S.Bayer tərəfindən səthi tədqiqat işləri aparılıb, o, Mingəçeviri dirəklər üzərində qurulmuş şəhər kimi təsvir edib. Bundan sonra Mingəçevir uzun illər arxeoloqların diqqət mərkəzində olmayıb. Yalnız 1935-ci ildə professor Y.A.Paxomovun rəhbərliyi altında qazıntılara başlanıb, iki qədim yaşayış məskəni və müxtəlif qəbir növləri aşkar edilib.
Mingəçevir ərazisinin sistemli və planlı tədqiqi II Dünya Müharibəsindən sonra burada Su Elektrik Stansiyasının (SES) tikintisi ilə əlaqədar aparılıb. Elmlər Akademiyasının Rəyasət heyətinin qərarı ilə 1946-53-cü illərdə mərhum tarixçi alim S.M.Qazıyevin rəhbərliyi altında Boz dağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılan arxeoloji qazıntılar zamanı daha 2 yaşayış yeri və 4 böyük qəbiristanlıq aşkar edilib. Arxeoloji qazıntılar zamanı eneolit dövründən başlayaraq, (b.e.ə. III minillikdən XVII əsrədək) ayrı-ayrı tarixi dövrləri özündə ardıcıl əks etdirən 20 mindən artıq, (bəzi mənbələrdə 40 min) maddi-mədəniyyət nümunələri tapılıb. Perqament üzərində V-VI əsrə aid ilk alban yazıları və yazılı kitabə - (Mingəçevir-Sudağılan epitafiyası) 1950-ci ildə bu ərazidə (qədim Samux) tapılıb və o dövrdən ölkənin Tarix Muzeyində nümayiş etdirilir. Mingəçevir arxeoloji kompleksi cənubi Qafqazda ən iri kompleks olmaqla, oradan tapılmış maddi-mədəniyyət qalıqları Kür-Araz (e.ə.XIII-VII əsrlər), Xocalı-Gədəbəy (e.ə. VII-II əsrlər), Küp qəbirləri mədəniyyətinə (e.ə.IV-II əsrlər) aid edilir.
Mingəçevir şəhər kimi orta əsrlərdə daha da inkişaf edib. XVII-əsr türk səyyahı Evliyya çələbi “Səyahətnamə”sində Mingəçevir haqqında məlumat verərkən, Kür çayının sağ sahilində Boz dağın yaxınlığında yerləşən böyük yaşayış məntəqəsi kimi onun adını çəkir və burada ipək istehsal edən emalatxanalar, sənətkarlıq məhəllələri, mədrəsə və məscidlərin olduğundan xəbər verir. Mingəçevir Alban dövlətinin inkişaf etdiyi dövrlərdə ən mədəni bir mərkəz kimi tanınıb. Alban hökmdarı Arsvahanın və yerli nüfuzlu ruhani Beniaminin təşəbbüsü ilə Alban əlifbası tərtib edildikdən, ölkədə məktəblər açıldıqdan sonra Mingəçevir daha da inkişaf edib.
“Mingəçevir” toponiminin necə yaranması barədə isə müxtəlif ehtimallar mövcuddur. Burada e.ə. I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında döyüş olub. Tarixçilərin təsvirinə görə albanlar məhz indiki bəndin ərazisində Pompey qoşunlarını gözlədiblər. Oris ordusunun bir hissəsini ayrı-ayrı manqalara bölüb, ehtiyatda saxlayıb və lazım gəldikdə “Manqaça vur” sözləri ilə əmr edib.
“Mingəçevir” toponiminin meydana gəlməsində ərəblərin Azərbaycanda olmalarının da müəyyən təsiri olmamış deyil. Elxanilər hərəkatının yatırılması üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Məniçöhrün qızı döyüşlərin birində həlak olur və atası onu yadigar qılıncı və atı ilə birlikdə Kürün sahilində dəfn edib. Ehtimal var ki, “Mingəçevir” sözü Məniçöhrün adı ilə bağlıdır.
Mərhum akademik Z.Bünyadov “Mingəçevir” adını 839-cu ildə xilafətə qarşı çıxmış Babək üsyanını yatırmaq üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Mingəçevir Əl-Fərqaninin adı ilə bağlayır.
Ehtimallardan biri də toponimin “Min.gəl.çevril.” olmasıdır. Şəhər gözəl olsa da, burada yaşamaq qorxulu idi. Gur və sərt axan Kür çayı tez-tez məcrasından çıxaraq böyük tələfatlar törədirdi. (Qayığa min gəl, amma burada yaşama, çevril get).
Professor T.Hacıyev Azərbaycanın qədim dövləti Midiyanın, Mannanın xarabalıqları üzərində, məhz onun əsasında yarandığını qeyd edir. T.Hacıyevin fikrincə, albanların “mik” tayfası qədim mak (manq-manna) tayfa birliyinin davamıdır. “Mik” sözü “mak” sözünün fonetik variantıdır və bu sözün əsli ehtimal ki, “minq” şəklində olub. Ona görə də, T.Hacıyev “manna” sözünün mənbələrdə göstərilən “minni” variantını “mingi” (minqe) şəklində görməyi doğru sayır və “Mingəçevir” adının “minki” və “savir” tayfa adlarının birləşməsindən yarandığını bildirir. Minkisavir-“Minkicavir”-Mingəçevir. Savirlər tarixən Qafqazda yaşamış və Azərbaycan xalqının soykökündə iştirak etmiş qədim türk tayfasıdır.
Tanınmış alim Əjdər Fərzəli bu yerlərin qədim yaşayış məskəni Sevit torpağı Mingəsi adını daşıdığını bildirir. Mingə qədim türk qəbiləsinin adı olub. Beləliklə, “Sevit Mingə” adı zaman keçdikdə Mingə Sevit, nəhayət, bugünkü Mingəçevir şəklinə düşüb.
Nur şəhərinin özəllikləri
Mingəçevirdən danışarkən bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır. Zaqafqaziyada ən böyük Su Elektrik Stansiyası olan Mingəçevir SES Kür çayının üstündə, Mingəçevir şəhərinin yaxınlığında yerləşir. Mingəçevir SES-in tikintisinə 1945-ci ildə başlanılıb və 1954-cü ildə bütünlüklə işə düşüb. 1957-ci ildə “Varvara” Su Elektrik Stansiyası enerji verdikdən və Mingəçevir SES-ə qoşulduqdan sonra Mingəçevir SES silsiləsi adlanır. Məhz buna görə də, Mingəçeviri “Nur şəhəri” də adlandırırlar. Bundan başqa, 1974-cü ildə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və 1981-ci ildə birinci, 1989-cu ildə isə sonuncu səkkizinci bloku istismara verilən Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası (Azərbaycan DRES) da (Hazırda “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC (Az.İES MMC) adlanır - red.) Mingəçevir şəhərinin yaxınlığında Yuxarı Qarabağ kanalının sağ tərəfində yerləşir.
ümumiyyətlə, Mingəçevir respublikanın 4-cü iri sənaye mərkəzidir. ölkənin 50 faizdən çox elektrik enerjisini istehsal edən Azərbaycan İstilik Elektrik stansiyası və SES silsiləsi ilə yanaşı, şəhərdə elektrotexnika müəssisələri “Azərkabel” və “İzolit” ASC-lər, kimya və neft-kimya müəssisələri “Şüşə-lifi”, “Texniki-rezin” və “Regenerat” ASC-lər, maşınqayırma müəssisələri “Azyolneftmaş” və “Maşın-təmir” ASC-lər, yüngül sənaye müəssisələri “Toxucu” ASC və “Nur” tikiş fabriki, ət kombinatı, çörəkbişirmə müəssisələri və digər sənaye məhsulları istehsalı sahələri yerləşir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 2 avqust 2001-ci il tarixli qərarına əsasən Mingəçevir şəhəri ərazisində ölkə əhəmiyyətli 5 abidə və yerli əhəmiyyətli 2 abidə qeydiyyata alınıb.
ümumiyyətlə, bu şəhər bir sıra kompleks və abidələrlə zəngindir. ölkəmizdə ana dilinə ilk dəfə abidə də məhz Mingəçevir şəhərində ucaldılıb.
60 yaşlı Mingəçevirə Prezidentin xüsusi diqqət və qayğısı
Son illər ərzində ölkəmizin sosial-iqtisadi sahələrdə irəliləyişində xüsusi yeri olan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər) ötən il 60 yaşını qeyd edən Mingəçevir şəhərində də uğurla icra olunub. Proqramın icrası ilə bağlı məsələyə keçməzdən öncə vurğulamaq yerinə düşər ki, ötən il şəhər həyatının ən yaddaqalan hadisələrindən biri məhz Mingəçevirin 60 illik yubileyi olub. Bu məqsədlə şəhər İcra Hakimiyyəti başçısının sərəncamıyla Təşkilat Komitəsi yaradılıb, geniş tədbirlər planı müəyyənləşdirilib. Tədbirlər Planına uyğun olaraq şəhərin bütün idarə, müəssisə və təşkilatlarında, o cümlədən, ümumtəhsil, ali, orta ixtisas məktəblərində və mədəniyyət müəssisələrində rəngarəng tədbirlər keçirilib, sərgilər və müsabiqələr təşkil edilib, “Mingəçevir bu gün” adlı nəfis tərtibatlı kitab, buklet və s. buraxılıb, “Mingəçevir” abidəsi yenidən qurulub. 11 noyabrda şəhərin ilk qurucularının adına salınmış parkın açılışı olub, həmin gün keçirilən tədbirlər əsl ümumşəhər bayramına çevirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mingəçevirlilərə olan diqqət və qayğısının təsdiqidir ki, dövlət başçısı 10 noyabr 2008-ci ildə imzaladığı sərəncamlarla şəhərin sosial-iqtisadi inkişafında xidmətləri olan 18 nəfər, o cümlədən, 10 nəfər “Tərəqqi” medalına, 3 nəfər “Respublikanın Əməkdar həkimi”, 2 nəfər “Respublikanın Əməkdar mühəndisi”, 3 nəfər “Əməkdar Mədəniyyət işçisi” fəxri adlarına layiq görülüb. Eyni zamanda, ötən il daha iki nəfər-həkim İlham Dumanov və 10 â„–-li məktəbin direktoru Babək Cəlilov “Tərəqqi” medalı ilə təltif olunublar.
Quruculuq-abadlıq işləri davam edir
Bu xüsusi diqqət və qayğıya görə fərəh hissi keçirən mingəçevirlilər, eyni zamanda, ölkədə aparılan quruculuq-abadlıq işlərinin müsbət təsirini də öz həyatlarında hiss edirlər. Belə ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına” (2004-2008-ci illər) uyğun olaraq, şəhərin küçə və meydanlarında məhəllədaxili ərazilərində və səkilərdə geniş asfaltlanma işi aparılıb. Bu dövrdə 430 min kvadrat metr sahəyə asfalt örtük salınıb və yollar əsaslı təmir olunub. Şəhər ərazisindən keçən ölkə əhəmiyyətli regionlararası 6 km avtomobil yolu əsaslı təmir olunub və bu sahəyə 41 min kvadrat metr asfalt döşənib. Əhalinin su təminatını yaxşılaşdırmaq məqsədilə Dövlət Proqramında nəzərdə tutulan 3,1 km uzunluğunda smeta dəyəri 238 min manat olan yeni su kəməri çəkilib. Proqrama uyğun olaraq “Yeni Günəşli” yaşayış massivində 300 şagirdlik orta məktəb binası, şəhid ailələri və əlillərin mənzilə olan tələbatını ödəmək məqsədilə 16, 36 və 72 mənzilli binalar inşa edilərək istifadəyə verilib.
Görülmüş işin nəticəsidir ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər) üzrə şəhərə aid bəndlər tam həcmdə və nəzərdə tutulan müddətlərdə bütünlüklə icra olunub. 2008-ci ildə müxtəlif mənbələr hesabına şəhərdə genişmiqyaslı abadlıq, quruculuq və tikinti işləri aparılıb. Şəhərin şərq giriş qapısı tam yenidən qurulub, ətrafı abadlaşdırılıb. Giriş qapısından dəmiryolu keçidinə kimi olan 2,5 km yolun hər iki tərəfinə müasir formaya malik hasar çəkilib, mərkəzi prospekt boyu daş balyanslardan 5,6 km uzunluğunda yolun hər iki tərəfinə məhəccər quraşdırılıb. “Nur şəhəri” memarlıq kompleksi yenidən qurulub, qarşısında fəvvarə inşa edilib. H.Əliyev prospekti, İ.İslamzadə, 20 Yanvar, Nəsimi, İ.Qayıbov, M.F.Axundov və Təbriz küçələrində yeni işıqlandırma sistemi qurulub və bu küçələrə 500 ədədə yaxın yeni işıq dirəkləri quraşdırılıb, Ş.İ.Xətai, A.Məmmədov, İ.Qayıbov və Günəş küçələrinin işıqlandırma sistemləri bərpa edilib.
Ulu öndər Heydər Əliyevin adını daşıyan muzey və meydan yenidən qurulub, meydandan yeni tikilən biznes mərkəzinə yerüstü keçid inşa edilib, meydanda musiqili fəvvarə quraşdırılıb, kütləvi tədbirlərin keçirilməsi üçün 394 yerlik müasir səhnə tikilib.
Mərkəzi prospekt boyu meydandan başlayaraq, S.Vurğun küçəsinədək olan ərazidə ümummilli liderin adına Heydər parkı salınıb, şəhərin Bələdiyyə meydanında müasir memarlığı özündə əks etdirən 8 metr hündürlüyündə fəvvarə inşa edilib, Bələdiyyə meydanından 20 Yanvar küçəsinə kimi olan mərkəzi prospektin sol hissəsində 1 hektardan çox ərazidə şəhərin ilk qurucularının adına istirahət parkı tikilərək şəhər sakinlərinin istifadəsinə verilib. Heydər Əliyev muzeyinin həm daxili, həm də xaric hissəsində əsaslı yenidənqurma işləri aparılıb, muzeyin tərtibatı və eksponatları zənginləşdirilib.
2008-ci il ərzində yüksəkmərtəbəli 40 yaşayış binasının yumşaq dam örtüyü şifer çardaq örtüyü ilə əvəz olunub, 13 binanın yumşaq dam örtüyü əsaslı təmir olunub, 20 binanın eyvanları plastik lambrinlə üzlənib, 11 binanın zirzəmi-kommunikasiya kəmərləri tam yenidən qurulub, 90-dan çox binanın fasadları təmir olunaraq rənglənib, 107 yaşayış binasının dam örtüklərində cari təmir işləri görülüb, 20-dən çox yaşayış məhəlləsində əsaslı yenidənqurma işləri aparılıb. 20 km-ə yaxın 120 min kvadratmetr sahəyə, eləcə də, şəhərin müxtəlif ərazilərində yerləşən məhəllədaxili yollara 33,7 min kvadratmetr asfalt örtük salınıb və 6 km uzunluğunda yol bordyorları quraşdırılıb.
ötən il şəhərdə aparılan quruculuq-abadlıq işlərində Mingəçevir bələdiyyəsi də yaxından iştirak edib. Mingəçevir bələdiyyəsi “Bir bələdiyyə bir layihə” təşəbbüsü çərçivəsində 2008-ci il ərzində şəhərdə ilk qurucuların xatirəsinə salınan parkda aparılan işlərin müəyyən hissəsini yerinə yetirib, “Dostluq” və “Sahil” parklarında abadlıq işlərini davam etdirib. Hazırda tərkibində beş komissiyanın fəaliyyət göstərdiyi bələdiyyənin mülkiyyətində 2 park (Sahil, S.Vurğun adına), 8 fəvvarə var. Bələdiyyənin büdcəsinə uyğun olaraq park və fəvvarələrdə, məhəllələrdə tikinti-abadlıq işləri aparılır.
Mingəçevirdə də sahibkarlar üçün münbit şərait yaradılıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Biznes sahəsində mövcud olan problemlərin həlli məqsədilə 2008-ci ildən “vahid pəncərə” sisteminin tətbiq edilməsi və hazırlanmaqda olan “2009-2015-ci illər üçün sahibkarlığın inkişafı Dövlət Proqramı” Mingəçevir sahibkarları üçün də yeni perspektivlər açıb. Qeydiyyat prosedurlarının sadələşdirilməsi nəticəsində hesabat ilində şəhərdə sahibkarlıqla məşğul olmaq üçün fiziki şəxs kimi 582 nəfər, hüquqi şəxs kimi 62 müəssisə statistika idarəsində qeydə alınıb. Mingəçevirdə sahibkarlığın inkişafını əks etdirən digər fakt yeni bank filiallarının açılması və əhaliyə verilən kreditlərin durmadan artması ilə bağlıdır.
2008-ci il ərzində şəhər əhalisinə, əsasən sahibkarlıqla məşğul olanlara 4,5 milyon manat kredit verilib. ümumilikdə isə, son 5 ildə verilən kreditlərin həcmi 10 milyon manatı ötüb. Yerli sahibkarlara əməli köməyin göstərilməsi və onların informasiya təminatının yaxşılaşdırılması məqsədilə hesabat ilində şəhərdə Vergilər Nazirliyinin xüsusi terminalı fəaliyyətə başlayıb.
Sahibkarlığın inkişafı ilə bağlı yeni müəssisələrin açılması da diqqət mərkəzində olub. Belə ki, Dövlət Proqramına uyğun olaraq, 2005-2006-cı illərdə istehsala başlamış “Kür” Elektron Avadanlıqları İstehsalı və “İnterenerji” MMC fəaliyyətə başladıqları ilk günlərdən sabit və məhsuldar iş rejimində işləyirlər. Uzun illər fəaliyyətsiz olan “Mingəçevir İzolit” ASC özəlləşdirildikdən sonra müəssisənin təmir-bərpa işlərinə 2 milyon manatdan çox vəsait xərclənib. Müəssisədə inzibati bina və istehsal sahələri əsaslı təmir edilib, yeni avadanlıqlar alınıb, mövcud avadanlıqda bərpa işləri aparılıb. 2008-ci ilin yekunu üzrə bu müəssisədə məhsul istehsalı 3,3 dəfə artaraq 3,5 milyon manata çatdırılıb.
Fəaliyyətlərini bərpa etdikdən sonra məhsul istehsalının artımını daim təmin edən “Azneftmaş” və “Mingəçevir maşınqayırma zavodu” ASC-lər son beş ildə istehsalı müvafiq olaraq 8,3 və 3,6 dəfə artırıblar.
2008-ci ilin yekunlarına görə “Azəraqrartikinti” ATSC-nin Mingəçevir dəmir beton məmulatları filialı, “Mingəçevir Regenerat”, “Zeynalabdin”, “Kür çörək” ASC-lər əvvəlki ilə nisbətən daha məhsuldar işləyib və əməkçilərinin orta aylıq əməkhaqlarının 30-35 faiz yüksəlməsinə nail olublar.
ümumi məhsul buraxılışı artıb, yeni iş yerləri yaradılıb
Bütün bu işlər isə öz müsbət nəticəsini göstərməkdədir. Məsələn, 2008-ci ilin yekunları göstərir ki, Mingəçevir şəhəri üzrə ümumi məhsul buraxılışı 275 milyon manat təşkil edib. Bu göstərici 2007-ci illə müqayisədə 9,6 faiz, son beş ildə isə 1,7 dəfə artıb. 5 il ərzində şəhərin sənaye müəssisələrində istehsal olunan məhsulun həcmi 26,3 faiz artaraq 192 milyon manata çatdırılıb. Qeyd olunmalıdır ki, sənaye məhsulu istehsalında qeyri-dövlət sektorunun payına düşən məhsul istehsalı 2007-ci ilə nisbətən 1,7 dəfə, son 5 ildə isə 5,3 dəfə yüksəlib.
Dövlət Proqramına əsasən görülmüş işlər nəticəsində şəhərin mövcud müəssisə və təşkilatlarında 2004-2008-ci illər ərzində 7215 iş yeri açılıb ki, onların 6421-i daimi iş yerləri olub.
2008-ci ilin yekunları göstərir ki, iqtisadiyyatın digər sahələrində olduğu kimi, tikinti sahəsində də, böyük canlanma müşahidə olunub. 2007-ci ilə nisbətən tikinti-quraşdırma işlərinə yönələn investisiya 2 dəfə artaraq 18,8 milyon manata çatdırılıb.
2008-ci ilin yekunu üzrə nəqliyyat və rabitə sahələrində də ciddi irəliləyiş müşahidə olunub, göstərilən nəqliyyat və rabitə xidmətlərinin həcmi 2007-ci illə müqayisədə müvafiq olaraq 27 və 12 faiz artıb.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycan İstilik Elektrik Stansiyasındakı mövcud avadanlığın bərpasına və istehsal imkanlarının genişləndirilməsinə 11,5 milyon manat investisiya qoyulub, 4-cü enerji blokunda əsaslı yenidənqurma işlərinə başlanıb, hər biri 20 min kub metr tutumlu 6 ədəd yeni mazut çənlərinin inşası davam etdirilib.
Elektrik enerjisi, təbii qaz və su təminatı məsələləri öz həllini tapıb
Əhalinin elektrik enerjisi, təbii qaz və su təminatı məsələləri 2008-ci ildə Mingəçevir şəhərində əsasən öz həllini tapıb. Şəhər İcra Hakimiyyətinin “Azərenerji” və “Azəriqaz” səhmdar cəmiyyətlərinin rəhbərləri ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində sayğaclanma işləri əsasən başa çatdırılıb, əhalinin elektrik enerjisi və təbii qazla fasiləsiz təminatı məsələsi tam həll olunub.
Əhalinin sosial müdafiəsi məsələləri diqqət mərkəzindədir
2008-ci ildə şəhər əhalisinin sosial müdafiəsi məsələləri də daim şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində olub. Şəhər üzrə orta aylıq əməkhaqqı 2007-ci illə müqayisədə 30 faiz artaraq 173 manat təşkil edib, ünvanlı sosial yardım alan ailələrin sayı 37 faiz artaraq 3788-ə çatdırılıb.
Hesabat ilinin yekununa şəhərdə 16323 nəfər pensiyaçı qeydiyyatda olub. Bunlardan 2102 nəfəri işləyən pensiyaçılardır. İl ərzində bu kateqoriyadan olan vətəndaşlara pensiyalarının ödənişinə 11 milyon manat vəsait tələb olunub və tam həcmdə ödənilib. Şəhər üzrə orta aylıq pensiya 90,8 manat təşkil edib.
Kommunal xidmətin səviyyəsi yüksəldilib
ötən müddət ərzində kommunal xidmət idarələrinə 5 (beş) ədəd məişət tullantıları daşıyan maşın, 2 (iki) ədəd su maşını, 1 (bir) ədəd KAMAZ markalı yük maşını və 1 (bir) ədəd universal qüllə-qaldırıcı mexanizm alınıb verilib. Şəhəri sel sularından mühafizə edən uzunluğu 15,4 km olan açıq sel kanalı əsaslı təmizlənib, kanalın ən problemli yeri olan şəhər avtovağzalı yanındakı boru keçidi körpü keçidlə əvəz olunub.
“Günəşli” fərdi yaşayış massivinə təbii qaz çəkilişinə başlanılıb, daşıyıcı kəmərin 6 km-i çəkilib. 2008-ci ildə 15 nömrəli orta məktəbin əvəzinə müasir tələblərə cavab verən yeni məktəbin və Ulu öndər Heydər Əliyevin adını daşıyan Sarayın tikintisinə, şəhər stadionu, “Kür” Olimpiya İdman kompleksi və Mingəçevir Dövlət Dram Teatrının yenidən qurulmasına başlanıb. Cari ildə bu obyektlərin tikintisi başa çatdırılacaq.
Bir məqamı da qeyd edək ki, hazırda Mingəçevirdə 10 rayondan 5357 ailə olmaqla 20042 nəfər məcburi köçkün müxtəlif təyinatlı 136 məntəqədə məskunlaşıb. Həmişə olduğu kimi, hesabat ilində də, məcburi köçkünlərin problemləri daima şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılıb.
Təhsil, səhiyyə və mədəniyyət sahələri inkişaf edir
Hesabat dövründə Mingəçevir şəhər İcra Hakimiyyəti şəhər həyatının bütün sahələri kimi təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin də inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə lazımi diqqət yetirib. ötən tədris ilində şəhərin 22 orta ümumtəhsil məktəbində 13261 nəfər, 11-ci sinifdə 1443 nəfər şagird oxuyub, imtahanların nəticələrinə görə 1327 nəfər attestat alıb.
Hesabat dövründə ali məktəblərə qəbul üçün sənəd verən 1162 nəfər məzundan 439 nəfəri tələbə adına layiq görülüb, bu da sənəd verənlərin 33,3 faizini təşkil edir. Məzunlardan 31 nəfəri 600 və daha çox, 71 nəfəri 500-dən çox balla ali məktəblərə qəbul olunub. Təhsil müəssisələrinin illik büdcə xərci cəmi 7494,4 min manat təşkil edib.
Xüsusilə qeyd etmək lazımdır ki, Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana - yeni məktəb” layihəsi çərçivəsində 2005-2008-ci illərdə şəhərdə iki yeni (19 və 20 â„–-li) məktəb tikilərək istifadəyə verilib, 2009-cu ildə Texniki Humanitar Lisey və 5 saylı orta məktəb üçün daha iki məktəb binasının tikilməsi planlaşdırılıb. Müqayisə üçün qeyd edək ki, 20 il ərzində (1985-2004) şəhərdə cəmi 4 məktəb binası tikilib.
ölkə rəhbərinin müvafiq Sərəncamına uyğun olaraq hesabat ilində şəhər məktəblərinə daha 216 kompüter verilib, hazırda 19 məktəbdə 356 ədəd müasir kompüter quraşdırılıb.
Hesabat ilində şəhərin bütün sosial həyatında olduğu kimi səhiyyənin də inkişafına yönələn işlər görülüb, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, 2008-ci ildə Şəhər Mərkəzi Xəstəxanasının bir sıra şöbə və struktur bölmələrində təmir işləri aparılıb, mərkəzi xəstəxananın, Onkoloji dispanserin cərrahi blokları tam yenidən qurulub, Doğum evinin, “Ana və Uşaq” MSM-nin cərrahi blokları işə salınıb, yeni avadanlıqlarla təmin olunub və ŞMX-da yeni diaqnostik mərkəz yaradılıb.
Eyni zamanda, ötən il cərrahi profilli tibb müəssisələri və şöbələri müxtəlif cərrahi avadanlıq, cihaz və alətlərlə təmin olunub, Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasına 5 ədəd müasir “Ford” markalı sanitar avtomobil verilib. 2008-ci ildə şəhər səhiyyəsinin büdcə xərcləri 4840,0 min manat olub. 2008-ci ildə əhalinin sanitar-epidemioloji sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin törədiciləri və xüsusi təhlükəli infeksion xəstəliklərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi, şəhər ərazisində zoobaytar xidmətinin təşkili ilə bağlı şəhər Gigiyena və Epidemiologiya Mərkəzi, Dezinfeksiya stansiyası, Taun Əleyhinə şöbə və Baytarlıq idarəsi tərəfindən müəyyən işlər görülüb.
Hesabat ilində şəhər Mədəniyyət və Turizm şöbəsinin büdcə xərcləri il ərzində 1364,0 min manat təşkil edib. ötən müddətdə mədəniyyət müəssisələri bir sıra tarixi və əlamətdar günlərə həsr edilmiş ümumşəhər tədbirlərinin, yubileylərin, el bayramlarının daha rəngarəng keçirilməsinə çalışıb, şəhərin nümunəvi məhəllələrində və Heydər Əliyev meydanındakı səhnədə maraqlı konsert proqramları ilə çıxış ediblər.
YAP Mingəçevirdə də öz fəallığı ilə seçilir
Hazırda Mingəçevir şəhərində 23 siyasi partiya, 60 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir və onların sərbəst fəaliyyətinə hər cür şərait yaradılır. Onlar arasında Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının fəaliyyəti isə xüsusilə seçilir. 1993-cü il fevralın 13-də yaradılan şəhər təşkilatı hazırda özündə 50 ərazi ilk təşkilatını və 5261 üzvü birləşdirir. üzvlərdən 3007-si qadın, 1875-i isə gənclərdir. Şəhər təşkilatının sədri Cavanşir Yusubovun sözlərinə görə, partiya üzvləri cəmiyyətdə baş verən proseslərin önündə gedir, şəhərin ictimai-siyasi, mədəni, iqtisadi həyatında öz fəallıqları ilə daima seçilirlər: “Şəhər təşkilatı 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkiləri və 2009-cu il martın 18-də keçirilən Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsinə dair ümumxalq səsverməsi (referendum) zamanı üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Onu da deyim ki, indiyə qədər keçirilən bütün seçkilərdə ümummilli liderimiz Heydər Əliyev siyasətinə, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevə və Yeni Azərbaycan Partiyasına sədaqət nümayiş etdirən Mingəçevir seçiciləri bunu 2008-ci il prezident seçkilərində bir daha təsdiqləyiblər. Belə ki, şəhər seçiciləri yekdilliklə Azərbaycanın gələcək inkişafına, sabitliyə, tərəqqiyə, Ulu öndər Heydər Əliyev siyasi kursuna-Prezident İlham Əliyevə səs veriblər”.
Qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məsələsinə də toxunan C.Yusubov deyib ki, artıq fəaliyyət proqramı tərtib edilib: “Həmin fəaliyyət proqramı iyulun 7-də İdarə Heyətinin yığıncağında təsdiq edilib. üç bölmədən və 48 bənddən ibarət olan proqram əsasında fəaliyyətə başlanıb. Əminik ki, bundan əvvəl olduğu kimi bu seçkilərdə də YAP-ın namizədləri qalib gələcəklər. çünki Mincəçevir ictimaiyyəti əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasına inanır və etimad göstərirlər”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52
