Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 3-cü qurultayı keçirilib
13.07.2017 [09:44]
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (STİHİRK) 3-cü qurultayı keçirilib. Komitənin sədri Akif Məmmədov işçilərin əmək şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Sonra STİHİRK-nin Təşkilati və Beynəlxalq əlaqələr şöbəsinin rəisi Xəyalə Məmmədova təşkilatın ötən 5 ildəki fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Komitənin Nəzarət-Təftiş Komissiyasının sədri Aydın Rəfiyev, “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu Həmkarlar İttifaqı Komitəsinin sədri Elman İsgəndərov, “Azərsu” ASC-nin Sosial İnkişaf və motivasiya şöbəsinin aparıcı mühəndisi Günay Məmmədli işçilərin hüquqi mənafelərinin qorunması və sosial rifahının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib.
Qurultayda çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev ötən müddətdə STİHİRK-nin fəaliyyətində nəzərə çarpacaq müsbət dəyişikliklərin müşahidə olunduğunu deyib. Konfederasiya sədri “Azərsu” ASC-də işçilərə yaradılan əmək şəraitini, əməyin mühafizəsi və sosial təminat məsələləri ilə bağlı görülən işləri yüksək qiymətləndirərək müvafiq tövsiyələrini verib.
S.Mehbalıyev Azərbaycanda su təsərrüfatının inkişafında qazanılan nailiyyətlərə və işçilərin sosial problemlərinin həllində göstərdiyi əvəzsiz xidmətlərə görə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun MDB və Baltikyanı ölkələrin Ümumhəmkarlar İttifaqları Konfederasiyasının 25 illik gümüş xatirə nişanı ilə təltif olunduğunu bildirib və mükafatı “Azərsu” ASC-nin sədrinə təqdim edib. Q.Hüseynov işçilərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində göstərdiyi xidmətlərə görə STİHİRK tərəfindən təsis edilmiş “Ən yaxşı sosial tərəfdaş” mükafatına da layiq görülüb.
“Azərsu” ASC-nin sədri təltiflərə görə minnətdarlığını bildirib. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verən Səhmdar Cəmiyyətin sədri su təsərrüfatı sektorunda çalışanların əmək şəraitinin və sosial təminatlarının yaxşılaşdırılmasına xüsusi diqqət yetirildiyini bildirib: “Azərsu” Açıq Səhmdar Cəmiyyətində fədakar və zəhmətkeş əmək kollektivi formalaşıb. İşçilərin normal iş şəraitinin təmin edilməsi, onların hüquq və mənafelərinin qorunması, sosial təminatının yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirilir. Bu sahədə sahə həmkarlar təşkilatı ilə sıx əməkdaşlıq mövcuddur. Bundan sonra da birgə fəaliyyət sayəsində işçilərin sosial problemlərinin həlli diqqətdə saxlanılacaq”.
Sonra təşkilati məsələlərə baxılıb, STİHİRK sədrliyinə seçkilər keçirilib. Akif Məmmədov növbəti müddətə komitənin sədri seçilib. Qurultayın sonunda fəaliyyətində fərqlənən həmkarlar təşkilatlarının üzvləri mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

