Ali məktəblərə qəbul imtahanları başlayır
04.07.2009 [11:57]
“Bütün abituriyentlərin nəzərinə çatdırmaq istəyirəm ki, ötən il buraxılış qaydalarına əməl etməyən 30-a yaxın gənc imtahan verə bilmədi. Köçürməyə yol verən abituriyentlər də istədikləri nəticəyə nail olmadı. İstər ötənilki qəbul, istərsə də builki Azərbaycan dili imtahanında 20-dən artıq abituriyentin nəticələri ləğv edildi. Odur ki, bütün abituriyentlərdən xahiş edirik ki, yalnız biliklərinə güvənsinlər və özləri ilə yalnız “Abituriyentin yaddaş kitabçası”nda tələb edilən sənədləri götürsünlər”.
Bunu dünən keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev deyib. Onun sözlərinə görə, iyulun 5-də 35772 abituriyent imtahan verməlidir. III qrup üzrə biliyini 9220 oğlan, 26552 qız sınayacaq. Sənəd verənlərin 32535-i Azərbaycan, 3237-i isə rus bölməsinin abituriyentləridir. Lakin sənəd təqdim edənlərin neçəsinin imtahanda iştirak edəcəyi bu gün axşam bəlli olacaq. Belə ki, hələlik ərizə təqdim edən abituriyentlərin 2350 nəfəri attestat qiymətlərini öz ərizələrinə əlavə etməyib. N.Babayevin sözlərinə görə, gecikmə müxtəlif səbəblərdən ola bilər: “Biz humanistlik göstərib onlara kifayət qədər zaman vermişik. Gecikən abituriyentlər indiyədək ya vaxt tapmayıb, ya da ki, buraxılış imtahanlarını uğurla verə bilmədikləri üçün onların attestat qiymətləri yoxdur. Abituriyentlər, hətta imtahan günü də buraxılış vərəqi ala bilərlər. Ancaq yaxşı olar ki, bunu iyulun 4-nə qədər həll etsinlər”.
Xatırladaq ki, abituriyentlərin 19572 nəfəri orta məktəblərin builki, 1577-i əvvəlki illərin, 1267-i isə orta ixtisas məktəbinin məzunlarıdır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 155 abituriyent xarici ölkə vətəndaşlarıdır. III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusunda olan 173 abituriyent var. Bakı şəhərində 29829, Naxçıvanda 1904, Sumqayıtda isə 4039 abituriyent imtahan verəcək. Ən yaşlı abituriyentin 53, ən gəncin isə 15 yaşı var.
III ixtisas qrupu üzrə mövcud plan yerləri barədə məlumat verən N.Babayev bildirib ki, bu qrupda 1708 ixtisas üzrə 27 dövlət və 14 özəl ali məktəbdə 29030 plan yeri ayrılıb.
Qəbul imtahanları 58 binada keçiriləcək. Təhlükəsizlik tədbirləri artıq başa çatıb. N.Babayev deyib ki, Xüsusi Mühafizə İdarəsi bütün binaları tam şəkildə yoxlamadan keçirib. Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən 2430 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 242 imtahan rəhbəri cəlb olunub. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılacaq.
Tələbə qəbulu müsabiqəsində I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, III ixtisas qrupunda isə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə biləcək.
N.Babayevin sözlərinə görə, qruplar üzrə müsabiqə vəziyyəti də fərqlənir: “Dövlət və özəl ali məktəblərin bakalavr pilləsinə I qrup üzrə 1 yer uğrunda 4,2, II qrup üzrə 1 yer uğrunda 3,5, III qrup üzrə 1 yer uğrunda 3,8, IV ixtisas qrupu üzrə isə 1 yer uğrunda 4,8 nəfər tələbə mübarizə aparacaq. ümumilikdə isə, dövlət və özəl ali məktəblərə bütün qruplar üzrə 1 yer uğrunda 3,9 tələbə yarışacaq. Yalnız dövlət ali məktəblərinin bakalavr pilləsinə I qrup üzrə 1 yer uğrunda 4,4, II qrup üzrə 1 yer uğrunda 4,5, III qrup üzrə 1 yer uğrunda 4,6, IV qrup üzrə 1 yer uğrunda 4,8, ümumilikdə isə, 1 yer uğrunda 4,5 abituriyent mübarizə aparacaq”.
TQDK sədrinin müavininin sözlərinə görə, test imtahanının nəticələri 2-3 gün ərzində TQDK-nın internet saytında yerləşdiriləcək. N.Babayev bildirib ki, abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin, mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.
Məlumat üçün bildirək ki, qəbul imtahanı verən və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra elektron ərizələrinə daxil olub, orta ixtisas məktəblərinin ixtisaslarını seçə bilərlər. N.Babayev deyib ki, iyulun 25-dən sonra abituriyentlərin elektron ərizələri açıq olacaq.
TQDK sədrinin müavini magistraturaya qəbul imtahanının əldə edilən nəticələrindən də danışıb. Onun sözlərinə görə, 1794 tələbə müsabiqə şərtlərini yerinə yetirsə də, magistr ola bilməyib. N.Babayev deyib ki, 800-ə yaxın bakalavr qəbul oluna bilərdi. Lakin onların seçdikləri proqram buna imkan verməyib.
RUHİYYƏ
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52
