SABIS SUN beynəlxalq məktəbi beynəlxalq məktəblərarası idman yarışlarına ev sahibliyi edib
07.05.2017 [17:00]
"Xəyal adası" müasir yaşayış kompleksində yerləşən SABIS SUN beynəlxalq məktəbi beynəlxalq məktəblərarası idman yarışlarına ev sahibliyi edib. Bu idman yarışları beynəlxalq məktəblərdə təhsil alan şagirdləri bir araya gətirən, sağlam mühitdə idmançı xüsusiyyətləri və komanda şəklində çalışmağı təlqin edən və bu səviyyədə Azərbaycanda təşkil olunan ilk tədbir olub. Beynəlxalq məktəblərarası idman yarışlarında iştirak edən 200-dən artıq şagird basketbol, atletika, futbol və üzgüçülük kimi müxtəlif idman yarışları üzrə qüvvələrini sınayıblar.
Təhsil və Gənclər və İdman nazirliklərinin nümayəndələrinin də iştirak etdiyi yarışların açılış mərasimində çıxış edən "Azərsun Holdinq" Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdolbari Gozal şagirdlərə təhsilin insanın uğurlu mütəxəssis kimi formalaşmasında müstəsna rol oynadığını bildirib, belə yüksək səviyyəli beynəlxalq məktəblərdə təhsil almaqlarının onlar üçün əla şans olduğunu vurğulayıb. Şirkətlər Qrupunun rəhbəri bu yaxınlarda ölkə başçısı cənab İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif edilməsinin də həmçinin təhsilin inkişafına verdiyi dəstəklə əlaqəli olduğunu qeyd edib və cənab Prezidentə minnətdarlığını bildirib. Abdolbari Gozal şagirdlərə dəyərli məsləhətlər verərək onlara gələcək həyatlarında uğurlar arzu edib.
Tədbirdə çıxış edən "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov da təhsilin idmanda uğurun qazanılması üçün çox vacib olduğunu söyləyib.
Yarışların sonunda qalib komandalar və idmançılar medal və kuboklarla təltif ediliblər.
Qeyd edək ki, "Dreamland" ərazisində yerləşən SABIS SUN beynəlxalq məktəbi 67.000 m2 sahəni əhatə edir. Məktəbdə inzibati və xidmət binaları ilə yanaşı, məktəbəqədər təhsil müəssisəsi, ibtidai məktəb binası, açıq və qapalı idman meydançaları, aşağı və yuxarı siniflər üçün üzgüçülük hovuzları, olimpiya standartlarında futbol meydançası, eləcə də şagirdlərin dərsdənkənar səmərəli vaxt keçirmələrini təmin etmək üçün tamaşa zalı və Şagird Həyatı Təşkilatı fəaliyyət göstərir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39

