/ / Diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımları Şəkinin tarixi məkanları ilə tanış olublar
Diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımları Şəkinin tarixi məkanları ilə tanış olublar
21.02.2017 [10:35]
Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri və onların xanımları respublikamızın şimal-qərb bölgəsinə səfərləri çərçivəsində fevralın 20-də Şəkidə olublar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Administrasiyası və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən səfərdə 30-dək diplomatik nümayəndəliyin 45-ə yaxın nümayəndəsi iştirak edib.
Səfərin əsas məqsədi Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı, həmçinin bölgənin turizm potensialı ilə yaxından tanış olmaqdır.
Qonaqlar əvvəlcə “Marxal” müalicə-istirahət kompleksində yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, Böyük Qafqaz sıra dağlarının cənub-qərb yamaclarında, dəniz səviyyəsindən 1080 metr yüksəklikdə, füsunkar ərazidə tikilən bu kompleksin mehmanxana binasında hər biri iki nəfərlik 172 nömrə var. Kompleksin ərazisindəki villa tipli 31 kottecdə isə eyni vaxtda 168 nəfər qala bilər.
Səfər proqramına uyğun olaraq diplomatlar və onların xanımları sonra Şəki şəhərinin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər.
Diqqətə çatdırılıb ki, Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən olan Şəkinin 2700 ildən artıq yaşı var. Qədim ipəkçilik və sənətkarlıq ənənələrinə malik olan bu şəhər, həm də dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına alınmış 84 tarix və mədəniyyət abidəsi var. Hər il bu şəhərdə beynəlxalq səviyyəli festivallar, tədbirlər keçirilir.
Qoruqla tanışlıq zamanı məlumat verilib ki, burada dövlət qeydiyyatına götürülən 25 tarixi abidə var. Ərazidə təbiət gözəllikləri ilə insanların yaratdıqları qədim abidələr vəhdət təşkil edir, bir-birini tamamlayır. Qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir.
Qoruğun ərazisində yerləşən XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi - Şəki xanlarının sarayı diplomatlarda xüsusilə böyük maraq oyadıb. Sarayla tanışlıq zamanı bildirilib ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə, təqribən 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Abidənin tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür.
Sarayın həyətindəki yaşı 500-ə çatan qoşa Xan çinarları qonaqlarda böyük maraq doğurub. Diqqətə çatdırılıb ki, bir neçə il əvvəl Şəki xanları sarayının 250 illik yubileyi böyük təntənələrlə qeyd olunub.
Sonra diplomatlar qoruğun ərazisindəki tarixi-memarlıq abidələri ilə tanış olub, “Sənətkarlar evi”nə baş çəkib, şəkili sənətkarların əl işlərinə baxıblar. Şəbəkə ustası Hüseyn Hacımustafazadə qonaqlara şəbəkə sənətinin sirləri barədə məlumat verib.
Qoruğun ərazisində yerləşən, inşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq da qonaqların ürəyincə olub. Bildirilib ki, Şərq memarlığı üslubunda tikilən kompleks 300-dək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir.
Sonra diplomatlar və onların xanımları şəkili sənətkarların əl işlərinin satıldığı mağazalara baş çəkiblər.
Səfərlə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Vey Cinxua, Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Said Xan Mohmand, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və başqaları Şəkinin tarixi məkanları ilə tanışlıqdan məmnun qaldıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

