Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçiriləcək
06.06.2009 [12:15]
Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək. Bu barədə dünən Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirən Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik, YAP İdarə Heyətinin üzvü, millət vəkili Abel Məhərrəmov bildirib. Bakı Dövlət Universitetinin Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğunu deyən A.Məhərrəmov qeyd edib ki, bu təhsil ocağı Cümhuriyyətin tarixi nailiyyətlərini özündə əks etdirir. Hazırda isə 90 illik inkişaf yolu keçən universitet dünya təhsil sistemində özünəməxsus yer tutur: “Klassik universitetlər dövlətlərin barometri hesab olunur. Xaricdən gələn qonaqlar məhz tələbələrin dünyagörüşü və intellektinə əsasən, dövlətlərin inkişaf səviyyəsini müəyyən edir. Bilirsiniz ki, BMT XXI əsri Təhsil əsri elan edib. Bu amil təhsilin necə böyük əhəmiyyət kəsb etdiyini göstərir. Azərbaycan təhsilinin inkişafında BDU-nun xidmətləri böyükdür. Prezident İlham Əliyev universitetin 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında imzaladığı Sərəncamda da bu təhsil ocağının tarixi xidmətini xüsusi dəyərləndirib. Hesab edirəm ki, BDU-nun yubileyi Azərbaycan elminin, maarifçiliyinin və ideologiyasının yubileyidir”.
Onun fikrincə, BDU digər təhsil ocaqlarının da bayraqdarıdır. Rektor qeyd edib ki, yubiley bayram hesab olunsa da, daha çox cəmiyyət qarşısında hesabatdır.
Azərbaycanda 49 ali məktəbin fəaliyyət göstərdiyini deyən A.Məhərrəmovun sözlərinə görə, bunlardan 34-ü dövlət, 15-i isə özəl təhsil müəssisəsidir: “ümumilikdə, ali məktəblərdə 128 min nəfər bakalavr pilləsində, 7940 nəfər isə magistraturada təhsil alır. Bunlardan 18 min nəfəri BDU-da təhsil alır. ölkəmizdə 1000-dən çox elmlər doktoru var ki, onların da 300-ə yaxını və 6 min elmlər namizədindən 1000 nəfəri universitetimizdə çalışır. Bu fakt onu göstərir ki, həm elmi potensial, həm də tələbə sayı baxımından BDU öndə gedir”.
Rektor xatırladıb ki, 1919-cu ildə universitet yaradılanda 42 müəllimlə fəaliyyətə başlayıb: “Bunların 11 nəfəri azərbaycanlı, digərləri isə qeyri-millətlərin nümayəndələri idi. O zaman 300 tələbəsi olan universitetdə iki fakültə - tarix-filologiya və tibb fakültəsi fəaliyyət göstərib. Bu fakültələrin yaradılmasında isə əsas məqsəd maarifçiliyi və səhiyyəni önə çəkmək olub. Universitetin yaradılıb-yaradılmaması da o zaman böyük müzakirələrlə müşayiət olunub. Belə ki, milli kadrlar olmadığı üçün hökumətin bir qrup üzvü gənclərin xaricdə təhsil almağa göndərilməsini təklif edib. İkinci bir qrup isə BDU-nun yaradılmasının vacibliyini qeyd edərək əcnəbi mütəxəssislərin Azərbaycana dəvət olunmasını önəmli sayıb. Bu təklifi Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Məmmədəmin Rəsulzadə kimi ziyalılar irəli sürüblər. Onların təklifi qəbul olunub və parlament BDU-nun yaradılması haqqında qərar qəbul edib. BDU-nun ilk rektoru isə Vasili Razumovski olub. Razumovski BDU-nun yaradılması haqqında deyib ki, “Qərblə Şərqin mərkəzində bir məşəl yandı. Bu məşəl Azərbaycanı işıqlandıracaq”. Bu gün isə BDU-da 3500 nəfər professor-müəllim heyəti çalışır, 16 fakültə, 2 elmi institut və çoxsaylı laboratoriyalar fəaliyyət göstərir”.
ötən 90 il ərzində BDU-nun Azərbaycan elminin, təhsilinin və dövlətçilik ideologiyasının inkişafında misilsiz xidmətlər göstərdiyini deyən A.Məhərrəmovun sözlərinə görə, indiyədək universitetin 51 ölkədən 10 mindən çox məzunu olub. Eyni zamanda, böyük şəxsiyyətlər də universitetimizin məzunu olublar. “Biz fəxr edirik ki, ümummilli lider Heydər Əliyev universitetimizin məzunu olub” - deyən rektor əlavə edib ki, bu təhsil ocağı indiyədək 150 mindən çox yüksək ixtisaslı kadr hazırlayıb. Hazırda 14 ölkədən 1300 tələbə BDU-da təhsil alır. Bunların sırasında Yaponiya, çin, Türkiyə, İran və bir sıra Avropa dövlətlərindən olan tələbələr var. A.Məhərrəmov vurğulayıb ki, Prezident İlham Əliyev elm ictimaiyyəti qarşısında tarixi vəzifələr qoyub. Bu da ondan ibarətdir ki, iqtisadi potensialı insan kapitalına çevirmək lazımdır. Artıq bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilməkdədir. Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası üçün mütəmadi olaraq işlər görülür və Boloniya prosesinə keçid davam edir.
Akademik qeyd edib ki, ölkə Prezidenti ali təhsilin inkişafı ilə bağlı 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramını təsdiqləyib. Proqrama əsasən, bu sahədə islahatlar həyata keçiriləcək. Onun sözlərinə görə, Avropa müstəvisində Azərbaycan təhsilinin qəbul edilməsi üçün dinamik islahatlar aparılmalıdır. Universitetlərin ilk növbədə elm mərkəzi olduğunu deyən A.Məhərrəmovun fikrincə, Boloniya prosesi keçmiş sovet təhsil sistemindən kəskin fərqlənir: “Sovet təhsil sistemində vahid tədris proqramı var idisə, indi hər bir tələbənin tədris planı var. Müəllimləri də tələbələrin özləri seçməlidir. Bu gün BDU-nun hər bir müəlliminin fəaliyyəti, onların mühazirələri haqqında internet saytımızda məlumatlar yerləşdirilib”.
Daha sonra A.Məhərrəmov jurnalistlərin suallarını cavablandırıb. “Təhsil haqqında” qanun layihəsi ilə bağlı məsələyə toxunan rektor bildirib ki, bu layihə üçüncü oxunuşa hazırdır. Sənəd çərçivə qanunu olduğu üçün onun icrası ilə bağlı normativ sənədlər qəbul ediləcək. BDU-nun xarici ölkələrdə filiallarının yaradılmasına gəlincə, rektor qeyd edib ki, bu barədə təkliflər var. Artıq belə bir təklif Nijni-Novqoroddan gəlib. Amma A.Məhərrəmov hesab edir ki, xaricdə filiallar açmaq üçün maddi-texniki bazanı daha da gücləndirmək lazımdır. Universitet şəhərciyindəki məscidlə bağlı problemlərə də aydınlıq gətirən A.Məhərrəmov “Bu məscid 1991-1993-cü illərdə tikilib. Məscidin ilahiyyat fakültəsinə də heç bir aidiyyatı yoxdur. Bu məscid 250-300 nəfəri qəbul etmək imkanına malikdir. İndiyədək problem olmadığı üçün məsələ qaldırılmırdı. Amma hazırda məscidə 8 minə qədər təriqətçi gəlir ki, bu problemdən də ətrafdakı insanlar əziyyət çəkir. Ona görə də, müvafiq orqanlar qarşısında məsələ qaldırılıb” - deyib.
Rektor BDU-nun mühafizəsinin güclü olduğunu da vurğulayıb: “Universitetin tam təhlükəsizliyi təmin olunub. Hətta bəzi KİV-lər belə məlumat yaydı ki, Dövlət Neft Akademiyasındakı hadisə BDU-da baş verməli imiş. Amma BDU-nun mühafizəsini gördükdən sonra seçim dəyişdirilib. Biz mühafizə məsələsinə xüsusi diqqət yetiririk”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28

