Bakı Dövlət Universitetində görkəmli alimin 80 illik yubileyi qeyd olunub
03.11.2016 [10:16]
Noyabrın 2-də Bakı Dövlət Universitetində (BDU) görkəmli türkoloq, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli, akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr edilən “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda BDU-nun rektoru, akademik Abel Məhərrəmov T.Hacıyevin səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirilib ki, dilçi alim hələ gənc yaşlarından elmə böyük maraq göstərib, zəngin elmi fəaliyyəti ilə Azərbaycan dilçilik elminin inkişafında müstəsna rol oynayıb və bütün ömrünü bu sahəyə həsr edib.
Rektor T.Hacıyevin 30 il BDU-nun türkologiya kafedrasına rəhbərlik etməsindən, türkoloq mütəxəssislərin yetişdirilməsindəki rolundan söz açıb. Diqqətə çatdırılıb ki, görkəmli alim 1969-cu ildən ömrünün sonunadək bu ali məktəbdə dosent, professor, müəllim, kafedra müdiri kimi çalışıb, filologiya və dilçilik elminin, türkologiyanın inkişafında mühüm xidmətlər göstərib.
Tədbirdə “Akademik Tofiq Hacıyevin həyat və fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edən BDU-nun filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Elçin Məmmədov görkəmli alimin yaradıcılığından, zəngin elmi irsindən, Azərbaycan ədəbi dil tarixi, dialektologiya və türkologiya elminin inkişafında xidmətlərindən danışıb.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxışında T.Hacıyevin ömür yolundan, dilçilik sahəsində böyük bir məktəb yaratmasından, prinsipial mövqeyindən, milli təəssübkeşliyindən bəhs edib. Bildirilib ki, hər hansı bir ölkənin tərəqqisində elm müstəsna rol oynayır. Azərbaycan elminin əsl himayədarı olan Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə elmimizin inkişafına yüksək diqqət və qayğı göstərib. Bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Görkəmli dilçi alimlə bağlı xatirələrini bölüşən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar vurğulayıb ki, gözəl ailə başçısı, təvazökar və səmimi insan olan T.Hacıyevin zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət göstərəcək, nəsillərdən-nəsillərə ötürüləcək. T.Hacıyev kadr hazırlığı sahəsində də çox işlər görüb, dil tarixi, dialektologiya üzrə respublikamız və başqa türk xalqları üçün çoxlu elmi işçi yetişdirib. Onun elmi yaradıcılığında “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı tədqiqatlar mühüm yer tutur.
Daha sonra şərqşünas alim, BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Cəfərov, AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Mövsüm Nağısoylu, filologiya elmləri doktoru Qəzənfər Paşayev çıxış edərək akademik T.Hacıyevin türkoloq, türkoloq-azərbaycanşünas kimi fəaliyyətindən, yalnız ölkəmizdə deyil, türk dünyası miqyasındakı xidmətlərindən, apardığı araşdırmalardan danışıblar. Diqqətə çatdırılıb ki, ölkəmizdə ədəbi fikrin, ədəbi dilin tarixinin bu günə gəlib çıxması və Azərbaycan dilinin türk dilləri müstəvisindəki mövqeyinin elmi-nəzəri baxımdan qiymətləndirilməsi alimin yaradıcılığının mərkəzində dayanırdı. Onun rəhbərliyi ilə 30-dək fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb. Alim iştirakçısı olduğu mötəbər beynəlxalq tədbirlərdə çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib. T.Hacıyevin çoxillik axtarışlarının nəticələri respublikamızda və onun hüdudlarından kənarda 500-dək elmi əsərdə, 20-dən çox kitabda, eləcə də monoqrafiya və dərsliklərdə əksini tapıb.
Akademikin Azərbaycan dilçiliyinin inkişafı sahəsində xidmətlərini və elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirən natiqlər vurğulayıblar ki, T.Hacıyevin dilçiliyin müxtəlif istiqamətlərinə dair yüksək nəzəri səviyyəsi ilə seçilən çoxlu sayda araşdırmaları türkologiya elminin nailiyyətləri sırasındadır.
Mərhum alimin ailəsi adından çıxış edən oğlu Azər Hacıyev atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Konfrans işini “Tofiq Hacıyev - görkəmli türkoloq”, “Dilçilik” və “Ədəbiyyatşünaslıq” bölmələrində davam etdirib. Bölmə iclaslarında ümumilikdə 117 məruzə dinlənilib, müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

