/ / “Azərbaycanda genişmiqyaslı islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolu mövzusunda” konfrans keçirilib
“Azərbaycanda genişmiqyaslı islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolu mövzusunda” konfrans keçirilib
23.06.2016 [10:14]
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) iyunun 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda genişmiqyaslı islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolu” mövzusunda konfrans keçirib.
Konfransı açan Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM-ın sədri Rufiz Qonaqov tədbirin QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə “Yeni hədəflərə doğru” vətəndaş həmrəyliyinin gücləndirilməsi çərçivəsində keçirildiyini diqqətə çatdırıb. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlarda vətəndaş cəmiyyətinin rolu barədə söhbət açıb. Bildirib ki, qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlik fonunda yerli QHT-lərin vəzifələri müəyyənləşməli, həyata keçirilən islahatlara vətəndaş cəmiyyətinin dəstəyi gücləndirilməlidir. Diqqətə çatdırılıb ki, üç ay davam edəcək layihə çərçivəsində QHT, KİV təmsilçiləri, gənclər, ümumiyyətlə, ictimaiyyət nümayəndələri ilə müxtəlif görüşlər keçiriləcək, tədbirlər təşkil olunacaq.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev bildirib ki, Azərbaycan hazırda dünyada özünün milli iqtisadi inkişaf modeli olan, qısa müddətdə makroiqtisadi göstəricilər əldə edən, tam müstəqil siyasət yürüdən dövlət kimi tanınır. Ölkəmizdə xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik mövcuddur. Məhz bunun nəticəsidir ki, Azərbaycan son illərdə əsaslı iqtisadi, siyasi, mədəni islahatlara müəlliflik edir. Bu gün Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti ətrafında sıx birləşərək gələcəyə böyük ümidlə baxır. Mütləq əksəriyyət əmindir ki, xalqımızın milli mənafeyini özündə əks etdirən bu siyasət gələcək illərdə də davam etdiriləcək, Azərbaycanın sürətli inkişaf tempini qoruyub saxlayacaq.
BMAM-ın eksperti Rafail Becanov məruzə ilə çıxış edərək ölkə rəhbərliyi tərəfindən aparılan islahatlara vətəndaş cəmiyyətinin dəstəyindən, qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlikdən, həmçinin Qərbin bəzi insan hüquqları institutlarının ölkəmizə qarşı qərəzli mövqeyindən danışıb.
Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Azərbaycanda vətəndaş həmrəyliyi üçün bütün imkanlar var. Bu il aprel ayında təmas xəttində baş verən “dördgünlük müharibə”dən sonra danışıqlar prosesinin sürətlənməsi təsadüfi hadisə deyil. Qarabağla bağlı aparılan danışıqlardakı uğurlarımız məhz bu müharibənin məntiqi nəticəsi oldu.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu vətəndaş cəmiyyətinin islahatlardakı rolundan danışaraq qeyd edib ki, vətəndaş cəmiyyəti ölkənin sosial piramidasını bir-biri ilə bağlayan tellərdir. Bu gün vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələrdən biri də islahatların aparılması, görülən işlərlə bağlı maarifləndirmə işlərinin həyata keçirilməsidir.
Milli Məclisin deputatı Sahib Alıyev isə qloballaşma dövründə vətəndaş-dövlət modelinin əhəmiyyətindən danışıb. O deyib ki, vətəndaş-dövlət modeli digər modelləri sıxışdırır. Azərbaycan Prezidenti İlham Əliyev vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirir. Əsl vətəndaş harada olmasından asılı olmayaraq Azərbaycanı layiqincə təmsil edəndir.
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev vətəndaş cəmiyyətinin islahatlardakı rolu barədə çıxış edib. O, vətəndaş cəmiyyətinin inkişafı üçün hüquqi bazanın yaradıldığını, iqtisadi, maliyyə əsaslarının möhkəmləndirildiyini diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Formula-1 Avropa Qran-pri yarışının əhəmiyyətindən, onun Azərbaycana gətirdiyi dividendlərdən danışıb. Bildirib ki, beynəlxalq yarışların Azərbaycanda keçirilməsi üçün siyasi sabitlik və iqtisadi inkişaf mövcuddur.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev neft ölkəsi olan Azərbaycanın yeni iqtisadi modelə qədəm qoyduğunu diqqətə çatdırıb. O, postneft dövrü üçün nəzərdə tutulan modelin artıq icra edildiyini və uğurlu nəticələr qazanılacağına inandığını bildirib.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı Prezidentin uğurlu siyasətinin nəticəsidir. MDB ölkələrində heç bir hakimiyyət Azərbaycan hakimiyyəti qədər vətəndaş cəmiyyətinə dəstək vermir. Bu mənada, vətəndaş cəmiyyəti məsuliyyətini dərk etməlidir.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov ölkədə aparılan iqtisadi islahatlar barədə geniş məlumat verib və bildirib ki, QHT-lər bu prosesdə yaxından iştirak edir.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar barədə çıxış edib. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün bütün zəruri addımların atıldığını bildirib. Qeyd edib ki, Sankt-Peterburqda prezidentlərin görüşündə Azərbaycanın dövlət maraqları bir daha ortaya qoyulub.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

