Mayın 4-də “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsinin rəsmi açılışı olacaq
03.05.2016 [10:01]
“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçiriləcək tədbirlərin proqramı açıqlanıb. Layihənin rəsmi açılışı mayın 4-də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində və proqram çərçivəsində keçiriləcək tədbirlərdə Azərbaycan Prezidenti Administrasiyasının rəsmiləri, mərkəzi icra hakimiyyəti orqanlarının, Avropa Gənclər Forumunun, əvvəlki illərdə “Avropa Gənclər Paytaxtı” olmuş şəhərlərin, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin, habelə yerli və xarici gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Açılışdan əvvəl - mayın 3-də qonaqlar Gəncə şəhərinin görməli yerləri, o cümlədən Məhsəti Gəncəvi Mərkəzi, Nizami Gəncəvi məqbərəsi və Muzeyi, Qala Qapıları, Arxeologiya və Etnoqrafiya Muzeyi abidə kompleksi ilə tanış olacaqlar. Həmçinin Göygöl Milli Parkına ekskursiya təşkil ediləcək.
Layihənin təntənəli açılış mərasimi Heydər Əliyev Mərkəzində keçiriləcək.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edəcəklər.
Sonra iştirakçılar Gəncə şəhərindəki Gənclər Evinin və “Gəncə - Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin ofisinin açılış mərasimlərinə qatılacaq, Cavad Xan küçəsində “Qədim Gəncə”, habelə “Gəncəçay” park-bulvar kompleksində təsviri sənət əsərlərindən ibarət sərgilərlə tanış olacaqlar. “Qədim Gəncə” sərgisində xalqımızın milli mənəvi dəyərlərini təcəssüm etdirən səhnələr, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələri nümayiş etdiriləcək. “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” parkında isə şəhərin rəqs kollektivlərinin, peşəkar musiqiçilərin ifasında konsert proqramı təqdim olunacaq.
Mayın 5-də Avropa Paytaxtları Şəbəkəsinin görüşü keçiriləcək. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının, “Gəncə-Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi sədrinin, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin baş katibinin, eləcə də Avropanın gənclər paytaxtları olmuş şəhərlərin nümayəndələrinin çıxışları nəzərdə tutulur.
Daha sonra Heydər Əliyev Mərkəzində “Qadınlar Zirvədə” layihəsinin təqdimatı olacaq. Təqdimat mərasimində Avropa Gənclər Forumu prezidentinin və beynəlxalq ekspertlərin çıxışları dinləniləcək.
Silsilə tədbirlər Avropa Gənclər Paytaxtları Şəbəkəsinin fəaliyyətinin gələcək istiqamətlərinin müzakirəsi ilə yekunlaşacaq.
Xatırladaq ki, “Avropa Gənclər Paytaxtı” layihəsi ilk dəfə 2009-cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürülüb. Layihənin məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır. Avropanın ilk gənclər paytaxtı 2009-cu ildə Niderlandın Rotterdam şəhəri seçilib. 2010-cu ildə Turin (İtaliya), 2011-ci ildə Antverp (Belçika), 2012-ci ildə Braqa (Portuqaliya), 2013-cü ildə Maribor (Sloveniya), 2014-cü ildə Saloniki (Yunanıstan), ötən il isə Kluj Napoca (Rumıniya) Avropa gənclər paytaxtları olub. Gəncənin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi barədə qərar 2013-cü il aprelin 10-da Yunanıstanın Saloniki şəhərində elan edilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53

