Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yeni qeydiyyatdan keçmiş 24 dini icmaya şəhadətnamələri təqdim edilib

Yeni qeydiyyatdan keçmiş 24 dini icmaya şəhadətnamələri təqdim edilib

21.04.2016 [10:04]

Aprelin 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 24 dini icmaya şəhadətnamə təqdim edilib. Bu məqsədlə təşkil edilmiş toplantıda Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.
Azərbaycanda dövlət-din münasibətlərindən danışan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə dövlətin dinə, o cümlədən dini icmalara diqqət və qayğısı ardıcıl həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra dövlət-din münasibətlərində də müstəqilliyimizə, milli mental dəyərlərimizə, dinimizə uyğun qaydalar təsbit olunub. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində hazırda çox mühüm uğurlar əldə edilib.
Dövlət başçısının ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə davamlı olaraq tədbirlər keçirildiyini vurğulayan Mübariz Qurbanlı, qeydiyyatdan yeni keçən dini icmaları dinimizi, islami dəyərləri ictimaiyyətə düzgün çatdırmağa səsləyib.
Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə müvafiq tövsiyələr verən Dövlət Komitəsinin sədri icmaların daha aktiv olmalarının, yerlərdə axund və imamlarla, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmələrinin vacibliyini bildirib.
Eyni zamanda, dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almaq, milli-mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmək, ümummilli maraqlardan çıxış etmək tövsiyə edilib.
Mübariz Qurbanlı qeydiyyat şəhadətnamələrini dini icma sədrlərinə təqdim edib.

Paylaş:
Baxılıb: 835 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30