Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əhalinin tibbi dispanserizasiyası çərçivəsində 70 mindən çox xaçmazlı pulsuz müayinə olunub

Əhalinin tibbi dispanserizasiyası çərçivəsində 70 mindən çox xaçmazlı pulsuz müayinə olunub

31.03.2016 [11:13]

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq həyata keçirilən əhalinin tibbi dispanserizasiyası çərçivəsində Xaçmaz rayonunda fevralın 15-dən etibarən 70 mindən çox sakin müayinə olunub.
Xaçmaz mərkəzi rayon xəstəxanasının baş həkimi Səyyaf Tağıyev AZƏRTAC-a müsahibəsində kampaniyanın müvəffəqiyyətlə davam etdiyini deyib.
Səyyaf Tağıyev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkar olunmasına və vaxtında müalicəsinə, əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına yönəlib. Xaçmazda keçirilən müayinələr zamanı daha çox ürək, qan-damar və kəskin respirator xəstəliklərdən şikayət edən vətəndaşlar müəyyənləşdirilib. Ehtiyac yarandıqda vətəndaşlar kardioqram, ultrasəs, rentgen və laborator müayinələrdən keçirilib.
Xaçmazda müayinədən keçənlərin təxminən 10 faizi yaşı 18-dək olanlar şəxslərdir.
Fevralın 15-dən etibarən müayinə olunan 70 min 201 nəfərdən 161-i müalicə üçün Bakı şəhərinin müxtəlif ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Baş həkim Səyyaf Tağıyev bildirib ki, xəstəxana bütün lazımi tibbi avadanlıqlarla təmin olunub və rayonun səhiyyə işçiləri aksiyada fəal iştirak edirlər.
Mayın 15-dək davam edəcək tibbi müayinələrə rayonun bütün sakinlərinin cəlb olunması nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 759 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30