/ / Bakı rayonlarının məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana yola düşüblər
Bakı rayonlarının məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana yola düşüblər
29.03.2016 [11:05]
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının ikinci mərhələsi çərçivəsində martın 24-də Bakı şəhərinin 12 rayonunun - Binəqədi, Qaradağ, Səbail, Sabunçu, Suraxanı, Nərimanov, Nəsimi, Nizami, Xətai, Yasamal, Xəzər və Pirallahının məktəblərindən 168 şagird 12 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına yola salınıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda toplaşan məktəblilər burada bayram əhval-ruhiyyəsi ilə qarşılanıblar. Əllərində Azərbaycan bayraqları olan aksiya iştirakçıları bədii proqrama tamaşa ediblər. Milli geyimli qızlar musiqi və rəqs qruplarının müşayiəti ilə məktəbliləri Novruzun rəmzləri sayılan səməni və bayram xonçaları ilə yola salıblar.
Tur-aksiyanın əhəmiyyətindən danışan qrup rəhbəri, 287 saylı “Zəkalar” liseyinin müəllimi Reyhan Hacınskaya bildirib ki, bu layihə çox dəyərlidir. Çünki uşaqlar tanımadığı, görmədiyi bölgələrimizdə olacaq, o yerləri daha yaxşı tanıyacaqlar. Bu, uşaqlarda vətənpərvərlik hissinin yüksəldilməsinə səbəb olacaq. Ona görə də layihənin bütün təşkilatçılarına, aksiyanın təşəbbüskarı Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Digər qrupun rəhbəri Elnur Seyidov qeyd edib ki, bu gün orta məktəb şagirdlərinin Naxçıvana növbəti maarifləndirici tur-aksiyası təşkil edilir. Bu layihə Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir. Biz dövlətimizin başçısının bu təşəbbüsünə görə ona minnətdarıq. Çox sevinirik ki, bizim əlaçı şagirdlərimiz aksiyada iştirak edirlər. Layihə gənclərin Vətənimizi daha yaxından öyrənməsində, onların dünyagörüşünün artmasında mühüm rol oynayacaq. Belə gözəl tədbirlərin gələcəkdə də davamlı olmasını arzulayırıq.
Şagird Cəlil Əhmədov deyib: “Bu gün yoldaşlarımla birgə qədim Naxçıvana səyahət edəcəyəm. Bu işdə əməyi olan hər bir kəsə, xüsusən də bizi düşündüyünə görə Prezident İlham Əliyevə həmyaşıdlarım adından təşəkkür edirəm. Ümidvaram ki, dərsliklərdən və digər mənbələrdən öyrəndiyimiz məlumatları əyani şəkildə görəcəyik”.
Məktəbli Murad Sücəddinov isə sevincini belə ifadə edib: “Eşidəndə ki, Naxçıvana ekskursiyaya yollanıram, çox sevindim. Naxçıvanın abidləri və tarixi haqqında kitablardan oxumuşam. Ancaq canlı görmək başqa hissdir. Tur-aksiyanın təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu layihə həqiqətən də biz gənclər üçün çox mühüm əhəmiyyət kəsb edir”.
Mətanət Oruczadə qeyd edib ki, Naxçıvanın görməli yerləri çoxdur. Hüseyn Cavid məqbərəsi, Möminə Xatun türbəsi və “Əshabi-Kəhf” ziyarətgahı ilə tanış olacağam. Bu fürsəti yaratdığına görə “Ölkəmizi tanıyaq” tur-aksiyasının təşkilatçılarına təşəkkürümü bildirirəm. Tur-aksiyanın biz məktəblilərin dünya görüşünün artmasına səbəb olacağına inanıram. Əminəm ki, bu ekskursiya tarix dərsində öyrəndiklərimizi əyani şəkildə görməyə imkan yaradacaq.
Şagirdlər doğma Azərbaycanımızın ayrı-ayrı guşələrini gənc nəslə daha yaxından tanıtmaq məqsədilə reallaşan tur-aksiyanın təşkilinə və yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonra maarifləndirici tur-aksiya iştirakçıları təyyarə reysi ilə Naxçıvana yola salınıblar.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

