Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Baku Corner” yeni kolleksiyasını təqdim edib

“Baku Corner” yeni kolleksiyasını təqdim edib

12.01.2016 [09:37]

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təsis olunan “Baku Corner” öz alıcılarına yeni kolleksiyasını təqdim edib.
IDEA İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə ilk dəfə xeyriyyə məqsədi ilə fəaliyyət göstərən ədalətli ticarət konsepsiyası - “Baku Corner”in yeni kolleksiyası Leyla Əliyevaya məxsus rəsm əsərlərinin əks olunduğu telefon üzlüklərindən ibarətdir. Məhz insan rifahının yaxşılaşdırılması işini dəstəkləmək üçün Leyla Əliyeva öz incəsənət əsərlərini bu layihəyə bəxş edir.
2015-ci il noyabrın 13-dən etibarən ictimaiyyətin istifadəsinə təqdim edilən “Baku Corner”in əsas məqsədi yerli və xarici sənətkarlar tərəfindən hazırlanan əl işlərinin satışı üçün platforma yaratmaq və onları geniş ictimaiyyətə çatdırmaqdır. Uşaq evləri və internat məktəblərinin sakinləri olan azyaşlıların çəkdiyi gözəl rəsm əsərləri də “Baku Corner” tərəfindən geniş ictimaiyyətə təqdim olunur. Bu da onların istedad və bacarıqlarının aşkar olunması və qiymətləndirilməsində xüsusi rola malikdir.
“Baku Corner”-in yüksək keyfiyyətə, təkrarolunmaz görünüşə malik olan və daim alıcıların zövqünü oxşayan məhsulları ilə onun feysbuk, instaqram və rəsmi internet səhifəsindən (www.bakucorner.az, www.facebook.com/bakucorner, www.instagram.com/bakucorner) tanış ola bilərsiniz.

Paylaş:
Baxılıb: 886 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30