Kürmükoba bayramı - əsrlərin ənənəsi
01.12.2015 [09:51]
Və ya biz qaxlılar Kürmükoba bayramını necə keçirdik?
Tanrı yurdumuzdan - doğma Azərbaycanımızdan heç nəyi əsirgəməmişdir. Dünyanın ən füsunkar guşəsidir Azərbaycan! Onun qədim tarixi təbiəti və sərvətləri qədər cəlbedicidir.
Qax həm təbiətinə, həm də qədim tarixinə görə elmi dairələrin və respublika ictimaiyyətinin diqqət mərkəzində olan bir rayondur. Kökləri çox qədimlərə gedən yüzdən çox tarixi abidə bu diyara olan marağı daha da artırır. Ləkit-Kötüklü kəndində yenicə aşkarlanan paleolit düşərgəsi və bununla yanaşı sirləri tam açılmamış digər tarixi abidələr ulularımızdan bizlərə qalan bir əmanətdir və onları qorumaq bizim vətəndaşlıq borcumuzdur. Kim bilir, bu yurdda hələ 2700 il öncə məskunlaşmış kimmer, iskit, sak tayfaları tarixin qədim qatı yox, üst qatıdır. “Dədə Qorqud” dastanında təsvir edilən oğuz boylarının igidləri bu torpaqlarda at oynadıb, düşmən üzərinə yeriyiblər. Bu atların kişnərtisi, toqquşarkən qılınclardan sıçrayan qığılcımlar, hələ də nəsillərin qulaqlarında cingildəyir. Sanki Bəkil bu gün də Qara qayanın üzərində durub, əlini gözlərinin üstə qoyub, sərhədlərimizi qoruyur, “doqquz tümən eli”nin torpaqlarımıza girməməsi üçün sayıq dayanıb. Bu oğuz elinin bir çox toponimləri tariximizin qədim qatlarının sirlərini saxlamaqdadırlar.
Kürmük çayı! Qaxın bolluq və əzəmət rəmzi! Eyni zamanda, kür və dəli, öz daşqınları ilə bir çox fəlakətlər gətirən çay! Ən qədim dövrlərdən bu çay qaxlıların və ətraf bölgələrin əhalisinin inam və pənah yeri olmuşdur. İnsanlar ilin iki fəslində - yaz və payızda Kürmük çayını ziyarət etmiş, arzu və diləklərinin çin olmasını bu çaydan diləmişlər. Əsrlər ötsə də, ulu tariximizin əks-sədası - inanclar insanların qəlblərində yaşamaqda davam etmişdır. Bəlkə də Kürmük çayına olan inanclardan yoğrulub-yaranıb Kürmük məbədi. Kürmük çayının sahilində hündür sal qayanın köksünə sığınan bu məbəd ulularımızın inam və etiqadlarını sanki özündə birləşdirib. Uzaq tariximizdən etibarən, insanlar bu qara daşı müqəddəs sayıb ona tapınıblar.
Kürmükoba bayramı! Od və atəş qədər, Novruz qədər qədim bir mərasim! İldə iki dəfə bölgə əhalisinin eyni gündə qaynayıb-qarışdığı, eyni obyektə üz tutaraq inanclarını bildirdikləri, tolerantlığın ən bariz rəmzi olan bir mərasim! Elimizin-obamızın ağsaqqallarının dediyinə görə, Kürmükoba bayramı ulu tariximizin əks-sədasıdır və qədim dövrlərdən başlayaraq, təbiət ayini olub Kürmük çayı ilə bağlı icra olunmuşdur. Kürmük çayının gücünə inanan insanlar Kürmük çayının şərəfinə ayinlər icra etmişlər. Kürmükoba bayramı haqda tanınmış alimlər də məlumat vermiş, xalqımızın adət-ənələrinin daşıyıcısı olduğunu bildirmişlər. Bayram zamanı xalq özünün uzaq ənginliklərdən gələn qədim adət-ənənələrini əsas tutaraq, dağların qoynuna sığınmış Kürmük məbədinə üz tutur, niyyət edir, arzu-dilək tutur, payızda yetişən niyyətləri müqabilində qurbanlar kəsir, şamlar yandırır. İslam dininin adət-ənənələrindən fərqli olaraq, qurbankəsmə mərasimi qoyunla deyil, xoruzun kəsilməsi ilə səciyyələnir. Bu da onu bir daha sübut edir ki, Kürmükoba bayramının kökləri qədim tarixlə bağlı olub, zərdüşt mədəniyyətinin bir qəlpəciyidir. Çünki xoruz atəşpərəstlərin sitayiş rəmzidir. Elə bayram zamanı Kürmük məbədini ziyarət edən insanlar Qara daşın içindən Qızıl Xoruzun çıxmasına inanırlar. Eyni zamanda, bu bayram özündə zərdüştlüyə qədər dini inancları da ehtiva edir və əkinçiliyin hamisi Aya da inanc verdiyini göstərir. Deməli, Kürmükoba bayramı politeist dinlərin - zərdüştlük və bütpərəstlik inanclarına söykənmiş, zərdüştlüyün rəmzləri - od və xoruzu əsas götürmüş, eyni zamanda əkinçilik-suvarma sisteminin qoruyucusu Aya inancla bağlı olmuş, bayramın keçirilmə tarixi əkin-biçinin aşağı və yuxarı hədləri ilə ölçülmüşdür. Bu da belə bir həqiqəti göstərir ki, Kürmükoba bayramı Azərbaycan xalqının qədim bayramlarından olub, politeist dinlərin sintezi əsasında təşəkkül tapmış, tarixi kökləri uzaq ənginliklərin telləri ilə bağlanmışdır.
Bu bayramda azərbaycanlılar - ingiloylar, saxurlar, avarlar, rutul və taba-saranlılar birgə ibadət edir, birlikdə şənlənirlər. Bir tərəfdə qara zurnanın səsi, digər tərəfdə isə tonqal ətrafında rəqs edənlər, öz güclərini meydanda sınayan pəhləvanlar, at belində cıdır yarışına çıxanlar, müğənnilər, sazəndələr, xanəndələr. Bu rəngarəng fonda çeşidli mətbəxlər, çay və yemək süfrələri! Dünyanın naz-neməti düzülüb bu süfrələrə. İnsanlar Kürmük çayına minnətdarlıqlarını bildirirlər bu nemətlərlə. Ruzi, bərəkət və bolluğa görə Kürmük çayına təşəkkür edirlər.
Hər il olduğu kimi, bu il də qaxlılar, həm də ətraf bölgənin əhalisi ulu inanc yerinin - Kürmük məbədinin ziyarətinə gəliblər. Yol boyu məbədə doğru uzanan insan seli bu mərasimin nə qədər mötəbər olduğunu bir daha sübut edir. İldən-ilə Kürmükoba bayramının mahiyyəti, çaları, rəngi daha da dolğunlaşır, əski zamanlarda olmuş, lakin sonralar unudulmuş komponentləri, elementləri bərpa olunur. Zaman keçdikcə tarixi yaddaşımızın aydınlaşmasında bu bayramın əhəmiyyətini bölgə əhalisi daha dərindən dərk etməyə başlamış, bu istiqamətdə respublika alimlərinin, ziyalıların tarixi həqiqətləri diqqətə çatdırmaları bizi tarixi köklərimizə daha çox bağlamışdır.
Kürmükoba bayramı get-gedə bölgə əhəmiyyətli bayram çərçivəsini aşaraq, ümumrespublika bayramına çevrilməkdədir. Ümidvarıq ki, bu bayram özünün bütün tarixi və etnoqrafik cəhətləri ilə təkcə qaxlıları və ətraf bölgələrin əhalisini deyil, bütün Azərbaycan xalqını öz ətrafında toplayacaqdır. Biz Azərbaycanın maddi-mədəni irsinin varisləri olduğumuzu unutmamalıyıq. Odlar Yurdu Azərbaycanın qoynunda olan tarixi abidələrimizi mühafizə etməli, gələcək nəsillər üçün tarixi yaddaşımızı qorumalıyıq.
Vidadi Şixəmirov
2 saylı Qax beynəlmiləl orta məktəbin tarix müəllimi
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35

