Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya 300-ə yaxın məktəbli qatılıb

Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya 300-ə yaxın məktəbli qatılıb

18.11.2015 [10:00]

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində səkkiz rayonu təmsil edən məktəblilər noyabrın 16-da Qubaya gəliblər.
AZƏRTAC xəbər verir ki, İsmayıllı, Şamaxı, Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan ümumilikdə, 300-ə yaxın şagird dörd gün ərzində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyada iştirak edəcək.
Məktəblilər Qubadakı Heydər Əliyev adına parkda qarşılanıblar. Tur-aksiya iştirakçıları burada Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi ilə yaxından tanış olublar.
Dövlətimizin başçısının tapşırığına əsasən həyata keçirilən tur-aksiya çərçivəsində məktəblilər Qusar, Quba və Xaçmaz rayonlarına səfər edəcəklər. Onlar buradakı qədim tarixi, mədəniyyət abidələri, turizm mərkəzləri və digər görməli yerlərlə yaxından tanış olacaqlar.

Paylaş:
Baxılıb: 864 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Diqqət Ukraynaya...

18 İyun 11:25  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30