Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “ADA” Universitetində kənd təsərrüfatı ixtisası üzrə magistr hazırlığı həyata keçiriləcək

“ADA” Universitetində kənd təsərrüfatı ixtisası üzrə magistr hazırlığı həyata keçiriləcək

14.11.2015 [10:00]

Kənd Təsərrüfatı Nazirliyi ilə “ADA” Universiteti arasında bağlanmış anlaşma memorandumuna əsasən, 2016-2017-ci tədris ilində “ADA” Universitetində MBA (Biznes idarəetməsində peşəkarlıq) proqramı çərçivəsində kənd təsərrüfatı ixtisası üzrə magistr hazırlığı həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq Azərbaycan Dövlət Aqrar Universitetində hər iki ali təhsil ocağı nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. Görüşdə MBA proqramı çərçivəsində Aqrar Universitet tələbələrinin “ADA” Universitetində magistr pilləsi üzrə hazırlıq keçmələrinin təmin edilməsi diqqət mərkəzində olub. On yeddi ay davam edəcək tədris proqramını müvəffəqiyyətlə bitirən tələbələr “ADA” Universitetinin magistrantı adını qazanacaqlar.
“ADA” Universitetinin biznes məktəbinin dekanı, professor Nejdet Delener AZƏRTAC-a bildirib ki, 17 aylıq tədris müddətində tələbələrə 16 fənn tədris olunacaq. Eyni zamanda magistr pilləsində təhsil alanlar təcrübə mübadiləsi üçün kənd təsərrüfatının inkişaf etdiyi ölkələrə - ABŞ-a, Hollandiyaya, Çinə, Cənubi Afrikaya, Braziliyaya və digər ölkələrə göndəriləcəklər.

Paylaş:
Baxılıb: 913 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30