Prezident təqaüdçüsü: BANM-də təhsil öz obyektivliyi ilə seçilir
12.11.2015 [10:01]
“BANM-də təhsil öz obyektivliyi ilə seçilir”. “Trend” bu fikri səsləndirən BANM-in tələbəsi, Prezident təqaüdçüsü İsmət Ağayevin müsahibəsini təqdim edir.
Ağayev İsmət Fabil oğlu 1998-ci ildə Quba rayonunun Çağacıq kəndində anadan olub. O, orta təhsilini bir neçə orta ümumtəhsil məktəbində alıb. Belə ki, İsmət Ağayev 2004-cü ildə Çağacıq kənd ibtidai məktəbinə, 2008-ci ildə Paşaoba kənd orta məktəbinə daxil olub. O, təhsilini 2010-cu ildə Quba Özəl Türk Liseyində davam etdirib. İsmət Ağayev 2015-ci ildə Quba Texniki Təmayüllü Liseyinin Eksperimental Pilot Sinifləri məktəbini bitirib. O, 2013-cü ildə respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə gümüş medal, həmin il Türkiyədə keçirilən 17-ci Azyaşlıların Balkan Riyaziyyat Olimpiadasında gümüş medal, 2014-cü ildə Qazaxıstanda keçirilən 10-cu Beynəlxalq Jautikov Olimpiadasında həvəsləndirici mükafat, respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə bürünc medal, Bolqarıstanda keçirilən 31-ci Balkan Riyaziyyat Olimpiadasında həvəsləndirici mükafat, Cənubi Afrika Respublikasında keçirilən 55-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında həvəsləndirici mükafat, 2015-ci ildə respublika fənn olimpiadasında qızıl medal alaraq “Birincilər birincisi” adını qazanıb. O, həmin il Yunanıstanda keçirilən 32-ci Balkan Riyaziyyat Olimpiadasında bürünc medal alıb. İsmət Ağayev 2015-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi qəbul imtahanında 695 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına daxil olub, Prezident təqaüdçüsüdür.
- İsmət, sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına inanırdınmı?
- Sınaq imtahanlarının ikisində iştirak edib, uyğun olaraq 565 və 649 bal yığmışam. Üçüncü və dördüncü sınaq imtahanları keçirilən zaman respublika və beynəlxalq fənn olimpiadalarında olduğum üçün iştirak edə bilməmişəm. Özümə inamım tam idi. Əlbəttə, yaxınlarım da mənə inanır, məni ruhlandırırdılar.
- Niyə məhz BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?
- Mühəndisliyə həvəsim böyük olduğundan və bu ali məktəbin perspektivli ali təhsil ocağı olması mənim seçimimdə əsas faktor oldu. BANM dörd il bundan oncə fəaliyyətə başlamasına baxmayaraq, hər il reytinq cədvəlində ilk sıralarda yer alır. Bu göstərici də seçimimin səbəblərindən biridir.
- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Buradakı təhsili necə dəyərləndirirsən?
- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə məsləhətim odur ki, hədəfləri olsun və “Mən buna nail ola bilərəm” deməyi bacarsınlar. Buradakı təhsil öz obyektivliyi ilə seçilir. BANM-də yalnız yüksək bal toplayanlar təhsil aldığından rəqabət də güclüdür. Rəqabət də tələbəni uğur əldə etməyə sövq edir.
- Özünü gələcəkdə harada görürsən?
- Özümü gələcəkdə peşəkar mühəndis kimi görürəm. Təbii ki, buna nail olmaq üçün nə lazımdırsa, edəcəm. Arzum SOCAR-da mühəndis olmaqdır.
- Boş vaxtlarında nə ilə məşğul olursan? Hansı məşğuliyyətlərin və hobbin var?
- Boş vaxtlarımda televizora baxmağı, internetdən qeyri-adi məlumatları öyrənməyi xoşlayıram. Hobbim futbol oynamaqdır. Futbol mənim uşaqlıqdan sevdiyim və məşğul olduğum idman oyunudur. Daim dünya futbolu ilə bağlı nəticələri izləyirəm.
- Humanitar fənlərə və ədəbiyyata marağın varmı?
- Dəqiq elmləri sevsəm də, humanitar fənlərə də marağım var. Nəsr əsərlərinə nisbətən daha çox nəzm əsərləri diqqətimi cəlb edir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

