/ / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əhali Fondunun regional direktoru ilə görüş olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əhali Fondunun regional direktoru ilə görüş olub
20.10.2015 [10:23]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə yeni təyin olunmuş regional direktoru Karl Kulessa ilə tanışlıq görüşü olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC- a bildiriblər ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hazırda dünyada və bölgədə gedən böhran proseslərinə baxmayaraq, Azərbaycanın sabitlik və inkişaf məkanı olduğunu, Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin ölkədə bütün sahələrdə tərəqqi proseslərinin, o cümlədən sosial proqramların davamlı xarakter almasına imkan yaratdığını vurğulayıb.
Cari ilin ötən dövründə də ölkəmizin uğurlu makroiqtisadi inkişaf göstəricilərini diqqətə çatdıran nazir sosial-iqtisadi inkişafın respublikada rifah səviyyəsinin yaxşılaşmasına və nəticə etibarilə demoqrafiya və əhali sakinliyi sahəsində müsbət proseslərə səbəb olduğunu bildirib. Əhalinin illik artım tempinin 1,3 faiz təşkil etdiyi və bu göstəriciyə görə Avropada ilk yeri tutan Azərbaycanda sabit demoqrafik vəziyyət hökm sürür. Ölkə əhalisinin sayı 2005-2015-ci ilə qədər olan dövrdə 1 milyon 145 min 600 nəfər artıb və təkcə bu ilin əvvəlindən daha 73 min nəfər artaraq 2015-ci il sentyabrın 1-i vəziyyətinə 9 milyon 666 min nəfər təşkil edib. Aparılan təhlillər əsasında 2025-ci ildə ölkəmizdə doğulanların sayının 205 300 nəfərə, əhalinin sayının 10 milyon 970 min nəfərə çatacağı proqnozlaşdırılır.
Ölkədə müsbət demoqrafik proseslərin daha bir təzahürü kimi körpə və uşaq ölümü hallarının kəskin şəkildə azalmaqda, doğulanda gözlənilən ömür uzunluğunun, yeni qurulan ailələrin artmaqda olduğunu nəzərə çatdıran S.Müslümov nazirlik tərəfindən 2014-2025-ci illəri əhatə edən növbəti “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın layihəsinin hazırlandığını bildirib. Qeyd edib ki, respublikada demoqrafiya və əhali sakinliyinin inkişafını yaxın on il ərzində stimullaşdıracaq tədbirləri əhatə edən bu layihə elə ilk vaxtlardan ictimai müzakirəyə təqdim olunub. Ayrı-ayrı hökumət və qeyri-hökumət qurumları ilə birgə layihənin geniş müzakirələri aparılıb. İrəli sürülən çoxsaylı rəy və təkliflər dəyərləndirilməklə layihə xeyli təkmilləşdirilərək hökumətə təqdim olunub.
Yeni Dövlət Proqramı layihəsinin qiymətləndirilməsi işlərində BMT-nin Əhali Fondu tərəfindən göstərilmiş ekspert dəstəyinin əhəmiyyətinə toxunan nazir ümumən birgə icra olunan layihələrin önəmindən bəhs edib. S.Müslümov ölkədə müvafiq sahədə siyasətin hazırlanması və icrasında BMT-nin “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının prinsiplərinə xüsusi önəm verildiyini bildirib.
K.Kulessa Azərbaycanda bütün sahələrdə dinamik inkişafın demoqrafiya və əhali sakinliyi sahəsində də müşahidə olunmasından, ölkədə dövlətin bu sahəyə xüsusi diqqət ayırmasından, respublikanın müsbət demoqrafik göstəricilərindən məmnunluğunu ifadə edib. O, UNFPA ilə Azərbaycan arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu və qarşıdakı dövrdə bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində ölkəmizdə görülən işlər, habelə yeni Dövlət Proqramı layihəsi, qarşıdakı dövrdə əməkdaşlıq istiqamətləri və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41

