Bakı Slavyan Universitetində yazıçı Natiq Rəsulzadə ilə görüş keçirilib
03.10.2015 [11:32]
Oktyabrın 2-də Azərbaycanın Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, Respublika Dövlət mükafatı laureatı Natiq Rəsulzadə ilə Bakı Slavyan Universitetində (BSU) görüş keçirilib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Asif Hacıyev Azərbaycanın müasir ədəbiyyatının görkəmli nümayəndəsi Natiq Rəsulzadəni mərasim iştirakçılarına təqdim edib. Rektor yazıçı ilə belə görüşlərin gələcəkdə silsilə olaraq təşkilinə ümid etdiyini vurğulayıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev çıxışında Bakı Slavyan Universitetinin belə ənənəvi yaradıcı görüşlərin təşkilini davam etdirməsindən məmnunluğunu dilə gətirib: “Sevindirici haldır ki, Bakı Slavyan Universiteti öz ənənələrinə sadiq qalaraq gənc nəsli yaradıcı yaşlı nəsillə daim görüşdürür. Yaradıcı insanlarda daxili ehtiyac olur ki, yazmaq istədiklərini, öz düşüncələrini insanlarla bölüşsünlər. Belə görüşlər yazıçıya daha çox bu imkanı verir. Həm yazıçı mənəvi zövq alır, həm də tələbələr onu daha yaxından tanıyırlar. Natiq Rəsulzadənin yaradıcılığı hamıya yaxşı tanışdır. O, müasir Azərbaycanı, eyni zamanda, Sovet dövründəki Azərbaycan həyatını gözəl bilən, tarixini, adət-ənənələrini, kədəri, gülüşü öz əsərlərində hərəkətə gətirməyi bacaran yazıçıdır”.
Dövlət müşaviri qeyd edib ki, N.Rəsulzadənin əsərləri həm rus, həm də Avropa oxucusunda Azərbaycan barədə geniş təəssürat yaradır. Kamal Abdullayev bu gün multikultural əhvalda yaşayan Azərbaycan xalqının hələ qədim dövrlərdən bəri həmin ideyalarla yaşadığını vurğulayıb: “Kitabi-Dədə Qorqud”dan bu günə qədər elə bir yazıçı yoxdur ki, onun əsərlərində mərhəmət, şəfqət hissi aşılanmasın. Natiq Rəsulzadə də həmin yazıçılardandır”.
BSU-da qonaq olmaqdan məmnunluğunu bildirən yazıçı Natiq Rəsulzadə çıxışında öz təəssüratlarını görüş iştirakçıları ilə bölüşüb: “Yazıçıların gənc oxucuları ilə görüşməsi çox vacibdir. İnsan nə qədər tanınmış olursa olsun, gənclərlə ünsiyyət zamanı onlardan həmişə nəsə öyrənir. Çünki gənclər daha cəsarətli olur, dünyaya tamam başqa gözlə baxırlar. İnsanların əhatəsində olmayan, dünyagörüşü az olan yazıçı heç vaxt maraqlı əsər ərsəyə gətirə bilməz. Yazılarımda sadə sözlərdən daha çox istifadə edirəm. Bu, oxucunun qəlbinə daha yaxşı yol tapa bilir”.
Universitet əməkdaşları tənqidçi Rüstəm Kamal, ədəbiyyatşünaslar Fikriyyə Muradova, Maya Qasımova və başqaları Natiq Rəsulzadənin yaradıcılığına öz münasibətlərini bildirib və onun bu günümüz üçün aktual olan cəhətlərinə diqqəti yönəldiblər.
Görüşün sonunda yazıçı oxucuların çoxsaylı suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxSiyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13

