/ / Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı kursunu bitirən internat məktəbi məzunlarına sertifikatlar təqdim olunub
Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı kursunu bitirən internat məktəbi məzunlarına sertifikatlar təqdim olunub
15.08.2015 [11:05]
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən təşkil edilmiş peşə hazırlığı kursunu bitirən internat məktəbinin 12 nəfər məzununa peşə sertifikatları təqdim olunub.
Tədbirdə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin məşğulluğunun təmin olunması əsas fəaliyyət istiqamətlərindən biri kimi əksini tapır. Proqrama uyğun olaraq, gənclərin səmərəli məşğulluğunun təminatı sahəsində ƏƏSMN tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Cari ilin birinci yarımili ərzində DMX tərəfindən münasib işlə təmin edilən 13676 min nəfərdən 5647 nəfərini, habelə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan 1800 nəfərdən 1454 nəfərini gənclər təşkil edib.
Eyni zamanda, internat məktəbini bitirmək ərəfəsində olan və valideyn himayəsindən məhrum olmuş gənclərin gələcəkdə əmək bazarına çıxışının asanlaşdırılması və məşğulluğunun dəstəklənməsi diqqətdə saxlanılır. Bu məqsədlə DMX tərəfindən cari ilin may ayında ilk dəfə olaraq Təhsil Nazirliyinin Bakının Bilgəh qəsəbəsindəki 11 nömrəli internat məktəbinin son sinfində təhsil alan və valideyn himayəsindən məhrum olan 12 nəfər gənc üçün peşə hazırlığı kursu təşkil edilib. Həmin gənclər üç ay ərzində ƏƏSMN-nin Bakı Regional Peşə Tədrisi Mərkəzində (Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küç. 44) peşə təlimində olaraq müvafiq peşəyə yiyələniblər.
Peşə təlimi zamanı onlara daim qayğı ilə yanaşılaraq, müvafiq nəzəri və praktik biliklərə lazımi səviyyədə yiyələnmələri üçün bütün işlər görülüb. İnternat məktəbini və peşə hazırlığı kursunu eyni vaxtda başa vuran bu gənclərin yenicə yiyələndikləri peşə bacarıqları onların əmək bazarına çıxışının asanlaşmasına imkan yaratmaqla, səmərəli məşğulluqlarının təminatına mühüm dəstəkdir.
Tədbirdə kursu bitirən gənclərin öz peşələri üzrə münasib iş yerləri ilə təmin olunmalarının diqqətdə saxlanacağı da vurğulanıb. Peşə hazırlığı kursunu bitirən gənclər həmişə diqqət və qayğı ilə əhatə olunmalarına, habelə gələcək məşğulluqlarının təmin olunması üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40

