Rekordçu bacı-qardaş
01.08.2015 [10:32]
Gəncə şəhər sakinləri Elçin və Gülçin Qasımovlar ali məktəblərə qəbul imtahanlarında yüksək göstəricilərə imza atıblar
Bu gün Gəncədə yaşayan Qasımovlar ailəsi sonsuz fərəh və sevinc içərisindədir. Ailənin iki övladı - Elçin 700, Gülçin isə 685 balla ali məktəbə qəbul olunublar. Bir neçə gündür təbrikə gələnlərin, dost-tanışların, qohum-əqrəbanın telefon zənglərinin ardı-arası kəsilmir. Biz də bu fərəhli günlərdə xoşbəxt gəncləri təbrikə qoşulanlar sırasında olduq. İlk suallarımızı Elçin cavablandırdı.
Gəncədə 1 saylı tam orta məktəbin məzunu olan Elçin deyir ki, ali məktəbə hazırlıq dövründə yeganə arzusu valideynlərinin və müəllimlərinin zəhmətini, qayğısını doğrultmaq olub: “Bizim məktəbimizin adına şöhrət gətirən məzunlar çox olub. Elə sinfimizdə də əlaçılar çox idi. Arzu edirdim ki, mən də məktəbin fərqlənənləri sırasında olum. Müəllimlərimin, valideynlərimin zəhmətini, qayğısını doğruldum”.
- Bu göstərici sənin üçün gözlənilməz idi?
- Əlbəttə, yox. Çünki oxuduğum illərdə zəngin bilik toplamışam və sınaq imtahanlarında 670-680 bal toplayırdım. Qəbul imtahanlarında yüksək bal toplayacağıma inanırdım.
- Bu, həyatda ilk uğurundur?
- Xeyr. Mən məktəbə 5 yaşında gedərək ilk uğurumu qazanmışam. Sonradan fənn olimpiadalarında yüksək yerlər tutmuşam. Kiçik yaşlarımdan şahmatla məşğul olmuşam və şahmat yarışlarında da uğur qazanmışam. Mənə elə gəlir ki, həyatda ideal deyilən bir şey yoxdur. Vətənə, xalqa, valideynlərinə dərin məhəbbət və hörmət hissi, valideynlərinə layiqli övlad olmaq məsuliyyəti, yüksək vətənpərvərlik və vətəndaşlıq mövqeyi, qətiyyət və iradə var.
Elçin bacısı Gülçinin, dostları Novruzun, Əmrahın, Emilin də 600-dən yuxarı bal topladıqlarını deyib. Onu da bildirib ki, bir sinifdə oxuduqları bacısı Gülçinlə atalarının yolunu seçərək iqtisadçı olmağı qarşılarına məqsəd qoyublar. Gənclər bu sahədə elmi araşdırmalar aparmaq arzusundadırlar. Çünki gündən-günə inkişaf edən və qüdrətlənən ölkəmizə güclü iqtisadçılar, mütəxəssislər lazımdır. Atası Ziyad, əmiləri Şahin və Bəndər Sankt-Peterburqda maliyyə və iqtisadiyyat universitetini bitiriblər. Şahin müəllim Əmək və Sosial Münasibətlər Akademiyasında kafedra müdiridir. Elçinin anası Şəhla xanım isə Azərbaycan Tibb Universitetini bitirib və hazırda Gəncə Tibb Kollecinin müəllimidir.
Elçin valideynləri ilə bərabər onun yaxşı təhsil almasında əllərindən gələni əsirgəməyən müəllimlərinə, xüsusən məktəb direktoru Mətanət Qarayeva və ibtidai sinif müəllimi Jalə Hüseynovaya minnətdarlığını da bildirib.
Söhbət zamanı zahirən çox zərif, incə görünən, amma söhbətlərində güclü məntiqi, hərtərəfli biliyi ilə yaxşı həmsöhbət təəssüratı yaradan Gülçin də sevincini bizimlə paylaşıb:
- İndi biz yeniyetmə və gənclərin qarşısında geniş imkanlar açılıb. Prezidentimiz cənab İlham Əliyev təhsilin, gənclərin inkişafına xüsusi diqqət və qayğı göstərir, bizim üçün hər cür şərait var ki, yaxşı oxuyaq, elmi biliklərə dərindən yiyələnək, texnologiyalar əsrində daha sürətlə irəli gedək, seçdiyimiz sahədə uğurla addımlayaq.
Gülçin və Elçin təhsildə zəngin bilik almaqla yanaşı idmana, incəsənət sahələrinə maraq göstərirlər. “Bakıda keçirilən birinci Avropa Oyunlarını böyük maraqla izləyirdik. Həmyerlilərimizin qələbələrinə ürəkdən sevinirdik. Bütün ailəmiz onları ayaq üstə alqışlayırdı. Ölkəmizdə yaşanan bu möhtəşəm təntənə və qələbələr biz gənclərə qürur hissi bəxş etməklə uğurlarımıza güclü stimul verir”, - deyə rekordçu gənc Elçin deyib.
Elçin Qasımov böyük söz dühası Nizami Gəncəvini çox sevir və Şeyx Nizami yurdu Gəncədə yaşamağı ilə fəxr edir: “Gəncə 2016-cı il üçün Avropanın Gənclər paytaxtıdır. Çox xoşbəxtik ki, biz də müvəffəqiyyətlərimizlə, uğurlarımızla Vətənimizin, həmçinin, doğma Gəncəmizin adını yüksəklərə qaldıracağıq”.
- Öz həmyaşıdlarınıza nə arzulayardınız?
- Vətənimizlə, böyük xalqımızla qürur duysunlar, üçrəngli bayrağımızı daim uca tutsunlar, bilikləri ilə uğur zirvələrini fəth etsinlər.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

