Milli Mətbuat Günü ilə əlaqədar Nərimanov rayonunda jurnalistlərlə görüş keçirilib
22.07.2015 [09:43]
Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə Nərimanov rayon İcra Hakimiyyətində tədbir keçirilib.
Rayon rəhbərliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının, eləcə də ölkədə fəaliyyət göstərən televiziya, qəzet və informasiya agentliklərinin nümayəndələrinin qatıldığı tədbirdə İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov jurnalistləri bayram münasibətilə təbrik edib. O, 140 illik yubileyini qeyd edən Azərbaycan mətbuatının keçdiyi uzun və şərəfli yoldan danışıb. Milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməyinə baxmayaraq şərəfli yol keçdiyi, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğu qeyd edilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımızın da bir sıra problemlərlə üzləşdiyi, lakin xalqımızın Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımların atıldığı, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığının təsbit olunması, senzuranın ləğv edilməsi xatırlanaraq Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü ilə sonradan qəzetlərin nəşriyyata olan borclarının dövlət büdcəsi hesabına ödənilməsi xüsusi vurğulanıb.
O, həmçinin ölkəmizdə söz, fikir və məlumat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək verildiyini qeyd edib.
Milli Məclisin deputatı Adil Əliyev çıxış edərək Azərbaycan milli mətbuatının tarixinin zəngin və keşməkeşli olduğunu bildirib, müasir mətbuatımızın bu gün uğurla inkişaf etdiyini və milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması istiqamətində mühüm rol oynadığını vurğulayıb.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli dövlətimizin başçısının ölkə həyatının bütün sahələrinə olduğu kimi, jurnalistlərin sosial-iqtisadi, mənzil-məişət problemlərinin həllinə də daim xüsusi diqqət yetirdiyini nəzərə çatdırıb. Bildirilib ki, jurnalistlər üçün 156 mənzilli binanın istifadəyə verilməsi və yaxın zamanlarda onların ixtiyarına veriləcək yeni binanın inşası buna parlaq nümunədir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan milli mətbuatının inkişaf tarixindən, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğıdan danışıb.
Tədbirdə çıxış edən digər media təmsilçiləri mətbuatın ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və təbliği istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd ediblər .
Sonda bayram münasibətilə bir qrup jurnalistə milli mətbuatın inkişafındakı xidmətlərinə, respublikamızın, o cümlədən Nərimanov rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı yeniliklərin ictimaiyyətə obyektiv və qərəzsiz şəkildə çatdırılmasında xidmətlərinə görə rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47

