Azərbaycanda brayl əlifbası ilə çap edilən “Qurani-Kərim”in təqdimatı olub
17.07.2015 [12:21]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) maliyyə dəstəyi ilə gözdən əlil insanlar üçün brayl əlifbası ilə çap edilmiş “Qurani-Kərim”in iyulun 16-da təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, DQİDK-nın sədri Mübariz Qurbanlı tədbirdə çıxış edərək iştirakçıları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib. “Qurani-Kərim”in artıq dünyanın digər dillərində brayl əlifbası ilə çap edildiyini deyən sədr onun Azərbaycan dillində ilk dəfə nəşr olunmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, mart ayından hazırlanmağa başlanan kitab 7 cilddə çap edilib. Bu kitabın ölkənin bütün bölgələrinə, gözdən əlil insanlar üçün xüsusi məktəblərə, kitabxanalara göndəriləcəyini deyən komitə sədri gələcəkdə digər kitabların, hədislərin da brayl əlifbası ilə çap olunacağını diqqətə çatdırıb.
M.Qurbanlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın önəmindən də danışıb. Qeyd edib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, QMİ sədrinin müavini Fuad Nurullah, Milli Məclisin deputatları Siyavuş Novruzov, Fazil Mustafa və digərləri brayl əlifbası ilə çap olunan “Qurani-Kərim”in gözdən əlil insanlar üçün önəmindən söhbət açıblar. Ölkəmizdə əlillərə, o cümlədən gözdən əlillərə hərtərəfli diqqət və qayğının göstərildiyi vurğulanıb.
Çıxış edənlər Azərbaycanda dövlət-din münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu bildirib, bunun vətəndaş həmrəyliyinə və ictimai-siyasi həyatda uğurlara xidmət etdiyini diqqətə çatdırıblar. Ölkəmizdə tolerantlığın möhkəm təməl sütunlarının, zəngin ənənələrinin, dərin tarixi və mədəni köklərinin olduğu vurğulanıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40

