“Azərbaycanın səbir kasası daşmaq üzrədir...”
16.07.2015 [09:49]
“Son dövrlərin ən qürurverici xəbərlərindən biri Azərbaycanın yaşayış məntəqələrinin ermənilər tərəfindən atəşə tutulması halında erməni əhalinin sıx yerləşdiyi yaşayış məntəqələrinə və oradakı hərbi obyektlərə Milli Ordumuzun sərəncamındakı iriçaplı silahlardan dərhal zərbə endirilməsi barədə xüsusi tapşırığın verilməsi oldu”.
Bu barədə “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistanın işğalçılıq siyasəti və Azərbaycanın ordu quruculuğu prioriteti barədə fikirlərinə münasibətində açıqlayıb.
C.Ələkbərovun sözlərinə görə, Prezident İlham Əliyev iclasda vurğulayıb ki, bizim torpaqlarımızı işğal edən ermənilərlə birgə Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələrdir. O, ölkə başçısının budəfəki hədəfinin konkret ünvana yönəldiyini bildirib: “Söhbət tək Ermənistan-Azərbaycan məsələsindən getmir. Burada çox böyük maraqlar, güclər toqquşur. Tək Azərbaycana qalsa, dövlətimiz Ermənistanı istər siyasi cəhətdən, istərsə də hərbi cəhətdən qısa vaxt ərzində təslim olmağa məcbur edə bilər. Lakin böyük güclər və xristian təəssübkeşliyi, ikili standartlar Azərbaycanın bu məsələdə də haqlı tələbinin reallaşmasını ləngidir. Lakin bu hal müvəqqətidir, çünki zamanı gələndə Azərbaycan öz sözünü deyəcək. Əlbəttə ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq, hətta ermənilərə şans da veririk ki, işğalçılıq siyasətindən əl çəksinlər. Əks təqdirdə, ölkə başçısının dediyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək naminə daha sərt tədbirlərə əl atacaq”.
QHT sədri vurğulayıb ki, Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyişin olmaması qarşı tərəfin danışıqlar prosesini pozaraq məsələni maksimum dərəcədə uzatmasından irəli gəlir. Acı reallıq isə ondadır ki, münaqişənin həlli məsələsi uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır.
Ceyhun Ələkbərov onu da əlavə edib ki, sözdə atəşkəs rejimində yaşamağımıza baxmayaraq, Ermənistan tərəfi bizi müharibə tərəfdarı kimi göstərməyə çalışaraq bəzi sifarışlər əsasında hər gün dəfələrlə atəşkəsi pozur və bunda da əsas hədəf mülki əhali olur: “Hamıya çox yaxşı bəllidir ki, atəşkəs rejimini erməni əsgəri könüllü şəkildə pozmur. Bu işdə müəyyən qüvvələrin rolu danılmazıdr. Çünki aclıq və səfalətin məngənəsində olan Ermənistanda ordu, demək olar ki, yox səviyyəsindədir, məhz hərbi xidmətdən yayınma halları bunun bariz nümunəsidir. İki qonşu ölkənin təkcə ordularının arasındakı fərq isə müqayisəolunmaz dərəcədə böyükdür. Malik olduğu texniki bazaya və hərbi büdcəyə əsasən Azərbaycan Ordusu tək Cənubi Qafqazda deyil, ümumiyyətlə, Avropada ən güclü ordulardan biri sayılır. Bu da, təbii ki, Ermənistan və onun “dostları”nın ciddi narahatlığına səbəb olur”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

